Çin simmondsiyası
Çin simmondsiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çin simmondsiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çin simmondsiyası (lat. Simmondsia chinensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin simmondsiyakimilər fəsiləsinin simmondsiya cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Mərkəzi Amerikanın yarımsəhra zonalarında bitir.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 2 m-ə çatan həmişəyaşıl kiçik ağac və ya koldur. Yarpaqları boz-yaşıldır. Çiçəkləri sarımtıl-yaşıl rənglidir. Çiçəkləməsi və meyvəverməsi 5-6 yaşından başlayır.Əsasən qış-yaz dövründə çiçəkləyir. Meyvəsi diametri 1-3 sm olan kiçik qozalara bənzəyir və qonur rənglidir.Kök sistemi dərin və yaxşı inkişaf etmişdir. Qələmlə və toxumla çoxaldılır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Qumluca torpaqlarda, 12-38°C temperaturda yaxşı bitir. Düz düşən günəş şüalarına dözür. Şaxtaya davamsızdır. Ətraf mühitin nəmişliyinə tələbkar deyildir. İl ərzində suvarılması məhduddur.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Mərdəkan dendrarisində 1987-ci ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Bitkinin meyvəsindən alınan yağ ətriyyatda, saçlara yaxşı təsir etdiyi üçün kosmetikada və əczaçılıqda istifadə edilir. Bitki dekorativ görünüşlü olduğundan yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Buxus chinensis Link
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Buxus californica (Nutt.) Baill.
- Celastrus obtusatus C.Presl
- Brocchia dichotoma Mauri
- Simmondsia californica Nutt.
- Simmondsia pabulosa Kellogg