Ubuntu
Ubuntu | |
---|---|
Yaradıcı | |
İstehsalçı | Canonical[1] |
Yazılma dili | C++[2], C[2], Unix shell[2], Python |
Bazası | Debian[3] |
Buraxılış tarixi | 20 oktyabr 2004[1] |
Son versiya | |
Yenilənmə üsulu | Advanced Packaging Tool[6] |
Paketlər menecerləri | Dpkg[7], Advanced Packaging Tool[6] |
Dəstəklənən dillər | çoxdilli[d] |
Dəstəklənən platformalar | x86_64[d][8], x86[8], ARM[d][8] |
İnterfeys | GNOME[9] |
Veb-saytı | ubuntu.com |
Vikianbarda əlaqəli mediafayllar |
Ubuntu ("insanpərvərlik"[10], "humanizm"[11][12]) — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS[13] versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).[14]
Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı[15] ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD[16] və ya mətn sehrbazı[17] vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.
Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.[18]
Tarix
[redaktə | mənbəni redaktə et]20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi.[19] Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.[20]
Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.[21]
Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.[22][23]
Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub[24] (azərb. hələ ki adı yoxdur).
Üstünlükləri
[redaktə | mənbəni redaktə et]Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir.[25] Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.
Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır.[26][27][28] Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq LibreOffice, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.[29]
6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.
İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib.[30] Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.[31][32]
Buraxılışlar
[redaktə | mənbəni redaktə et]Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir.[33]
Versiya | Buraxılış tarixi | Kod adı | Azərbaycanca qarşılığı | Dəstəyin son tarixi | Yenilənmə zamanı Linux nüvəsi[34] |
---|---|---|---|---|---|
4.10 | 20 oktyabr 2004[35] | Warty Warthog | Ziyilli Ziyilcik | 30 aprel 2006 | 2.6.9 |
5.04 | 8 aprel 2005[36] | Hoary Hedgehog | Qoca Kirpi | 31 oktyabr 2006 | 2.6.11 |
5.10 | 13 oktyabr 2005[37] | Breezy Badger | Cavan Porsuq | 13 aprel 2007 | 2.6.13 |
6.06 LTS | 1 iyul 2006[38] 10 avqust 2006 (6.06.1)[39] 21 yanvar 2008 (6.06.2)[40] |
Dapper Drake | Şıq Yaşılbaş | 14 iyul 2009[41] (iş stansiyaları üçün) iyul 2011 (server versiyaları) |
2.6.15 |
6.10 | 26 oktyabr 2006[42] | Edgy Eft | Əsəbi Triton | 25 aprel 2008 | 2.6.18 |
7.04 | 19 aprel 2007[43] | Feisty Fawn | Ürəkli Maral | 19 oktyabr 2008 | 2.6.19 |
7.10 | 18 oktyabr 2007[44] | Gutsy Gibbon | Cəsarətli Hibbon | 18 aprel 2009 | 2.6.20 |
8.04 LTS | 24 aprel 2008[45] 3 iyul 2008 (8.04.1)[46] 22 yanvar 2009 (8.04.2)[47] 16 iyul 2009 (8.04.3)[48] 28 yanvar 2010 (8.04.4)[45] |
Hardy Heron | Dözümlü Vağ | aprel 2011 (iş stansiyaları üçün) aprel 2013 (server versiyası) |
2.6.24 |
8.10 | 30 oktyabr 2008[49] | Intrepid Ibex | Qorxmaz Keçi | 30 aprel 2010[50] | 2.6.27 |
9.04 | 23 aprel 2009[51] | Jaunty Jackalope | Diribaş Dovşan | 23 oktyabr 2010[52] | 2.6.28 |
9.10 | 29 oktyabr 2009[53] | Karmic Koala[54] | Karmik Koala | aprel 2011 | 2.6.31 |
10.04 LTS | 29 aprel 2010[55] 17 avqust 2010 (10.04.1)[56] |
Lucid Lynx[33] | Parlaq Pişik | aprel 2013 (iş stansiyaları üçün) aprel 2015 (server versiyası) |
2.6.32 |
10.10 | 10 oktyabr 2010[56] | Maverick Meerkat[57] | Azadfikirli Surikat | aprel 2012 | 2.6.35 |
11.04 | 28 aprel 2011[58] | Natty Narwhal[59] | Səliqəli Narval | oktyabr 2012 | 2.6.38 |
11.10 | 13 oktyabr 2011[60] | Oneiric Ocelot[61] | Xəyalpərəst oselot | 9 may 2013 | 3.0.4 |
12.04 LTS | 26 aprel 2012[62] 24 avqust 2012 (12.04.1)[63] 14 fevral 2013 (12.04.2)[64] 23 avqust 2013 (12.04.3) 6 fevral 2014 (12.04.4) 7 avqust 2014 (12.04.5) |
Precise Pangolin[65] | Pedantik Panqolin | aprel 2017 | 3.2, 3.5, 3.8, 3.11, 3.13 |
12.10 | 18 oktyabr 2012[66] | Quantal Quetzal[67] | Kvant Ketzal | aprel 2014 | 3.5 |
13.04 | 18 aprel 2013[68] | Raring Ringtail[69] | Səbrsiz Kakomişli | oktyabr 2015 | 3.8 |
13.10 | 17 oktyabr 2013[70] | Saucy Salamander[71] | Kobud Salamandr | iyul 2014 | 3.11 |
14.04 LTS | 17 aprel 2014[72] (14.04) 24 iyul 2014-cü il (14.04.1)[73] |
Trusty Tahr[74] | Etibarlı Tar | aprel 2019 | 3.13 |
14.10 | 16 oktyabr 2014[75] | Utopic Unicorn[76] | Utopik Taybuynuz | iyul 2015 | 3.16 (Daily) |
15.04 | 16 aprel 2015 | Vivid Vervet | Parlaq Meymun | 4 fevral 2016 | 3.19 |
15.10 | 22 oktyabr 2015 | Wily Werewolf | Məkrli Qulyabanı | iyul 2016 | 4.2 |
16.04 LTS | 21 aprel 2016 24 iyul 2016 (16.04.1)[77] 17 fevral 2017 (16.04.2)[78] |
Xenial Xerus | Qonaqpərvər Dələ | aprel 2021 | 4.4 |
16.10 | 13 oktyabr 2016 | Yakkety Yak | Boşboğaz Yak | avqust 2017 | 4.8[78] |
17.04 | 13 aprel 2017 | Zesty Zapus | Pikant Siçan | fevral 2018 | 4.10 |
17.10 | 19 oktyabr 2017[79] | Artful Aardvark | Hiyləgər Qarışqayeyən | iyul 2018 | 4.13 |
Şərti işarələr: | ||||
---|---|---|---|---|
dəstəklənmir | yalnız server veriyası dəstəklənir |
dəstəklənir | hazırkı versiya | Planlaşdırılıb / hazırlanılır |
LTS (ing. Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyniadlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.[80]
10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər).[81][82] 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib.[83].
Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar[84][85]
Paketlər və dəstək
[redaktə | mənbəni redaktə et]Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.[86]
Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:[86]
Ubuntu | Azad PT | Qeyri-azad PT |
Dəstəklənən | Main | Restricted |
Dəstəklənməyən | Universe | Multiverse |
Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.[87]
Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn Nvidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.[88]
Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimediya kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.
Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:
- Content Scramble System oynadan proqram təminatı.
- Windows Media kimi proprietiar multimediya formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.[89]
Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.
EasyUbuntu[90] və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.[91]
Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindən Partner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.[92]
Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.[93][94]
Hazırda bu repozitorluğa Adobe Reader, Adobe Flash Player, Java, Skype və bəzi digər paketlər daxildir.[95]
Ubuntu üzərində hazırlanmış Linux distributivləri
[redaktə | mənbəni redaktə et]Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:
- Ubuntu üzərində hazırlanmış distiburiv (Ubuntu Derivative Distribution): Ubuntu-dan gözə çarpan fərqlərə malik distributiv. Bunlardan yalnız Canonical tərəfindən rəsmi statusu almış distributivlər dəstək edilir. Digərləri üçün Canonical məsuliyyət daşımır və onların Ubuntu ilə uyğunluğuna zəmanət vermir.
- Ubuntu yığımı (Ubuntu Remix): Ubuntu üzərində yığılan və ondan gözə çarpan fərqliliyə malik olmayan distributiv. Fərq proqram yığımı, nizamlamada və sair bu kimi xüsusiyyətlərdə ola bilər. Bu statusun alınması üçün vacib şərtlərə daxildir: Ubuntu ilə tam uyğunluq, repozitorluqda olan rəsmi paketlərin istifadəsi, distributivin qeyri-kommersiya məqsədi daşıması və sair. Yığım mütləq olaraq öz adında Ubuntu və Remix sözlərindən istifadə etməlidir. Məsələn: Ubuntu Wiki Remix.[96].
Ubuntu Flavours[97]
[redaktə | mənbəni redaktə et]Distributiv | Təsvir | Qrafik qabığı |
---|---|---|
Edubuntu | Təhsil ocaqları üçün yaradılan Ubuntu distributivi. | GNOME |
Kubuntu | KDE Plasma iş masası defolt olan Ubuntu distributivi. | KDE Plasma |
Lubuntu | LXDE masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | LXDE |
Ubuntu Budgie | Budgie masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Budgie |
Ubuntu Cinnamon | Cinnamon masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Cinnamon |
Ubuntu Kylin | Çin bazarı üçün yaradılmış Ubuntu distributivi. | UKUI |
Ubuntu Mate | Mate masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Mate |
Ubuntu Studio | Mediastudiyalar üçün yaradılan Ubuntu distributivi. | GNOME |
Ubuntu Unity | Unity masaüstü mühitini istifadə edən Ubuntu distributivi. | Unity |
Xubuntu | Xfce masası defolt olan Ubuntu distributivi (zəif kompyuterlər üçün). | Xfce |
Gobuntu | Yalnız azad komponentlərə malik Ubuntu distributivi. Əvvəllər Ubuntu flavoru idi. Hal-hazırda layihə qapalıdır. | GNOME |
Ubuntu əsasında yaradılan distributivlər
[redaktə | mənbəni redaktə et]Distributiv | Təsvir | Qrafik qabığı |
---|---|---|
CrunchBang | Ubuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədilə yaradılıb | Openbox |
Linux Mint | Ubuntu üzərində qurulmuş distributiv. Çoxlu mediya-kodeklərin yazılması ilə fərqlənir. | Müxtəlif |
nUbuntu | Şəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv. | xwindow |
Aurora | ASUS EEE PC üçün distributiv. | xwindow |
OpenGEU | Enlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv. | Enlightenment DR17 |
Sabily | Müsəlmanlar üçün yaradılmış Ubuntu distributivi. | GNOME |
Yuxarıda göstərilən bütün əməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.
İnkişafı
[redaktə | mənbəni redaktə et]Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.[98]
Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır. Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətən Avropa və ABŞ, həmçinin Okeaniya şəhərlərində keçirilir.
Məqsəd
[redaktə | mənbəni redaktə et]Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdə Free Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta, ing. "the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.[99]
İstifadəsi
[redaktə | mənbəni redaktə et]- 2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompyuterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.[100][101].
- İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompyuterə Ubuntu əməliyyat sistemi yazılıb[102].
- Ubuntu Gürcüstan və Makedoniya Respublikası orta məktəblərinin bütün kompyuterlinə yazılıb.
- Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[103]
- Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.[104].
- 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir.[105].
Sistem tələbləri
[redaktə | mənbəni redaktə et]Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) и PlayStation 3 arxitekturalarını da dəstəkləyir.
Minimal tələblər[106][107][108] | Server | Desktop |
---|---|---|
Prosessor (x86) | 300 MHz | 1 GHz |
Yaddaş | 128 MiB | 512 MiB |
Sərt disk (boş sahə) | 1 GB | 5 GB |
Monitor ölçüsü | 640×480 | 1024×768 |
Yerli qruplar (LoCo qruplar)
[redaktə | mənbəni redaktə et]Texniki xırdalıqları və incəlikləri anlamayan istifadəçilər üçün Ubuntu əməliyyat sisteminin inkişafı üçün yerli "cəmiyyətlər" qurulub[109] ki, bunun da çox yayılmış adı "Locos"-dur. İlkin olaraq hər ölkə yalnız bir LoCo komandaya malik idi. Ancaq məsələn ABŞ-də müəyyən ştarlar özlərinin yerli LoCo qruplarına malikdirlər. Ümumiyyətlə bu qruplar Ubuntu-da sırf dil ilə bağlı baryeri aradan qaldırmaq üçün çalışır.
Azərbaycanın da öz LoCo qrupu var: Ubuntu Azerbaijan LoCo
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 http://www.ubuntu.com/about/about-ubuntu.
- ↑ 1 2 3 https://www.openhub.net/p/ubuntu/analyses/latest/languages_summary.
- ↑ https://web.archive.org/web/20160823232119/http://www.ubuntu.com/about/about-ubuntu.
- ↑ Ubuntu 24.04.1 LTS released. 2024.
- ↑ Oracular Oriole Release Notes.
- ↑ 1 2 https://wiki.ubuntuusers.de/APT/.
- ↑ https://wiki.ubuntuusers.de/dpkg/.
- ↑ 1 2 3 https://ubuntu.com/community#download.
- ↑ https://help.ubuntu.com/lts/ubuntu-help/index.html.
- ↑ About the Name [ölü keçid]
- ↑ Mandela, Nelson. "The Ubuntu Experience (Nelson Mandela Interview)" (Motion picture). 2006-01-11. 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ About Ubuntu Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine.
- ↑ ing. Long Term Support ingilis dilindən — "uzun müddət ərzində dəstək"
- ↑ "Arxivlənmiş surət". 2010-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu packages" (ingilis). 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2007.
- ↑ "Desktop" versiyası.
- ↑ "Alternate" versiyası
- ↑ Божинов, Анжел. "Canonical вы��ускает Ubuntu Mobile" (rus). OSZone. 2013-01-02. 2013-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
Компания Canonical, известная по разработке операционной системы Ubuntu, сегодня официально заявила о своём твёрдом намерении выйти на рынок смартфонов и планшетов с помощью новой мобильной системы Ubuntu
- ↑ Shuttleworth, Mark. What about binary compatibility between distributions? Arxivləşdirilib 2006-10-13 at the Wayback Machine. Edubuntu Wiki.
- ↑ Ubuntu Philosophy Arxivləşdirilib 2007-03-15 at the Wayback Machine. Ubuntu.com
- ↑ "internetnews.com Sarge vs. The Hoary Hedgehog?". 2020-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Mako Hill, Benjamin. "Announcing Launch of ($10m) Ubuntu Foundation" (ingilis). 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-12.
- ↑ "New Ubuntu Foundation Announced". Canonical (ingilis). Ubuntu.com. 2014-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-12.
- ↑ Hill, Benjamin Mako (26 noyabr 2004). Ubuntu is Born Arxivləşdirilib 2007-03-20 at the Wayback Machine. Ubuntu (A GNU/Linux Operating System): Past Present and Future.
- ↑ RootSudo Arxivləşdirilib 2006-11-27 at the Wayback Machine. Ubuntu Wiki
- ↑ Ubuntu 6.06 Release Notes: Hardware Requirements Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine (ing.)
- ↑ Ubuntu 8.10 System Requirements Arxivləşdirilib 2019-08-23 at the Wayback Machine (ing.)
- ↑ Ubuntu 9.04 Release Notes: System Requirements Arxivləşdirilib 2010-05-23 at the Wayback Machine (ing.)
- ↑ "Desktop | Ubuntu". 2008-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Brand — Ubuntu Wiki". 2010-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ребрендинг Ubuntu, или ОбМАКивание и модернизация | Пингвиноff.нет". 2010-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Для Ubuntu Linux 10.04 подготовили ребрендинг (Страница 1) — Новости — LinuxForum — Форум о Linux". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ 1 2 "DevelopmentCodeNames — Ubuntu Wiki". 2007-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ https://wiki.ubuntu.com/Kernel/Dev/ExtendedStable Arxivləşdirilib 2022-09-16 at the Wayback Machine This is the table with status of linux kernel versions that Ubuntu Kernel Team (UKT) provided, provides or plan to provide with stable patches support
- ↑ "Ubuntu 4.10 announcement". 2016-03-10 tarixində arxivləşdirilib. İstifad�� tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 5.04 announcement". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 5.10 announcement". 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 6.06 LTS announcement". 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 6.06.1 LTS announcement". 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 6.06.2 LTS announcement". 2008-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 6.06 LTS Desktop Edition reaches end-of-life on July 14, 2009". March 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2010.
- ↑ "Ubuntu 6.10 announcement". 2015-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu buraxılışı haqda məlumat 7.04 (Feisty Fawn)". 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu buraxılışı haqda məlumat 7.10 (Gutsy Gibbon)". 2009-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ 1 2 "Ubuntu 8.04 LTS (Hardy Heron) yaradılması haqda məlumat". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 8.04.1 LTS (Hardy Heron) yaradılması haqda məlumat". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "8.04.2 LTS (Hardy Heron) yaradılması haqda məlumat". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 8.04.3 LTS (Hardy Heron) yaradılması haqda məlumat". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 8.10 (Intrepid Ibex) yaradılması haqda məlumat". 2010-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 8.10 reaches end-of-life on April 30, 2010". March 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2010.
- ↑ "Ubuntu 9.04 (Jaunty Jackalope) Intrepid Ibex". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu 9.04 reaches end-of-life on October 23, 2010". January 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2010.
- ↑ "Ubuntu 9.10 (Karmic Koala) yaradılması haqda məlumat". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Introducing the Karmic Koala, our mascot for Ubuntu 9.10". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Информация о разработке Ubuntu 10.04 (Lucid Lynx)". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ 1 2 Ubuntu 10.10 yaradılması haqda məlumat
- ↑ "Shooting for the Perfect 10.10 with Maverick Meerkat". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Ubuntu 11.04 yaradılması haqda məlumat
- ↑ "N-imal?". 2010-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "OneiricReleaseSchedule — Ubuntu Wiki". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ Next after Natty? (ing.) Arxivləşdirilib 2011-07-14 at the Wayback Machine Ubuntu 11.10-un kod adının seçilməsi ilə əlaqədar Mark Şattlvortun məqaləsi
- ↑ "PrecisePangolin — Ubuntu Wiki". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ "12.04.1". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ "Ubuntu 12.04.2 LTS released". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-17.
- ↑ P is for… (ing.) Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine Mark Şatlvortun bloqundakı yazı
- ↑ "Quantal Quetzal — Ubuntu Wiki". 2011-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-03.
- ↑ Quality has a new name (ing.) Arxivləşdirilib 2012-05-03 at the Wayback Machine Mark Şatlvortun bloqundakı yazı
- ↑ "Raring Ringtail — Ubuntu Wiki". 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-03.
- ↑ Not the Runty Raccoon, the Rufflered Rhino or (even) the Randall Ross (ing.) Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine Mark Şatlvortun bloqundakı yazı
- ↑ "Ubuntu 13.10 (Saucy Salamander) released (ing.)". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ [1] Arxivləşdirilib 2013-04-30 at the Wayback Machine Mark Şatlvortun bloqundakı yazı
- ↑ releases.ubuntu.com/14.04
- ↑ "Ubuntu 14.04.1 LTS released" (ingilis). 2014-07-25. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25.
- ↑ Quantal, raring, saucy… (ing.) Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine Mark Şatlvortun bloqundakı yazı
- ↑ "Broken Steel: Расписание Выпусков Ubuntu 14.10". 2014-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ U talking to me? (штп.) Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine Kobud
- ↑ "XenialXerus/ReleaseNotes - Ubuntu Wiki". wiki.ubuntu.com. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-21.
- ↑ 1 2 "Kernel/LTSEnablementStack — Ubuntu Wiki". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-04.
- ↑ wiki.ubuntu.com/ArtfulAardvark/ReleaseSchedule
- ↑ "Видеоанонс Mark Şatlvortun Atlanta Linux Fest-ində UbuCon çərçivəsində Ubuntu 10.04 video konfransı". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "PrecisePangolin/ReleaseSchedule — Ubuntu Wiki". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ "TrustyTahr/ReleaseSchedule — Ubuntu Wiki". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
- ↑ "Ubuntu Technical Board Looks at Shuttleworth's Proposal for Release Management Methodology". Ubuntu News on The Fridge (ingilis). 2013-03-19. 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-15.
- ↑ Ubuntu Support: ShipIt FAQ Arxivləşdirilib 2010-04-10 at the Wayback Machine (ing.)
- ↑ ShipIt changes Arxivləşdirilib 2009-10-25 at the Wayback Machine (ing.)
- ↑ 1 2 "Ubuntu/components". 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-3.
- ↑ "Ubuntu Licensing". 2007-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "NVIDIA Software License". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Codecs install Arxivləşdirilib 2007-06-10 at the Wayback Machine. Ubuntu Wiki
- ↑ "EasyUbuntu". 2006-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Arxivlənmiş surət". 2010-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "partners/certification/software". 2007-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Introducing the Dapper Commercial Repository Arxivləşdirilib 2007-06-01 at the Wayback Machine. Unofficial Ubuntu blog
- ↑ "Adding Canonical Partner Repositories". 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Canonical Partner Repository index". 2010-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Canonical Inc. "Ubuntu Trademark Policy" (ingilis). 2011-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-28.
- ↑ "Arxivlənmiş surət". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
- ↑ "Arxivlənmiş surət". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Gerry Carr. "Codecs and DVD playback on Ubuntu 8.04 for all users". Canonical Blog (ingilis). Canonical. 2011-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-18.
- ↑ "Французская полиция перешла на Linux | Новости. Новости дня на сайте Подробности". 2008-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ French police deal blow to Microsoft (ing.)
- ↑ "Владимир Крюков: "Ubuntu — операционная система, не подверженная вирусной угрозе" / ТехноПортал". 2009-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ Mark Shuttleworth " Blog Archive " Absolutely no truth to the rumour… Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine (ing.)
- ↑ "Arxivlənmiş surət". 2009-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Телекомпания НТВ. Официальный сайт | Новости НТВ | Новинка от "Линукс"". 2009-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- ↑ "Ubuntu System Requirements". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-19.
- ↑ "Preparing to Install". İstifadə tarixi: 2010-04-19.[ölü keçid]
- ↑ "Meeting Minimum Hardware Requirements". İstifadə tarixi: 2010-04-19.[ölü keçid]
- ↑ "Ubuntu Local Community Teams". 2011-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ubuntu ƏS-in rəsmi vebsaytı
- Ubuntu endir Arxivləşdirilib 2009-10-09 at the Wayback Machine
- Ubuntu Azərbaycan