Debian

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Debian
Loqonun şəkli
Tipi Linux əməliyyat sistemləri, viki, veb-sayt, təşkilat
Müəllif
Repozitoriya salsa.debian.org/public
İnterfeys GNOME, Xfce, KDE Plasma, Cinnamon, MATE, LXDE, LXQt[1]
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi 16 avqust 1993
Platforma x86_64[d][4], ARM[d][5], MIPS[d][6], x86[7]
Sonuncu versiya 12.7[2]
Sayt debian.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DebianLinux-a və ya GNU Hurd-a əsaslanan, yanlız sərbəst yayılan proqram təminatından ibarət olan və ilkin kodu açıq olan əməliyyat sistemidir.

Bir çox Linux əməliyyat sistemi Debian əməliyyat sistemi əsasında yaradılmışdır. Hazırda Linux əməliyyat sisteminin ən populyar və önəmli distributivlərindən biridir. “Debian” adı layihənin əsasını qoyan Yan Mördok (Ian Murdock) və onun qız dostu (sonradan arvadı, indi isə keçmiş həyat yoldaşı) Debra Linn’in (Debra Lynn) adlarından yaranıb. Debian heç bir şirkətə məxsus olmayıb, cəmiyyətin məhsuludur. Debian 5.0 lenny-nin bütün paketlərinin yaradılması (323 milyon sətir kod) 8 milyard dəyərində işə barəbər hesab edilir.

Debian, quraşdırma zamanı bir və ya bir neçə popular masaüstü mühitlərini seçməyi təklif edir. Defolt mühiti - GNOME-dır. Sistemi quraşdırandan sonra "tasksel" komandası ilə başqa mühitləri quraşdırmaq olar.

Debian GNU/Linux 6.0 (“Squeeze”)[8]

Paket idarə edilməsi

[redaktə | mənbəni redaktə et]

Debianda yeni paket lokal sistemdən qurulduğu zaman dpkg paket idarə etmə alətindən istifadə edilir. Əgər paket internet üzərindən qurulursa, onda apt-get alətindən istifadə olunur.

  1. "Arxivlənmiş surət". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  2. "Arxivlənmiş surət". 2024-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-11.
  3. https://www.debian.org/doc/manuals/project-history/ch-intro.en.html.
  4. https://www.debian.org/ports/amd64/.
  5. Ports.
  6. https://www.debian.org/ports/mips/.
  7. https://www.debian.org/ports/index.en.html.
  8. "Arxivlənmiş surət" (PDF). 2012-03-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.