Məmməd Cuvarlinski
Məmməd Cuvarlinski | |
---|---|
Nuxa (Şəki) Komitəsinin birinci katibi | |
Azərbaycan SSR-nin maarif komissarı | |
1934 – 1935 | |
Sonrakı | Müseyib Şahbazov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1937 (35 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski (8 aprel 1902, Cuvarlı, Qaryagin rayonu – 13 oktyabr 1937, Bakı) — Azərbaycan SSRnin təhsil naziri (Maarif komissarı), partiya və dövlət xadimi, repressiya qurbanı.
Həyatı
Məmməd bəy İsmayıl bəy oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi.
Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər.[1] M. Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.
Hal-hazırda 52 saylı orta məktəbə Məmməd İsmayıl oğlu Cuvarlinskinin adı verilib. Qeyd edək ki, məktəb 1966-cı ildən bəri fəaliyyət göstərir.
Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.
İstinadlar
- ↑ Azərbaycanın təhsil nazirləri. "Məmməd İmsayıl oğlu Cuvarlinski" //Azərbaycan müəllimi.- 2011.- 29 iyul.
Mənbə
- Ənvər Çingizoğlu, Cuvarlinskilər, "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
Həmçinin bax
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 8 apreldə doğulanlar
- 1902-ci ildə doğulanlar
- Füzuli rayonunda doğulanlar
- 13 oktyabrda vəfat edənlər
- 1937-ci ildə vəfat edənlər
- 35 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bioqrafik qaralamalar
- Cuvarlinskilər
- Azərbaycan SSR xalq maarifi komissarları
- Azərbaycan Kommunist Partiyası Şəki Rayon Komitəsinin birinci katibləri
- SSRİ-də repressiya qurbanları
- Edam olunmuş siyasətçilər