Xələclər
Xələclər | |
---|---|
Cəmi say | 48.000 (2010)[1] |
Əhəmiyyətli sayda yaşadığı bölgələr | İran, Əfqanıstan, Türkmənistan, Pakistan. |
Dil | Xələc dili |
Din | İslam |
Yaxın etnik qruplar | Türklər, Azərbaycanlılar |
Xələclər — İranda, Əfqanıstanda, Türkmənistanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti Azərbaycan türkləri ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar.[2]
Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər buraya Şandermandan gəlmişlər.[3]
Adı mənşəyi
[redaktə | mənbəni redaktə et]Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir;
"….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir. Sonradan bunlara "Xalaç" deyilmişdir; əsilləri budur."[4]
Oğuzlar və qıpçaqlar "x"-nı "k"-ya tərcümələr. Bunlar "Xalaçlar"dan bir bölükdür. Bunlar türklərin "qızım" dediyi yerdə "Xızı" deyərlər və yenə o biri türklərin "kandi erdinğ" dediyi yerdə bunlar "xanda erdinğ" deyərlər ki, "harada idin" deməkdir.[5].
Oğuz Dastanında da "Xələc" sözü bir türk boyunun adı olaraq göstərilir və "ac qalmaq" ifadəsindən törədiyi qeyd edilmişdir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2006-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-04.
- ↑ "Ethnologue: Languages of the World : Khalaj, Turkic". 2009-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
- ↑ Məhəmmədqızı, Gülşən. ""Subtropik əməliyyatı" nın gizlinləri - Gülşən Məhəmmədqızı yazır". Ədalət (az.). 18 may 2021. 16 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
- ↑ Divanü Lügat-it – Türk Tercümesi, çev. Atalay Besim, TDK Yayınları 523, Ankara, 1992, Cilt III, s. 415.
- ↑ Divanü Lügat-it – Türk Tercümesi, çev. Atalay Besim, TDK Yayınları 523, Ankara, 1992, Cilt III, s. 218.
- ↑ Ögel B., Türk Mitolojisi, Türk Tarih Kurumu Yayınları, Ankara, Cilt 1, s. 178.
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |