Rutullar
Ümumi sayı |
---|
37.000 |
Dili |
Dini |
İslam |
Rutullar — Azərbaycanda və Dağıstanda etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini). Rutullar yazılı olaraq uzun müddət ərəb hərflərindən istifadə ediblər. Kiril hərfləri əsasında yazılı olaraq rutul dili 1990-cı ildə nəşr olunmuşdur. 1989-cü ildə həyata keçirilmiş son əhali siyahıyaalınmasına əsasən bütün SSRİ-də 20.388 nəfər etnik rutul yaşayırdı ki, onlardan 14.955 nəfəri Dağıstan MSSR-də, 336 nəfəri isə Azərbaycan SSR-də məskunlaşmışdı. Rutulların bir çoxunun əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Azərbaycanda 17.000 Rutul yaşayır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ethnologue.com - Rutul". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- rutulia.com — Rutul milli veb