Vikipediya:Saxtakarlıqla məşğul olmayın

Vikipediya, azad ensiklopediya
(Vikipediya:SAXTAKARLIQ səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Vikipediyada saxtakarlıq qəbul olunmur və saxtakarlıq etmiş istifadəçi, saxtakarlığı sübut olunarsa tez bir zamanda bloklanır.

İstifadəçinin İP ünvanlarının və ya qeydiyyatdan keçmiş istifadəçinin qeydiyyat adının bloklanması Vikipediyanın normal işinə həmin istifadəçi tərəfindən təhlükə olduqda yerinə yetirilir.

Vikipediyada saxtakarlıq dedikdə aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

  1. Bilərəkdən digər istifadəçilərin adları saxtalaşdırıldıqda. Onların şəxsi, eləcə də, müzakirə səhifələrinə oxşar səhifələrin sürətləri yaradıldıqda və onların adından məqalələrdə düzəlişlər edildikdə;
  2. Vikipediya cəmiyyətini aldatmaq məqsədi ilə digər istifadəçilər tərəfindən imzalanmış mətnlər (şərhlər) dəyişdirildikdə və ya silindikdə;
  3. Digər istifadəçilərin fəaliyyətlərində yanlış fikir yaratmaq məqsədi ilə onların redaktə etdikləri məqalələrdə yanlış redaktələr edildikdə;
  4. Digər istifadəçi adından məqalələr redaktə edildikdə və ya müzakirələr aparıldıqda;
  5. Vikipediya cəmiyyətində istifadəçilərlə kobud rəftar etdikdə və konfliktlər yaratdıqda.


Həmçinin bax

[mənbəni redaktə et]