Vikipediya:Səhifələrin mühafizəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bəzi hallarda səhifələr müəyyən qrup istifadəçilərin redaktəsi üçün mühafizə oluna bilər. Blok kimi tədbirlər səhifənin vandalizm hallarından qorunmasına bəs etmədikdə mühafizədən istifadə etmək olar. Digər hallarda isə statusundan asılı olmayaraq istənilən Vikipediya səhifəsi istənilən istifadəçi və ya IP üçün redaktəyə açıq qoyulmalıdır. Bu səhifədə mühafizə növləri, mühafizə etmə və mühafizəni götürmə prosedürləri, hansı növ mühafizənin hansı halda tədbiqi olunması və ya olunmaması barədə məlumatlar verilmişdir.

Mühafizə ancaq inzibatçılar tərəfindən həyata keçirilə bilər, lakin istənilən istifadəçi mühafizə üçün müraciət etmək hüququna malikdir. Mühafizə vəziyyətdən asılı olaraq müddətsiz ola bilər və ya müəyyən vaxtdan sonra başa çata bilər. Müxtəlif mühafizə səviyyələri haqqında məlumatlar aşağıda verilib və onlar səhifə redaktəsi, səhifənin yerdəyişməsi, səhifə yaradılması və fayl yüklənməsi kimi hallara tətbiq oluna bilər. Səhifə mühafizə olunsa belə, mənbə kodu (mətni) əlçatandır və istənilən istifadəçi tərəfindən köçürülə bilər.

Mühafizə olunmuş səhifələrin üzərində qıfıl ikonası olur.

Ümumi məlumatlar

[mənbəni redaktə et]

İnzibatçılar səhifələri aşağıdakı hərəkətlərdən mühafizə etmək üçün texniki imkana malikdirlər:

  • Redaktə mühafizəsi səhifəni redaktə olunmaqdan mühafizə edir.
  • Yerdəyişmə mühafizəsi səhifənin yerdəyişməsindən və ya yenidən adlandırılmasından mühafizə edir.
  • Yaratma mühafizəsi səhifənin yaradılmasının qarşısını alır.
  • Yükləmə mühafizəsi faylın yeni versiyasının yüklənməsinin qarşısını alır.

İnzibatçılar səhifələri aşağıdakı səviyyələr üzrə mühafizə etmək üçün texniki imkana malikdirlər:

İstənilən cür mühafizə (kaskad mühafizə istisna olmaqla) haqqında İnzibatçılara müraciət səhifəsində müraciət yaratmaq olar. Tam mühafizə olunan səhifələr üçün redaktələr həmin səhifənin müzakirə səhifəsində təklif olunmalı, konsensus əldə olunduqdan sonra inzibatçılar təklif olunan redaktələrin icrasını aparmalıdırlar.

Vikimediya Fondu tərəfindən tərəfindən aparılan dəyişikliklər və MediaViki ad fazasında olan səhifələr istisna olmaqla, mühafizə səbəbi ortadan qalxdıqdan, kifayət qədər vaxt keçdikdən və ya mühafizənin davam etməsi üçün konsensus əldə olunmadıqdan sonra inzibatçılar səhifəni mühafizədən azad edə bilərlər. Mühafizənin götürülməsini istəyən istifadəçi səbəb göstərməklə mühafizəni tətbiq etmək idarəçiyə yaza bilərlər. Əgər idarəçi aktiv deyilsə, Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edə bilər. Mühafizəni tətbiq etmiş idarəçi aktivdirsə, birinci onunla məsləhətləşmək lazımdır, əks halda Vikipediya:İnzibatçılara müraciət səhifəsinə edilən müraciət geri çevrilir. Mühafizə olunan səhifələrin siyahısı buradadır.

İstifadəçi qrupları və mühafizə səviyyələri arasında əlaqə
  IP ünvan və ya yeni istifadəçi Avtotəsdiqlənmiş, təsdiqlənmiş istifadəçi Təcrübəli istifadəçi İdarəçi Münasibət
Mühafizəsiz normal redaktə Avtomatik mövcud olan, ən aşağı mühafizə səviyyəsi.
Qismən mühafizə redaktə edə bilməz normal redaktə Anonim və qeydiyyatdan keçmiş istifadəçilərin vandalizminə məruz qalan səhifələr; çox istifadə olunan şablon və modullar.
Genişləndirilmiş mühafizə redaktə edə bilməz normal redaktə Qismən mühafizəsinin vandalizmin qarşısını ala bilmədiyi səhifələr.
Tam mühafizə redaktə edə bilməz normal redaktə Təcrübəli istifadəçilərin vandalizminə məruz qalan səhifələr; çox vacib şablon və modullar.

Digər mühafizə növləri:

  • Blue padlockYaratma mühafizəsi
  • Green padlockYerdəyişmə mühafizəsi
  • Purple padlockYükləmə mühafizəsi
  • Black padlockOfis mühafizəsi
  • Turquoise padlockKaskad mühafizə


Mühafizə səviyyələri

[mənbəni redaktə et]

Tam mühafizə

[mənbəni redaktə et]

Tam mühafizə zamanı inzibatçılardan başqa heç kim səhifə üzərində iş görə bilmir. Vəziyyətdən asılı olaraq tam mühafizə müddətsiz və müddətli ola bilər.

Tam mühafizə olunan səhifələr üçün redaktə təklifləri səhifənin müzakirə səhifəsində verilə bilər. Konsensus əldə edildikdən sonra inzibatçılar təklif olunan redaktə və ya redaktələri səhifəyə tətbiq etməlidirlər. Müzakirə səhifəsinə {{Tam mühafizə redaktəsi}} şablonunu yerləşdirməklə bu barədə inzibatçıların diqqətini cəlb etmək mümkündür.

Məzmun mübahisələri

[mənbəni redaktə et]

Məzmun mübahisələri və redaktə müharibələri zamanı inzibatçıların xəbərdarlığı bəs etmirsə, səhifəni müvəqqəti olaraq tam mühafizə edərək redaktə müharibəsinin qarşısını almalıdırlar.

İnzibatçılar səhifəni mühafizə edərkən vandalizm, müəlliflik hüququ pozuntusu, neytrallığın pozulması kimi Vikipediya prinsiplərinə zidd olan versiyasını mühafizə etmədiklərinə əmin olmalı, redaktə müharibəsinin başlanğıcından əvvəlki bir keçmiş versiyanı bərpa edərək səhifəni mühafizə etməlidirlər.

Mübahisə yaratmayan dəyişikliklər və redatə üçün konsensus istisna olmaqla, mühafizə olunmuş səhifə başqaları tərəfindən dəyişdirilə bilməz. Əgər istifadəçi mühafizə olunan versiyanın Vikipediya prinsiplərinə zidd olan məzmuna malik olduğunu düşünürsə, düzgün olan keçmiş versiyanı göstərə və həmin versiyanın mühafizə olunmasını tələb edə bilər.

Redaktə müharibəsində iştirak etmiş, səhifəyə ciddi töhfələr verərək mübahisəyə qarışan və öz versiyasını müdafiə edən inzibatçılar öz statuslarından sui-istifadə edərək səhifənin müdafiə etdikləri versiyasını mühafizə edə bilməzlər və ya mühafizə olunmuş səhifəyə konsensus əldə olunmadan məlumat əlavə edə bilməzlər (mübahisə yaratmayan redaktələr istisna olmaqla). Bu halda mübahisəyə qarışmayan, tərəfsiz idarəçi səhifəni mühafizə etməli və müzakirə səhifəsində konsensusla qərar verilmiş redaktəni səhifəyə tətbiq etməlidirlər.

Vikipediya hər kəs tərəfindən redaktə oluna bilən azad ensiklopediya olduğu üçün heç bir səhifə səbəb olmadan mühafizə oluna bilməz. Lakin əgər səhifə mütəmadi olaraq bir çox təcrübəli istifadəçilər tərəfindən vandalizmə uğrayırsa, bloklama və genişləndirilmiş mühafizə kömək etmirsə, səhifəni müvəqqəti olaraq tam mühafizəyə almaq olar. Tam mühafizənin səviyyəsini vandalizmin qarşısını ala biləcək minimum səviyyə ilə uyğunlaşdırmaq lazımdır və müddətini mümkün qədər az etmək məqsədəuyğundur. Yəni əgər səhifə sadəcə olaraq yerdəyişmə vandalizminə məruz qalırsa, ona sadəcə yerdəyişmə mühafizəsi vermək lazımdır, redaktə mühafizəsinə ehtiyac yoxdur. Bu yolla digər istifadəçilərin səhifəyə töhfələr verməsinin qarşısı alınmır.

Daimi mühafizə

[mənbəni redaktə et]

İnzibatçılar MediaViki təminatı tərəfindən qorunan səhifələrin mühafizəsini dəyişmək üçün texniki imkana malik deyillər və bu səhifələr daimi mühafizə olunur:

  • MediaViki ad fazasında olan səhifələri ancaq inzibatçılar redaktə edə bilirlər.
    • MediaWiki:common.js kimi CSS və JavaScript səhifələrini ancaq interfeys inzibatçılari redaktə edə bilirlər.
  • İstifadəçi:Misal/monobook.cssİstifadəçi:Misal/cologneblue.js kimi istifadəçilərin öz şəxsi CSS və JS səhifələrini ancaq istifadəçinin özü və interfeys inzibatçıları redaktə edə bilir. Bu cür səhifələrdəki skript qaydalara uyğun deyilsə, interfeys inzibatçıları tərəfindən redaktə edilə bilər. İnzibatçılar bu cür səhifələri redaktə edə və dəyişə bilməsələr də, silmə funksiyasına malikdirlər.
  • İstifadəçi:Misal/data.json kimi şəxsi JSON səhifələrini ancaq istifadəçinin özü və inzibatçılar redaktə edə bilirlər.

Sərt kodlanmış mühafizələrdən əlavə, Ana səhifə daimi olaraq inzibatçılar tərəfindən mühafizə edilib.

Qismən mühafizə

[mənbəni redaktə et]

Qismən mühafizə zamanı səhifəni qeydiyyatdan keçməyən istifadəçilər (IP ünvanlar), eləcə də, avtotəsdiqlənməmiş istifadəçilər (4 günlük və 10-dan az redaktəsi olan hesablar) və ya təsdiqlənməmiş istifadəçilər dəyişə bilmirlər. Əgər səhifə əsasən IP ünvanlar, yeni və qeydiyyatdan keçməmiş istifadəçilər tərəfindən vandalizmə uğrayırsa, onda qismən mühafizə tətbiq olunmalıdır.

Qismən mühafizə olunmuş səhifələri redaktə edə bilməyən istifadəçilər redaktə təkliflərini səhifənin müzakirə səhifəsinə yaza bilərlər. {{Qismən mühafizə redaktəsi}} şablonu ilə redaktə hüququ olan istifadəçilərin (idarəçi, avtotəsdiqlənmiş və ya təsdiqlənmiş, təcrübəli) diqqətini cəlb edə bilərlər. Redaktə təklifi mübahisə yaratmırsa, konsensus varsa, redaktə hüququna malik istifadəçilərdən biri redaktəni səhifəyə tətbiq edə bilər. İstifadəçi təsdiqlənmiş istifadəçi statusu almaq istəyirsə, inzibatçılara müraciət edə bilər.

İnzibatçılar üçün təlimatlar

[mənbəni redaktə et]

İnzibatçılar tez-tez və daimi olaraq IP-lər tərəfindən vandalizmə uğrayan məqalələri qeyri-müəyyən vaxta qədər qismən mühafizə edə bilərlər. Hələ baş verməmiş vandalizm hallarının qarşısını almaq üçün qismən mühafizədən qabaqlayıcı tədbir kimi tətbiq oluna bilməz.

İnzibatçılar aşağıdakı hallarda qismən mühafizəni tətbiq edə bilərlər:

  • Əgər səhifə xeyli, amma müvəqqəti olaraq (məsələn, media diqqətinə görə) vandalizmə uğrayırsa və bunun qarşısını almaq üçün bloklamalar kifayət etmirsə.
  • Əgər səhifədə baş verən redaktə müharibəsinin bütün iştirakçıları qeydiyyatdan keçməmiş və ya yeni istifadəçilərdirsə.
  • Əgər bir istifadəçi müxtəlif kompüterlərdəki IP-lərdən istifadə edərək, yeni IP-lərdən daxil olaraq və ya tez-tez IP ünvanını dəyişərək səhifədə vandalizm törətməyə davam edirsə.
  • Müzakirə səhifəsi davamlı olaraq yeni istifadəçilər və IP-lərin vandalizminə uğrayırsa. Müzakirə səhifələrinin qismən mühafizəsi ancaq təcili hallarda tətbiq olunmalıdır, çünki bu, yeni istifadəçi və IP-lərin müzakirədə iştirakına mane olur. Ciddi səbəb olmadığı müddətcə müzakirə səhifəsi mühafizə oluna bilməz.

Genişləndirilmiş mühafizə

[mənbəni redaktə et]

Genişləndirilmiş mühafizə zamanı səhifəni ancaq idarəçi və təcrübəli istifadəçilər redaktə edə bilirlər. Təcrübəli istifadəçi statusu azı 30 günlük hesabı olan və 500 redaktəsi olan istifadəçilərə avtomatik verilir.

Genişləndirilmiş mühafizə ancaq qismən mühafizə effektiv olmadıqda və ya təsdiqlənmiş istifadəçilərin səbəb olduğu redaktə müharibələrinin, vandalizm hallarının qarşısını almaq üçün tətbiq olunmalıdır. Genişləndirilmiş mühafizə ortada heç bir səbəb yox ikən, qabaqlayıcı tədbir kimi tətbiq edə bilməz və təcrübəli istifadəçilərə təsdiqlənmiş istifadəçilər qarşısında üstünlüklər gətirməməlidir.

Genişləndirilmiş mühafizə tələbi üçün istənilən istifadəçi inzibatçılara müraciət edə bilər.

Mühafizə növləri

[mənbəni redaktə et]

Yaratma mühafizəsi

[mənbəni redaktə et]

İnzibatçılar səhifələrin yaradılmasının qarşısını almaq üçün texniki imkana malikdirlər. Yaratma mühafizəsi qaydalar əsasında silinən, amma davamlı olaraq müxtəlif istifadəçilər tərəfindən yaradılan səhifə başlıqlarına tətbiq oluna bilər. Mühafizəli başlıqların siyahısı buradadır.

Yaratma mühafizəsinə malik başlıqlar həm də qara siyahısı sistemi ilə tənzimlənə bilər. Bu zaman bənzər başlıqların da yaradılmasının qarşısı alınır.

Əgər istifadəçi səhifəyə yaratma mühafizəsinin yanlış olduğunu düşünürsə, mühafizəni tətbiq etmiş idarəçiyə və ya digər inzibatçılara müraciət etməli, səbəb göstərməlidir. Tövsiyə olunur ki, istifadəçi səhifənin qaralama halını yaradaraq idarəçiyə təqdim etsin.

Yaratma mühafizəsinin 3 səviyyəsi mövcuddur: qismən, genişləndirilmiş və tam. Təsdiqlənməmiş istifadəçilər məqalə yarada bilmədikləri üçün məqalələrə qismən yaratma mühafizəsi tətbiq olunmamalıdır.

Yaratma mühafizəsi demək olar ki, həmişə müddətsiz olur. Lakin silinmiş səhifə tez-tez sadəcə bir istifadəçi və ya kuklaları tərəfindən yaradılırsa, müvəqqəti yaratma mühafizəsi tətbiq oluna bilər.

Yerdəyişmə mühafizəsi

[mənbəni redaktə et]

Yerdəyişmə mühafizəsi zamanı səhifənin adını ancaq idarəçi dəyişə bilər (fayllar avtomatik olaraq həmişə bu mühafizədədir). Yerdəyişmə mühafizəsi bu hallarda tətbiq olunur:

Tam mühafizə olunan səhifələr avtomatik olaraq yerdəyişmə mühafizəsinə də malik olur.

Əgər səhifənin adı redaktə müharibəsi nəticəsində tez-tez dəyişdirilirsə, redaktə müharibəsindən öncəki adə bərpa edib yerdəyişmə mühafizəsini tətbiq etmək lazımdır. Müzakirə səhifəsində əldə olunan ümumi fikirdən sonra idarəçi qəbul edilən adı tətbiq edib mühafizəni ləğv edə bilər.

Yükləmə mühafizəsi

[mənbəni redaktə et]

Yükləmə mühafizəsi zamanı faylın yeni versiyası ancaq inzibatçılar tərəfindən yüklənə bilər. Yükləmə mühafizəsi ancaq yeni versiyanın yüklənməsini məhdudlaşdırır, faylın redaktə edilməsini məhdudlaşdırmır. Yükləmə mühafizəsi bu hallarda tətbiq oluna bilər:

  • Fayl tez-tez yüklənmə vandalizminə məruz qalırsa.
  • Faylın yeni versiyası barədə redaktə müharibəsi baş verirsə.
  • Faylın yeni versiyasının yüklənməsi üçün ortada heç bir səbəb yoxdursa (adətən interfeysdə istifadə olunan fayllara aiddir).
  • Fayl Xəritə.jpg png kimi ümumi və səciyyəvi adlara malikdirsə.

İnzibatçılar redaktə müharibəsinə görə yükləmə mühafizəsi tətbiq etdikləri zaman redaktə müharibəsindən əvvəlki versiyanı bərpa etməlidirlər. Ümumi qərar qəbul edilərsə, mühafizə ləğv oluna bilər. Vandalizmə məruz qalan faylların yüklənmə mühafizəsi daha uzunmüddətli olur.

Həmçinin bax

[mənbəni redaktə et]