Tomas Mor
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tomas Mor | |
---|---|
ing. Thomas More | |
Doğum adı | Thomas More |
Doğum tarixi | ehtimal ki, 7 fevral 1478[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 1535[1] (57 yaşında) |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | filosof, tarixçi, ilahiyyatçı, siyasətçi, şair, dövlət xadimi, romançı, şair-vəkil[d], hakim, diplomat, yazıçı |
Əsərlərinin dili | ingilis dili, latın dili |
Janr | satira |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Mor (ing. Sir Thomas More; ehtimal ki, 7 fevral 1478[1], London – 6 iyul 1535[1]) — dahi ingilis humanisti, filosof və dövlət xadimi həmçinin möhtəşəm şair, 280 latın dilli epiqrammın və bir çox poemanın müəllifi.
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Mor dövrünə görə təhsil almaq çətin olmasına baxmayaraq qədim latın və yunan dillərini mükəmməl bilirdi. Artıq 1505-ci ildə Mor Roterdamlı Erazmla birlikdə Lukiandan ilk tərcüməsini edir hansı ki, bu əsər bir ildən sonra Parisdə çapdan çıxır. Mor bu dövrlərdə həmçinin yunan dilini və poetikasını dərindən öyrənməyə maraq göstərir hətta özəl müəllimlə də çalışır. Mor Lili ilə birlikdə "Progimnasmata" əsərində etdiyi yunan epiqrammlarının tərcüməsində bu haqda qeyd etmişdir. Onun bu tərcüməçilik fəaliyyəti çox güman ki, 1503–1504-cü illərə aid edilir. Mor mənbə kimi Yunan antologiyasından yararlanmışdır.
Morda antik dövrə qarşı məhəbbətin oyanmasında oksfordlu müəllimlər Uilyam Qrocin və Tomas Linakr bir növ muza rolunu oynamışlar. Lakin bu dövrdə nəinki Oksford və Kembric universitetlərində, alim-humanistlərin toplaşdığı şəhərin istənilən küncündə ümumilikdə qədim poeziyanı və məhz latın poeziyasını təkcə sevmir, hətta qədim şairləri təqlid edərək şeirlər belə bəstələyirdilər.
Mor epiqrammlarının tarixi dəqiq məlum deyildir. Lakin onun Ulrix fon Güttenə yazdığı məktubundakı fikirlər Morun əsərlərini cavanlığında yazdığını göstərir. Mor poeziyasının tətqiqatçılarından Bredner və Linç haqlı olaraq məktubda çoxlu sayda ümumi mövzulara toxunulduğunu və tarixi aydınlaşdırmaq üçün dəqiq hadisə və tarixi şəraitdən bəhs edilmədiyini qeyd edirlər. Lakin bununla bərabər "Progimnasmata"dan olan bəzi nümunələrdə 1509-cu ildən sonrakı dövrün izlərini aşkar etmişlər.
Çox güman ki, antologiyadan tərcümə edilmiş epiqrammların çoxu "Progimnasmata"nın yazıldığı dövrlə səsləşir amma orijinal şeirlərin əksəriyyəti 1509–1516-cı illəri əhatə edir.
T. Mor özü epiqrammları haqqında ilk dəfə Erazma 1516-cı ildə "Utopiya" əsərinin əlyazması ilə göndərdiyi məktubunda qeyd etmişdir. Morun 1497-ci ildə ölmüş Henrix Abinqdona yazdığı epitafiyasını onun ilk epiqramması saymaq olar.
XV-XVI-cı əsrlərdə latın epiqrammları poeziyanın bir növü olaraq inanılmaz dərəcədə yayılmışdı. Bu sahədə daha çox italyan humanistləri Covanni Covanio Pontano, Mixail Marul, Tarxaniota və Ancelo Policiano məşhurlaşmışdılar. Həmin neolatın şairlərin əksəriyyəti məhəbbət epiqrammları yazsalar da Policiano onlardan fərqli olaraq həm də incə mədhiyyə şeirləri də yazırdı. Lakin Mor şair-epiqrammatist kimi yaradıcılığında kifayət qədər sərbəst və təkrarolunmazdır. Onun latın epiqrammları tərkib etibarilə inanılmaz dərəcədə zəngindir. Renan əsl epiqramlarda olması vacib olan bütün keyfiyyətləri Morun epiqrammlarında aşkara çıxartmışdır. Ona görə Morun epiqrammlarında dərrakə, uzunçuluqdan kənar olan yığcamlıq və zəriflik vardır. Onun sözlərinə görə bu xüsusiyyət daha çox Morun öz şeirlərinə aiddir. Lakin bununla bərabər onun şeirləri tərcümələrindən heç də geri qalmır. Renan həm şair, həm də tərcüməçi kimi Moru həqiqətən inanılmaz şəxsiyyət adlandırır. O, deyir: "Sanki Muzalar ona zarafat, zəriflik və incə zövqə aid nə varsa onu da vermişdir."
Mor hansı yunan şair-epiqrammatistlərinin yaradıcılığını tərcümə etmişdir?Bura "Progimnasmata" və Planudun antologiyasından alınmış 100 epiqramma aiddir. Yeri gəlmişkən onu da demək yerinə düşərdi ki, Mor ilk dəfə onları elm adamlarının beynəlxalq dilinə ___ latın dilinə tərcümə etmişdir. Yalnız XVII-ci əsrdə holland humanisti Hüqo Qrecii bu antologiyanı latın dilinə çevirmişdir. Mor antologiyanın ilk iki kitabındakı epiqrammlara daha çox meyl göstərmişdir ki, bunlar da satirik epiqrammlardan ibarət idi. Bu və digər mövzu Morda 40 dəfə, "qəbirüstü"10 dəfə, təsvirlər isə 3 dəfə işlədilmişdir. Antologiyanın digər 3 kitabına aid epiqrammları isə yalnız bir dəfə işləmişdir. Ehtimal olunur ki, bu tərcümələr zamanı Mor nəinki nəşr olunmuş kitabdan həmçinin əlyazmadan da istifadə etmişdir. Onun digər tərcümələrinə yunan mənbələrindən Aristotelin "Poetika"sı, Loertli Diogenin və prozaik yaradıcılıqla məşğul olan qədim dövr yazıçıları aiddir. Onun 63–64-cü epiqrammları ingilis dini nəğmələrinin tərcüməsi hesab olunur. Sonuncusu "Tyudorlu mahnıların toplusu"əlyazmasında toplanmışdır. Tomas Mor tərəfindən daha çox sevilən antologiyanın şair-epiqrammatistlərinə fikir verək. Birinci növbədə onu "Volterin antikliyi" özündən sonra 50 satirik epiqramm qoyub gedən möhtəşəm yazıçı satirik və epiqrammatist Lukian maraqlandırırdı. Həmçinin yalnız epiqrammatist-satirik kimi məşhurlaşan 130-dan çox epiqrammın müəllifi və Marsialın müasiri Lukiliy də bu sıraya daxil idi. Nəhayət sonuncu bütpərəst şair-epiqrammatist Palladın adını çəkə bilərik. Epiqrammın tarixində o, bu janrın gecikmiş oyanışını özündə əks etdirir. Onun sonuncu sıçrayışı ellin mədəniyyətinin tənəzzülü dövrünə təsadüf edir. Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor"təxəllüsü vermişdilər.
Morun digərlərindən çox qiymətləndirdiyi antik dövr epiqrammatistləri bunlar idi. O, Mirinodan, Nikarhadan Aqofiya Sxolastikanın, Simonidin, Platonun, Anitanın, Iskəndəriyyəli Leonidin, Anakreontun, Menandrın, Mimnermin, Misirli Yulianınsa ayrıca epiqrammlarını tərcümə etmişdir. Adını çəkdiyimiz bu epiqrammatistlər qismən tanınmış və ya tanınmamışlar idi.
Lakin Morun əsas poetik irsini onun şeirləri təşkil edir. Burada Morun şair və insan kimi bütün cizgiləri üzə çıxır. Bredner və Linç tərəfindən Morun epiqrammlarının yenidən çapdan çıxmışları 4 qrupa bölünürː
- Progimnasmata (18 şeir)
- Şəxsi epiqramlar (253)
- əlavə I (2)
- əlavə II (7)
100-dən artıq tərcümə olunmuş epiqrammın tərkibi yunan epiqrammının əsli hesab olunur və onlar olduqca rəngarəngdir. Morun özünün 160-dan çox epiqrammları tematikanın rəngarəngliyi baxımından heç də geri qalmır. XVI-cı əsrin əvvəli İngiltərə üçün onlar sözün əsl mənasında olduqca aktualdır. Burada şair-Mor bizi süjetlərin çoxluğu ilə heyrətə gətirir. Qədim epiqrammların ənənəvi motivləri əsasında ömrün qısalığı haqqında düşüncələr, pis həkim və qadınlarlara qarşı satiralar, cahil və acizləri məzəmmət, kasıb və varlıların həyatının müqayisəsi haqqında mövzular dayanır. Morun poeziyasında idarəetməyə və idarəçiliyə həsr olunmuş 23 epiqramm əsas yer tutur. Çünki, bu mövzu Mor və onun dostları ____ humanistlər üçün önəmli bir məsələ idi. Səbəbsə onların mükəmməl kökmdar görmək istəmələrindən irəli gəlirdi. Aydındır ki, Mor, Erazm və onların həmfikirləri bu baxımdan VIII Henrixə böyük ümidlər bəsləyirdilər. O, epiqrammlarının birində VIII Henrixin taxta çıxması münasibətilə onu həmin epiqrammda mədh etməkdən çəkinməmiş, Henrixin hakimiyyətə gəlişini "köləliyin sonu" və "azadlığın başlanğıcı" adlandırmış, VII Henrixin dövrünü çəkinmədən qanunsuzluq və terrorun baş alıb getdiyi dövr kimi qeyd etmişdir.
Ədalətli hökmdar sualı Erazmın traktatlarında da əsas mövzulardandır. Bura "Xristian hökmdar","Dünyanın şikayəti" və "Səfehliyin tərifi" əsərlərini aid edə bilərik. Mor epiqrammlardan əlavə "Utopiya"əsərində də bu problemə toxunmuşdur. Mor epiqrammatist kimi epiqrammlarında daha çox radikal mövqe tutur, nəinki "Utopiya" əsərində. Həm Morun, Həm də Erazmın fikrinə görə ədalətli hökmdar qanunla sülh və müharibələri idarə etməli, ya da Mora görə xalq öz iradəsiylə hakimiyyəti hökmdara verməli, ya da ondan azad etməlidir. Xalqın iradəsiylə hökmdarın seçilməsi məsələsini Mor VII Henrixin dövründə parlamentdə fəaliyyəti zamanı reallaşdırmağa çalışmışdır.
Mor da Erazm kimi ortodoksal xristian dindarlığından uzaq idi. Onun poeziyasında monarxlara rişxənd, yepiskopların tamahkarlıq və ədalətsizliyini bağışlamamaq kimi motivlər yoxdur. Onun yalnız 6 epiqrammında mədhiyyəçilik izləri vardır və bunlar da əbəs yerə yazılmayıb. Həm də bu mövzuda yazılan epiqrammlar belə yüksək qiymətə malikdir. Bu epiqrammlarda gözümüzün qabağından Morun müasirlərinin qalereyası keçir; boşboğaz qalloman Lal, sadəlövh Sabin, "Antimo" pamfletinin müəllifi Brikskiy, dostlar və həmfikirlər ____ Erazm, Busleyden, Petr Egidey, Uilyam Uorhem, şairin əzizləri və yaxınları. Dostlara və yaxınlara müraciətlə yazılmış epiqrammlarda Mor sədaqətli dost, övladlarına yaxşı təhsil tərbiyə verən, qızlarını oğlanlarından ayırmayan qayğıkeş ailə başçısı və ata təəssüratı bağışlayır.
Morun tərcümələrinin böyük əksəriyyəti original əsərlərə çox yaxındır. Yunan epiqrammlarından edilmiş tərcümələrdə o, hətta şeir ölçülərinə də riayət edir. Lakin fərqlərə də təsadüf edilir. Məsələn, Anekreontun 71-ci epiqrammında Mor yamb şeir tərzi əvəzinə xoriyamb işlətmişdir. Morun öz epiqrammlarının ilk nəşri də diqqəti cəlb edir. Onun ilk epiqrammı 1518-ci ilin martında Bazeldə Roterdamlı Erazmın dostu mətbəəçi İohann Frobenin məətbəsində nəşr olunmuşdur.
Tomas Mor poeziyası XVI əsr latın dilli humanist poeziyanın başlanğıcını qoydu. Morun "Utopiya" əsəri ilə Erazmın "Sadə danışıq" əsəri ideya cəhətdən olduqca yaxındır. Onlar cəmiyyətdə reformasiya dövründə yüksək humanist ideyaları tərənnüm edirdilər.
Müasir ingilis drammaturqu Robert Bolt öz pyesini Mora həsr edərək onu "Hər dövrün adamı" adlandırmışdır.