Sultanbud döyüşü
I Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Gəncə qalasının işğalı (1804) |
Sultanbud döyüşü — 1 fevral 1812-ci ildə İran və Rusiya qoşunları arasında baş verən döyüş.
Tarixi
[redaktə | mənbəni redaktə et]1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa yürüş etdi. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların İngilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar.
Abbasqulu ağa Bakıxanov bu barədə yazır:
"Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə bərabər atın sağrısında oturan o biri saldatı suya salaraq, Cəbrayıllı elinin arasına qaçdı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə, topxana və sərbazla Sultanbud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı.
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, Naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer edib, Qaradağ kəndlərinin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı".[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Abbasqulu ağa Bakıxanov, Gülüstani-İrəm, Bakı, 2001.