Sarvan döyüşü
Sarvan döyüşü | |||
---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi (1918-1920), Aprel işğalı | |||
Tarix | 27 aprel 1920 | ||
Yeri | Şabran rayonunun "Sarvan" stansiyası | ||
Səbəbi | XI Qızıl Ordunun sərhədləri keçməsi | ||
Nəticəsi | XI Qızıl Ordunun mütləq zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Sarvan döyüşü — 1920-ci ilin aprel ayının 27-sində Şabran rayonunun "Sarvan" stansiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş.
Döyüş
[redaktə | mənbəni redaktə et]XI Qızıl Ordunun gəldiyi qatar Həmdulla əfəndi və Qaçaq Mayılın rəhbərlik etdiyləri dəstələr tərəfindən "Sarvan" stansiyasında məcburi saxlanılıb. Sayca qeyri-bərabər gedən bu döyüşdə Qızıl Ordu xeyli canlı qüvvəsini itirmişdir. Yalama döyüşündən sonra məğlub olan anti-inqilabçı dəstələrin rəhbərləri müqaviməti dayandırmaq barədə müzakirələr aparılir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir. Bu dəfə döyüş üçün yer Həmdulla əfəndinin kəndi Şabran rayonu Qələgah kəndi yaxınlığındakı Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar gəlib çıxır. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlərin sayəsində ordunun hərəkəti dayandırılır. Elə bu vaxt qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir:[1][2]
Atmayın, sözümüz var! |
Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi.
Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir:
"İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil."
Qəzənfər Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır. Və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edənlər məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə dağlara çəkilirlər.[3][4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rəsulzadəni Azərbaycandan qaçıran Qaçaq Mayıl Mircəfər Bağırovun hansı xahişini rədd edib?". apa.tv. 21 September 2013. 25 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ "Sarvan döyüşü". Haqqında.az. 2015. 8 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ "Babadağda səngər, NKVD-nin tələsi, Təngə döyüşü". news.lent.az. 11 October 2014. 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ "Azərbaycanın istiqlaliyyəti uğrunda vuruşan qubalı qəhrəman Qaçaq Mayıl". Shimal News. 1 November 2022. 21 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.