Qayıdış (film, 1992)
Qayıdış | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Zəyyar Ağayev |
Ssenari müəllifi | Rəfael Hüseynov |
Operator | Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 49 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1992 |
Texniki məlumatlar |
5 hissə 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]1982-ci il noyabrın 3-də Naxçıvan torpağında qeyri-adi hadisə baş verdi. Böyük Azərbaycan şairi Hüseyn Cavid (1882-1941) 100 yaşının tamamında dəfn edildi. Dahi ustad ölümündən 41 il sonra öz doğma torpağına tapşırıldı. Bu filmdə böyük şairin çətin, keşməkeşli və bir qədər də haqsız həyatından söhbət gedir. Ölməz sənətkar keçən əsrin otuzuncu illərində repressiya qurbanı olmuş minlərlə istedadlı şəxslərdən biri idi. Çox saylı təqib və həbslər nəticəsində Hüseyn Cavid öz yaradıcılığına son qoymalı olur. 1939-cu ildə onu İrkutsk vilayətinə Sibirə sürgünə gördərirlər. Böyük şair 1941-ci ildə sürgündə, qərib diyarda dünyasını dəyişir. Buna baxamayaraq Hüseyn Cavid bir çox nəsillərə öz zəngin əsərlərini bəxş edib. Bu günlərdə onun "Azərbaycan" poeması, "Ana", "Peyğəmbər", "Topal Teymur" dramları "Şeyx Sənan" faciəsi və s. əsərləri istər yaşlı nəsildə, istərsə də gənclər arasında maraqla və böyük rəğbətlə oxunulur, mütaliə edilir.
Film Hüseyn Cavidi tanıyan, onunla ünsiyyətdə olan Qulam Məmmədlinin, Cəfər Rəmzi İsmayılzadənin, Tağı Tağıyevin, Nigar Qasımovanın, Rəşid Fətəliyevin xatirələri üstündə qurulub. Filmdə Hüseyn Cavidin ailəsinin yeganə yadigarı olan qızı Turan Cavidin öz atasının həyatından bəhs edən xatirələrinə də böyük yer verilib. Həmçinin Irkutsk vilayətinin Şevçenko kəndində azərbaycanlılardan ibarət ekspedisiyanın böyük şairin qəbrinin axtarış işləri də lentə alınmışdır. Film Ömər Eldarovun yaratdığı indiki Hüseyn Cavid prospektində yerləşən ölməz sənətkarın heykəlinin açılış mərasimi ilə bitir.[1]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Rəfael Hüseynov (Rafael Hüseynov kimi)
- Rejissor: Zəyyar Ağayev
- Operator: Nəriman Şıxəliyev
- Səs rejissoru: Firudin Hüseynov
- Montaj edən: Svetlana Məmmədova
- Rejissor assistentləri: Rafiq Cərullayev, Sahib Heybətov
- İşıq ustası: Mətləb Yaqubov
- Redaktor: Əhməd Əsgər
- Direktor: Ələddin Vəliyev
- Aparıcı: Rəfael Hüseynov (titrlərdə yoxdur)
- Musiqilərindən istifadə edilən bəstəkarlar: Emin Sabitoğlu ("Ad günü" filmindən), Elza İbrahimova, Cavanşir Quliyev
Filmdə iştirak edənlər
[redaktə | mənbəni redaktə et]- Turan Cavid (titrlərdə yoxdur)
- Cəfər Rəmzi İsmayılzadə (titrlərdə yoxdur)
- Qulam Məmmədli (titrlərdə yoxdur)
- Hacıbaba Hüseynov (titrlərdə yoxdur)
- Tağı Tağıyev (xalq rəssamı) (titrlərdə yoxdur)
- Sevda Pepinova (titrlərdə yoxdur)
- Həbibə Məmmədxanlı (titrlərdə yoxdur)
- Nigar Qasımova (titrlərdə yoxdur)
- Rəşid Fətəliyev (titrlərdə yoxdur)
- Tofiq Quliyev (titrlərdə yoxdur)
- Yılmaz Verdiyev (titrlərdə yoxdur)
- Həmid Cəfərov (titrlərdə yoxdur)
- Ömər Eldarov (titrlərdə yoxdur)
Arxiv kadrlarda iştirak edənlər
[redaktə | mənbəni redaktə et]- Hüseyn Cavid (şəkil) (titrlərdə yoxdur)
- Mişkinaz Cavid (titrlərdə yoxdur)
- Ərtoğrol Cavid (şəkil) (titrlərdə yoxdur)
- Abdulla Şaiq (şəkil) (titrlərdə yoxdur)
- Cəfər Cabbarlı (şəkil) (titrlərdə yoxdur)
- Əli Qurbanov (şəkil) (titrlərdə yoxdur)
- Mehdi Məmmədov (titrlərdə yoxdur)
- Hamlet Xanızadə (titrlərdə yoxdur)
- İosif Stalin (titrlərdə yoxdur)
- Heydər Əliyev (titrlərdə yoxdur)
- Həsən Həsənov (titrlərdə yoxdur)
- Mirzə İbrahimov (titrlərdə yoxdur)
- Vəfa Quluzadə (titrlərdə yoxdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bizim filmlərimiz". AzTv. 2007-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-07.