Cavidi xatırlarkən (film, 1982)
Naviqasiyaya keç
Axtarışa keç
Cavidi xatırlarkən | |
---|---|
Fayl:Cavidi xatırlarkən (film, 1982).jpg | |
Janr | bioqrafik |
Rejissor | Əlihüseyn Hüseynov |
Ssenari müəllifləri |
Turan Cavid Mirzəağa Mirmövsümov |
Operator | Fəraməz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1982 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1982 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film Azərbaycan ədəbiyyatı tarixinə görkəmli şair-filosof, filosof-dramaturq kimi daxil olmuş Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmişdir. Stalin repressiyasının qurbanı Hüseyn Cavidin həyatı, zəngin ədəbi irsi, faciəli taleyi öz əksini tapmışdır. Kinolentdə Moskva Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Əziz Şərif, teatrşünas, rejissor Mehdi Məmmədov, SSRİ xalq artisti Hökümə Qurbanova ədibin çoxcəhətli yaradıcılığı və əsərlərinin səhnə taleyi haqqında maraqlı söhbətlər edirlər.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Filmdə arxiv səhnələrindən, fotoşəkillərdən və digər materiallardan istifadə edilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Əlihüseyn Hüseynov
- Ssenari müəllifi: Turan Cavid, Mirzəağa Mirmövsümov
- Operator: Fəraməz Məmmədov
- Səs operatoru: Şamil Kərimov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.