40°22′21″ şm. e. 49°49′57″ ş. u.HGYO

Qasımbəy məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qasımbəy məscidi
Xəritə
40°22′21″ şm. e. 49°49′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Yasamal rayonu, Həzi Aslanov küçəsi, 23
Memar Məşədi Mirzə Qafar İsmayılov
Sifarişçi Qasım bəy
Tikilmə tarixi 1892-1896
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
İstinad nöm.3509
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qasımbəy məscidi (Azərbaycan)
Qasımbəy məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qasımbəy məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Bakı şəhərində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid fəaliyyətini bərpa edib.

Qasımbəy məscidi 1892–1896-cı illərdə Bakı şəhərində tikilib.[1][2] Yasamal rayonu Həzi Aslanov küçəsi 23 ünvanında yerləşir.[1] Memarı Məşədi Mirzə Qafar İsmayılov olan məscidin sifarişçisi Qasım bəydir.[3][4]

Sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[5]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6] 1992-ci ildən fəaliyyətini bərpa edib. Məsciddə dövlət qeydiyyatından keçmiş "Qasımbəy" Cümə məscidi dini icması fəaliyyət göstərir.[7]

Məscidin ümumi sahəsi 330 m², iç sahəsi 250 kv. metrdir.[8] Məscidin 31 metr hündürlüyü olan bir minarəsi var.[1] Minarənin aşağı hissəsi düzbucaqlıdır və eni 2,5 metrdir. Minarənin bu hissəsinin hündürlüyü 6 metrdir. Minarə yonulmuş daşlarla tikilib, şərəfənin aşağı hissəsi üçqat stalaktitlərlə işlənib. Ondan aşağı hissədə isə ərəb əlifbası ilə Quran ayəsi yazılıb. Şərəfə dəmirdəndir.[1]

Məscidin əsas giriş qapısının sol tərəfindəki divarda 5 mehrab şəkilli pəncərə var. Pəncərələr taxtadandır, hündürlükləri 3 metrdir. Məscidin əsas ibadət zalının giriş qapısının üstündəki eyvan qadınlar üçün nəzərdə tutulub. Şöbəyə giriş üçün həyətdən pilləkən qoyulub.[1]

İbadət zalı dörd böyük sütun üzərində dayanıb. Sütunların qalınlığı 1 metrdir.[1] Sütunlar bütöv daşlardan olub, on iki nəhəng tağla əlaqələndirilib. Məscidin günbəzinin diametri 6 metrdir.[9] Günbəzdə səkkiz düzbucaqlı pəncərə qoyulub.[1]

Günbəz və tağlar həndəsi və nəbati ornamentlərlə işlənib. Günbəzin tağlar qovuşan hissəsindən daş üzərində dairəvi formada ərəbcə "Kəlmeyi-şəhadət" həkk edilib. Həmin yazı yeddi dəfə təkrar olunur. Mehrab məscidin mərkəzi hissəsində yerləşib. Mehrabın üç tərəfində "Cümə" surəsi yazılıb.[1]

  1. 1 2 3 4 5 6 7 8 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 52. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  2. Bulanova, Oksana. "Загадки истории: Мечеть Сыныг-гала в Ичери Шехер" (rus). 2016-09-17. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  3. Fətullayev, Şamil. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (az.) (Şərq-Qərb nəşriyyatı). Bakı. 2013. 151.
  4. "114 yaşlı Cümə məscidi". medeniyyet.az (ingilis). 2009-04-12. İstifadə tarixi: 2024-01-26.
  5. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. "Məscidlər və dini icmalar". irs.gov.az. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  8. "В Баку из-за гаражей, построенных перед мечетью, рушатся стены — Фото". Qafqazinfo (rus). 2022-04-19. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  9. "Bakı şəhəri Qasımbəy Cümə məscidi". sirat.az. 2022-05-04. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.