Gülxatun məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gülxatun məscidi
Yerləşməsi
Ölkə  Azərbaycan
Şəhər Sumqayıt
Yeri Corat
Memarlıq
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi

Gülxatun məscidi[1]Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir[2].

Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır.

Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 50-60 metr aralıdadır.

  1. Gülxatun məscidi (Corat)[ölü keçid]
  2. "Sumqayıtın 2000 illik tarixi olan Corat qəsəbəsi". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.