40°07′33″ şm. e. 46°49′04″ ş. u.HGYO

Qalayçılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qalayçılar
40°07′33″ şm. e. 46°49′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0229[1]
Xəritəni göstər/gizlə
Qalayçılar xəritədə
Qalayçılar
Qalayçılar

QalayçılarAzərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]

1930-cu ilə qədər Qalayçılar kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Qalayçılar kəndi Qarabağ müharibəsi zamanı — 1993-cü il, iyunun 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, 1 kitabxana, 1 klub və 1 uşaq bağçası fəaliyyət göstərib.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 26 km şimal qərbdə, Ağdam-Ağdərə şose yolundan 4 km aralı, Qabartı çayının sağ və sol sahilində, Qarabağ silisiləsinin ətəyindədir.

İşğala qədərki dövrün son (16 iyun 1993-cü il) məlumatına əsasən, Qalayçılar kəndində yaşayan əhalinin sayı 1476 nəfər olub. Əhalinin əsas məşquliyyəti heyvandarlıq və taxılçılıq idi. XIX əsrdə ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi Qalayçılar camaatının da normal həyat ritmini pozdu, lakin bu qoçaq camaat rus imperiyasına güvənən erməni gədələrinə cavab verməyi bacarırdı. XX əsrin sonlarında erməni terroru yenidən tüğyan edəndə Qalayçıların igid oğulları özünümüdafiə rotası yaradıb erməni daşnaklarıyla mübarizəyə başladılar. 1993-cü ilin iyun ayında çox böyük qüvvəylə hücuma keçən ermənilər bölgədəki bütün kəndləri, eləcə də Qalayçılar kəndini işğal etdilər. Dinc əhali təxliyə olunurdu. Qalayçıların qocaman sakini – səksən yaşlı Məhəmməd kişi kənddən çıxmadı. Ov tüfəngini götürüb öz evinin ikinci mərtəbəsinə qalxdı. Kəndi ələ keçirmiş erməni quldurları od vurub bütün evləri yandıraraq Məhəmməd kişinin evinə yaxınlaşırdılar. Kənd artıq cəhənnəmə çevrilmişdi, hər tərəfi qalın tüstü basmışdı, itlər ulaşırdı. Bir-iki dəqiqədən sonra o biri evlər kimi, el ağsaqqalının da min bir əziyyətlə tikdiyi ev ərşə yüksələn alovlar bürünərək yanıb kül olacaqdı. Qəflətən atəş açıldı. Məhəmməd kişi qoca olsa da, yaxşı ovçuydu və bu dəfə də sərrast nişan alıb gülləni erməninin düz ürəyinə çaxdı. Qəfil güllədən ölümcül yaralanmış erməni daşnağı donuz çoşqası kimi, tükürpədici səslə qışqırıb yerə sərildli. Əvvəlcədən mövqe tutub yerini bərkitmiş silahlı dəstəyə rast gəldiklərini, tələyə düşdüklərini güman edən ermənilər dərhal pərən-pərən olub geri çəkildilər… Məhəmməd kişi son gülləsi qalanacan ermənilərlə vuruşdu. Son anda Qarabağ müharibəsi veteranı Sahib Əhmədov gizli yolla gəlib bu igid qocanı aradan çıxartdı, ermənilərin əlinə keçməsinə imkan vermədi.

Azərbaycan xalqının tarixində belə hadisələr çox olub. M. S. Ordubadi özünün "Qanlı illər" kitabında yazır ki, 1905-ci ildə İrəvan qəzasının kəndləri erməni terroruna məruz qalanda bölgədəki kəndlərdən birinin ağsaqqalı – Novruz kişi hündür bir yerə çıxıb qışqırdı: "Camaat, hara qaçırsınız? Mən təkbaşına bu erməni alaylarının qarşısında müdafiə mövqeyində durub can verəcəm. Müsəlmanlar! Hər millətə gərəkdir öz şəninə və heysiyyatına layiq bir tərzdə dünyadan getsin…"

  • Gülməmmədov Elnur Əvəz oğlu, – ölümündən sonra "Hərbi xidmətlərə görə" medalına layiq görülüb,
  • Həsənov İlqar Fərəc oğlu,
  • Hüseynov Sahib Məhərrəm oğlu,
  • Cəfərov Lənkəran Əli oğlu,
  • Məmmədov Sahib Əşrəf oğlu,
  • Qafarov Zülfüqar Baxşalı oğlu,
  • Əliyev Emin Rafiq oğlu,
  • Muradov Hüseyn İsmayıl oğlu,
  • İsmayılov Yusif Rəhim oğlu,
  • Nəsirov Məmməd Məhəmməd oğlu,
  • Rzayev Bəşir Rza oğlu,
  • Cəfərov Yusif Xosrov oğlu,
  • Bayramov Zahid Həmid oğlu,
  • Cəfərov Səfər İsgəndər oğlu,
  • Əhmədov Natiq Kəriş oğlu.
  • Alıyev Telman Qənbər oğlu
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.