Ətyeməzli
Ətyeməzli | |
---|---|
40°01′37″ şm. e. 46°56′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.529 nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0222[1] |
Ətyeməzli, Atyeməzli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd.[2] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Atyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Cox vaxt Ətyeməzli Şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd qeydə alınmışdır. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəlmişlər[3].
Tarixi
[redaktə | mənbəni redaktə et]Ətyeməzli kəndi — Kəbirli tayfasının Qərvəndli qolunun Ətyeməzli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsli Atyeməzlidir. İranın Xorasan əyalətində Atyeməz nahiyəsinin adı ilə bağlıdır. Nadir Şah kəbirliləri Xorasana sürgün etmiş, lakin Şah öləndən sonra kəbirlilər geri-Qarabağa qayıtmışlar. Deməli Ətyeməzlər gətirilmə addır, yəni, Xorasanda kəbirlilərin bir hissəsinin Atyeməzdə qalması ilə bağlıdır. Ətyeməzli tirəsinin özü isə Şərifli, Zamanlar, Vəliuşağı, Əfəndilər, Baxışlar və s. nəsillərdən ibarət idi.
Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur.[4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalinin sayı 1529 nəfərdir.
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Əli Əliyev — kimya elmləri doktoru, professor
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.64.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "wikimapia". /www.wikimapia.org. İstifadə tarixi: 31 avq 2024.
- "Ağdam rayonunun Ətyeməzli kəndindən videogörüntülər". www.youtube.com. İstifadə tarixi: 31 avq 2024.
- "Ağdam rayonunun Ətyeməzli kəndi". aztv.az. İstifadə tarixi: 31 avq 2024.
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |