İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cüdür. Əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə türk.Avrupa yakası, Asiya hissəsinə isə türk.Anadolu yakası deyilir. Üç tərəfi Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə sahibdir.
Seçilmiş məqalə
Dolmabağça sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindənBoğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başladı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II MahmudTopqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı. Bəylərbəyindəki saray, Ortaköydəki mərmər sütunlu Çırağan sarayı, köhnə Beşiktaş sarayı ilə Dolmabağçadakı qəsrlər II Mahmudun fəsillərə görə dəyişən iqamətgahlarıydı. Sultan Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız bir neçə soyuq qış ayını keçirirdi. Onun qırxdan çox övladının demək olar ki hamısı Boğaziçi saraylarında dünyaya gəlmişdir.
II Mehmed — 7-ci Osmanlı padşahı. 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son qoymuş və bu hadisə bir çox tarixçi tərəfindən Orta əsrin sonu Yeni əsrin başlanğıcı olaraq qəbul edilmişdir. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth", daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" ünvanları ilə anılmışdır. Fateh, İslam PeyğəmbəriMəhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. Fateh Sultan Mehmed Osmanlı türkcəsi, latınca və slavyanca olmaqla 3 dil bilirdi. Çağdaşı olan ərəb mənbələrində “üləmaya qarşı yaxınlıq göstərən, onlarla görüşərkən təzim edən, kafirləri dəf etmək yolunda atasından geri qalmayan” olaraq qeyd olunur. İstanbulun fəthindən sonra Aya Sofya başda olmaqla şəhərdəki 8 kilsəni məscidə çevirdi. 1470-ci ildə öz məscidinin ətrafında məşhur "Sahn-ı Səman" mədrəsələrini inşa etdirdi. Bundan başqa Sultan Mehmedin 1461-ci ildən bəri öz portretini hazırlaması üçün İtaliyadan rəssam gətirtmək istədiyi bilinir. Nəhayət, məşhur Venesiyalı rəssam Bellinini İstanbula dəvət etdi. Bellini bundan başqa Topqapı sarayının divarlarını Renesans üslublu freskolarla bəzəmişdir.