Gəncə — Azərbaycanın üçüncü böyük şəhəri. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər "Kirovabad" adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.
Ərazisi 110 km², əhalisinin sayı 328.4 min nəfərdir.Şəhər əhalisinin orta sıxlığı isə 2985 nəfər/km² təşkil edir.
Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.
Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti kimi ali təhsil məktəbləri, AZVAPA Proqramlaşdırma və Təhsil Mərkəzi, Gəncə Özəl Türk Liseyi bu şəhərdə yerləşir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Seçilmiş məqalə
İmamzadə yaxud Göy imam türbəsi — Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi.
Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar.
Türbə bu kompleksin ��n qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.
Günbəzə mavi kaşıdan üzlük çəkilmişdir ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında me`marlıq cəhətdən üslub yaxınlığı var. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini almış və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilmişdir. Gəncə İmamzadə Piri memarlıq abidəsi kimi orta əsrlərə aid edilir. İmamzadə türbəsi kərpicdən tikilib, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr tikilib. Müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Seçilmiş biografiya
Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی) — dünya şöhrətli Azərbaycan şairi və mütəfəkiri, Azərbaycan ədəbiyyatının və dünya ədəbiyyatının ən görkəmli nümayəndəsi.
Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Tarixə nəzər
Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələ.
1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələsi zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranmışdır. Bu zəlzələ haqqında Nizami Gəncəvi "İqbalnamə"sində yazmışdır.
1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Dimitri (1125-1154) hücum etmişdir. Zəlzələdən sonra Atabəy Qara Sonqur şəhəri bərpa etdirdi.
Gəncə Dövlət Dram Teatrı — Gəncə şəhərində dövlət teatrı.
1932-34-ci illərdə Qırmızı bayraqlı Türk işçi Teatrı,
1934-35-ci illərdə Qırmızı bayraqlı Kirovabad Teatrı,
1935-39-cu illərdə Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı,
1939-52-ci illərdə L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı,
1952-64-cü illərdə Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı,
1964-90-cı illərdə Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı,
1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Tarixi abidələr
Alman lüteran kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
Bu kilsə XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülmüşdür. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilmişdir. Tikintidə əsasən tuf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650 m²-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli əmrinə əsasən yaradılıb.
Məqaləni oxu...
Şah Abbas məscidi — 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilmişdir. Şah Abbas məscidi Cümə məscidi kimi də tanınır.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Təhsil
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
İdman
"Kəpəz" Peşəkar Futbol Klubu — Gəncə şəhərini təmsil edən futbol klubu. Azərbaycan futbolunun iki nəhəng klubundan biri olan Kəpəzin əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Çempionatının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub və Neftçidən sonra ölkənin ən titullu futbol klubudur. Kəpəz Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib klubdur,Azərbaycan futbolunda qeydə alınmış bütün azarkeş rekordlarıda məhz Kəpəzə məxsusdur.Kəpəz Azərbaycan futbolunun "Yenilməz Armada"sı sayılır buna səbəb isə 1997-98 ci illərdə Kəpəz qarşısına çıxan bütün rəqiblərini böyük hesablarla əzib keçir və sonda həm ölkə çempionu adıni qazanır həm də ölkə kubokunun sahibi olur beləliklə klub mövsüm ərzində keçirdiyi heç bir rəsmi oyunda məğlub olmuyaraq Azərbaycan və dünyada bu göstəricidə rekorda sahib olur.Qeyd edek ki,hələdə Kəpəzdən başqa heç bir klub mövsüm ərzində keçirdiyi bütün oyunlarda məğlubedilməzliyini qoruya bilməyib .2009-cu ildə klub yenidən qurulub.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Muzeylər
Ziyadxanovlar mülkü - Azərbaycanın Gəncə şəhərində yerləşir. Bina XIX əsrdə tikilmişdir. Hazırda burada Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Bu bina Cavad xanın nəticəsi İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Cavad xan Gəncənin axırıncı müstəqil xanı idi. Gəncə əyalətində irsi olaraq müstəqil hökmranlığa malik idi. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR-in dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib. Onların şəxsi mülkü olan bina da bir çox binalar kimi sovetlərin əlinə keçib. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. Bina bu gün də Cavad xanın eləcə də ADR-in varisi kimi canlı bir tarix olaraq öz əzəmətini qoruyub saxlayır.
Məqaləni oxu...