40°14′10″ şm. e. 50°51′30″ ş. u.HGYO

Neft Daşları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Neft Daşları
40°14′10″ şm. e. 50°51′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1949
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.000 nəf.
Neft Daşları xəritədə
Neft Daşları
Neft Daşları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neft DaşlarıAzərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[2]

Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi.

Ümumi məlumatlar

[redaktə | vikimətni redaktə et]

Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

“Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir. “Neft Daşları”nın bu ərazidə yaranmasına səbəb isə quyu olub. 1949-cu ilin iyul ayında qazılan quyudan 1100 metr dərinlikdə ilk dəfə neft fontan vurub. Elə ondan sonra da burada “Neft Daşları” yaranıb.[3]

Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür[4].

Hələ XIX əsrin əvvələrində (1798-ci ildə) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur. Əsrin əvvəllərində Xəzər dənizinin dərinliklərindən neftçıxarma ideyası geniş yayıldı. Bu dövrdə 20-ə qədər layihə işlənib rəsmi təqdim olunmuşdu. 1909-cu ildə Bibiheybət buxtasının torpaqlanması başlandı və 350 ha sahə yalnız 20 ilə torpaqla örtüldü. XX əsrin 30-cu illərində Xəzər müxtəlif sahələrində axtarışlar, bununla yanaşı, müxtəlif texniki problemlərin həlli üzrə işlər aparılırdı. Dəniz geofizikasında yaradılan yeni texniki vasitələr, xüsusi gəmilərdən istifadə ilə çəkilmiş xəritələr, geoloji tədqiqatlar Xəzər akvatoriyasının çox hissəsində neftçıxarmanın perspektivli olmasım bir daha təsdiqlədi. Müəyyən edilmiş sahələrdə aparılan ilkin axtarışlardan sonra layihə işlərinə başlandı. Belə sahələrdən biri Pirallahı adasının şimalında, dənizin dərinliyi 7 m olan hissəsində idi. Burada neft layları 60 m dərinliyində yerləşirdi. Bu da xüsusi özüllər yaradılması zərurətini göstərirdi. 1932–1933-cü illərdə Bibiheybət buxtasında dərin quyular qazmaq üçün iki taxta özül tikildi. Sonralar, 1935–1936-cı illərdə Pirallahı adasının şimal-qərb hissəsində də özüllər tikilir. Bunlardan qazılan quyular gündə 150–300 neft verirmiş. Lakin bu özüllər qısa bir müddətdən sonra sıradan çıxdığı üçün yeni texniki vasitələrin yaradılması tələb olunurdu. N.S.Timofeyevin layihəsi üzrə 1938-ci ildə yenə Pirallahı adasımn şimalında fordi metal özül tikildi və kəşfiyyat işləri başlandı. Lakin II Dünya müharibəsinin başlanması dənizdə geoloji-kəşfiyyat işlərini 1944-cü ilə qədər dayandırdı. Buna baxmayaraq, elmi-tədqiqat işləri davam etdirilirdi. 1944-cü ilin 24 sentyabrında Ümumittifaq müsabiqə elan edildi. Müsabiqənin şərtlərinə görə, təklif olunan dəniz özülü uzun müddət çətin dəniz şəraitində, dərin sularda fasiləsiz qazma işlərinə imkan yaratmalı idi. Müsabiqədə qalib gəlmiş iri qabaritli LAM sistemli konstruksiya Oktyabr inqilabı Maşınqayırma zavodunda hazırlandı və Gürgan-dəniz yatağında quraşdırıldı.

Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, geoloq Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış Azneftkəşfiyyat təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi (Pobeda) adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk qazma qurğusunu və qazma briqadası üçün cəmi 14 m kv. olan evcik tikdilər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək “Qara daşlar”ın yanında lilə batırıldı. Bu səbəbdən həmin ərazi əvvəllər “yeddi gəmi adası” kimi də adlanırdı.[5] 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündəlik 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsası qoyuldu. Yatağı kəşf edən geoloq Ağa Qurban Əliyev olmuşdur. Sosialist Əməyi Qəhrəmanı, Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Quyunun gündəlik neft hasilatı 100 ton idi. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.

1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20–25 m. dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5–9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min m kv idi. Beləliklə Neft Daşları dəniz möcüzə-şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus "küçə" vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 70-ci illərdə Neft Daşlarına içməli su xətti çəkildi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Neft Daşlarında tənəzzül başladı. Əhali sayı 5 min nəfərdən 2 min nəfərə endi. Yolların bir çoxu dağılaraq dənizə qərq oldu, əvvəlki 300 km yoldan ancaq 45 km yol istifadəyə yararlı qalıb. Körpülərin bəzisi dağılıb. 2009-cu ildə Neft Daşları özünün 60 illiyini qeyd edərkən burada 170 milyon ton neft hasil olunmuşdu.[6]

2015-ci ildə “Neft Daşları”nda 438 neft quyusundan gündəlik 2600 ton neft hasil edilib. Son illərdə neft hasilatının aşağı düşməsi və dəniz suyunun təsiri ilə estakadaların sürətlə paslanaraq sıradan çıxması Neft Daşlarının bağlanması və sökülməsi barədə müzakirələrə səbəb olub. Lakin onun sökülməsinin çox bahalı olacağı gözlənilir. Əvəzində Neft Daşlarının turizm ərazisinə çevrilməsi təklif olunur. Ekspertlər Neft Daşlarında 2030-cu illərə kimi neft hasilatının davam etdirilməsinin mümkün olduğunu deyirlər.[7] 2022-ci ildə Neft Daşlarında hasil olunan neft Azərbaycanda hasil olunan neftin 1 faizini təşkil edirdi.[8] Ümumilikdə isə 2019-cu ilə kimi 70 il ərzində “Neft daşları” yatağından 176 milyon ton neft və 13 milyard kubmetrdən çox təbii qaz hasil olunub. 2019-cu ildə həmçinin dəniz suyunun şirinləşdirilməsi qurğusu da istifadəyə verilib. Burada ümumilikdə 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib. 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.[9]

Neft Daşlarında qəzalar

[redaktə | vikimətni redaktə et]

Yarım əsrdən çox yaşı olan Neft Daşları öz tarixi boyu faciəli hadisələr, fırtınalar, qəzalar görüb.

1953-cü ilin qışında Xəzər dənizində qeyri-adi təbiət hadisəsi baş verdi. Dənizin şimal hissəsində havanın gözlənilmədən istiləşməsi nəticəsində nəhəng buz sahələri əsas hissədən qoparaq küləyin təsiri ilə cənuba tərəf yönəldi. Əvvəlcə buzların Abşeron yataqlarına çatacağma heç kəs inanmırdı. Çünki arada 100 km məsafə vardı. Lakin alınan məlumatlar göstərdi ki, buzlar Artyoma (Pirallahıya), "Gürgan- dəniz"ə yaxınlaşır. Çox keçmədi ki, bu rayonlarda əsl "buz müharibəsi" başladı və iki həftəyə qədər davam etdi. Estakadalar uçulmağa başladı. Dəvət olunmuş hərbçilər tol şaşkalarıyla iri sahələri partladır, kiçik hissələri dayaqlar arasından keçirirdilər. Lakin buzun hücumu ara vermirdi. 300–400 metrlik estakadalar, üzərində boru kəmərləri və kabel güc xətləri, işıqlandırma dayaqlan və fəaliyyətdəki quyuları olan meydançalar dəniz dibinə qərq olundu. Lakin neftçilər qabaqcadan quyuları bağlayıb, dənizə neft axmasının qarşısım alırdı. Buz dağları "Artyom-dənizi" və "Gürgan-dənizi" məhv edəndən sonra Neft Daşlarına tərəf hərəkət edəndə bu, neftçilər üçün əsl sınağa çevrildi. Bu zaman mədəndə 50 km-ə qədər estakada, onlarla meydança, iki əmtəə rezervuarı, tankerlər üçün iki yanalma körpüsü, bir neçə neft toplama məntəqəsi, iki yaşayış qəsəbəsi vardı. Bütün bu nəhəng və vacib təsərrüfat qorxu altında idi. Xoşbəxtlikdən bəzi tədbirlər görülmüşdü, o cümlədən bütün quyular bağlanmış, bütün personal sahilə çıxanlmışdı. Növbədə rəhbər tərkibdən 50 nəfər, yanğınsöndürənlər briqadası və fəhlələr, radistlər, meteoroloqlar və "Azdenizneft"in iki mütəxəssisi qalmışdı. Onların qarşısında məsuliyyətli bir məsələ dururdu: yanğının qarşısını almaq və konstruksiyalar dağıldıqca mədənin cənub tərəfinə çəkilmək, çünki burada buzdan azad sularda onları Xəzər donanmasının üç torpedo kateri gözləyirdi. Nəhayət, ən dramatik an gəlib çatdı — buz sahəsi birinci obyektlər birində min ton neft olan əmtəə rezervuarlan parkı ilə toqquşdu. Xoşbəxtlikdən onlar boş idi, bir az əvvəl onlardakı neft tankerlərlə quruya göndərilmişdi, Buzun təzyiqi ilə ilk payalar titrəməyə başladı, ancaq rezervuarların meydançası bu təkana dözdü. Elə burada möcüzə baş verdi. Artıq neçə gün olardı ki, şərqdən əsən külək ani olaraq kəsdi və sonra istiqaməti dəyişdi, güclənərək qərbdən əsməyə başladı. Buzun hərəkəti dayandı və qısa müddətdən sonra əks tərəfə yönəldi. Sonra hava tez bir zamanda istiləşib buzu əritdi. Bu zaman hadisələrin belə dönüşünü gözləməyən insanların sevincinin sonu yox idi, çünki Neft Daşlarının faciəsi baş vermədi.

1957-ci ilin noyabr ayının 20-dən 21-nə keçən gecə Neft Daşları tarixində ən faciəli gün kimi yaddaşlara həkk olubdur. Həmin fırtınalı gündə küləyin sürəti 44 m/san, dalğamn hündürlüyü 13 m olmuşdur. Bir sıra qurğular, kommunikasiya xətləri, estakada və estakadayanı meydançalar dağılmışdır. Fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Mixail Kaveroçkini və onun briqadasını — Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevivə başqalanm əbədi sükuta qərq etdi. Neft Daşlannda hər il noyabr ayının 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi denizə buraxılır.

1992-ci ilin 24–26 noyabrında da Neft Daşlannda təbii fəlakət baş vermişdi. Qəflətən baş vermiş qasırğa nəticəsində küləyin sürəti 41 m/san, dalğamn hündürlüyü 9 m olmuşdu. Qasırğa bir çox sahələrdə hidrotexniki qurğuları, kommunikasiya sistemlərini sıradan çıxarmış, neft-qaz və su xətləri dağılmış, quyular dayanmış, elektrik enerjisi kəsilmiş, qaz kompressor stansiyaları dayanmış, bir sıra estakada- yanı sahələrlə əlaqələr tamamilə kəsilmişdi. Həmin sahələrdən bir neçəsində 33 nəfər neftçi açıq dənizdə təhlükəli şəraitdə qalmışdır.

Xəzər dənizinin orta səviyyəsi əsas götürülərək dənizdə yerləşdirilən bütün qurğular layihələndirilir və tikilir. Xəzər dənizi səviyyəsinin ölçülməsi üçün ilk dəfə 1830-cu ildə görkəmli rus alimi akademik Lens Bakının Bayıl hissəsində xüsusi qurğu quraşdırmışdır. Həmin ildən başlayaraq Xəzərin səviyyəsi müntəzəm olaraq ölçülmüşdür. 1837–2006-cı illərdə baş vermiş səviyyə 'qalxmalan və enmələrinin sayı və ədədi kəmiyyətləri hesablanmışdır. Ölçmə işlərinin əsasında müəyyən olur ki, Xəzərin səviyyəsinin önəmli qalxdığı və endiyi illər vardır. Müşahidə illərində dənizin səviyyəsi 28 dəfə qalxmış və bir o qədər də enmişdir. 1977-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi 2,5 m qalxmışdır. Əgər səviyyənin qalxması davam edərdisə, Neft Daşlarını, eləcə də dənizin digər yerlərində yerləşən hidrotexniki qurğuları faciə gözləyirdi. Ancaq təbiətin möcüzəsi baş verdi. Dənizin səviyyəsi gözlənilmədən sürətlə 1,5 m-ə düşdü. Təbiət özü Neft Daşlarını faciədən qurtardı. Xəzər dənizinin neft-qaz yataqlarının kəşfiyyatı və istismarı və digər obyektləri Xəzər sularından müdafiəsini həyata keçirmək üçün Xəzər dənizi səviyyəsinin dəyişməsinin dəqiq proqnozuna ehtiyac var.

Neft Daşlarında Neft və qaz hasilatı

[redaktə | vikimətni redaktə et]

Neft Daşlarında o dövrdə dünyada böyük neftçıxarma kompleksinin yaradılmasının təməl daşını görkəmli sənaye təşkilatçısı, alim, mühəndis, "Azərdənizneft" birliyinin rəisi olmuş S.A.Orucov qoymuşdur. Onun qəti inamı və yüksək tələbkarlığı işlərin sürətinin lazımi səviyyəsini təmin etmişdir. Neft Daşlarında neft və qaz hasilatının təşkili aşağıda göstərilən bir çox mürəkkəb məsələlərin həllini tələb edirdi: Neft və qaz quyularının qazılması və mənimsənilməsi; neftin mədəndaxili nəqli, yığılması və sahilə nəql edilməsi; estakadaların tikilməsi, energetika bazasının yaradılması; laya təsir üsullarının tətbiqi üçün qurğuların tikilməsi və istismarı; mal, material və avadanlıqlann qəbulu və saxlanması; yaşayış obyektlərinin inşası; şirin su və ərzaq problemləri; nəqliyyat vasitələrinin təmini; sosial məsələlərin həlli və sairə. Neft Daşlannda neft və qaz hasilatının artırılmasında L.A.Məclumov, S.A.Orucov və Y.Ə.Səfərov tərəfindən təklif olunan böyük qabaritli blok-özül "MOS" müstəsna rol oynadı. Sonradan "MOS" tipli konstruksiyanın "Dənizneft) və "Dəniz MOS" bloklar təkmilləşdirildi. Bu konstruksiyalar Neft Daşlan akvatoriyasında neft və qazın intensiv çıxanlmasına imkan vermişdir.

Neft Daşlarında quyuların istismarı

[redaktə | vikimətni redaktə et]

Neft Daşlannm istismara verildiyi vaxtdan indiyə qədər yüzlərlə hasilat və suvurma quyusu qazılmışdı. Neft Daşlarında neft və qaz quyuları qazma sahəsində maili istiqamətləndirilmiş quyular topasunu elmi əsaslandırılmış sürətli tikintisi layihəsi işlənmiş və həyata keçirilmişdir. Quyulan qazmada mütərəqqi texnologiya, quyu lüləsinin səmərəli konstruksiyası və qazma məhlullarının resepturası, maili istiqamətləndirilmiş lülələrin qazma parametrlərini asan idarəetmə üsulu, ikinci lülənin kəsilmə dərinliyini müxtəlif sürətdə dəyişdirmə üsulu, etibarlı maddi-texniki təminat şəraitinə hazırlıq — köməkçi işlərə sərf olunan vaxtın azaldılması üzrə kompleks tədbirlər işlənib tətbiq edilmişdir.

1990-cı illərdə "Dənizneftqazlayihə" DETİ-də hazırlanmış proqnoz ümumilikdə özünü doğrultmuş və dənizdə tikilən bütün obyektləri layihələndirəndə mehz həmin proqnoz metodundan istifadə edilmişdir. "Neft Daşları" geoloji baxımdan çox maraqlı yataqdır. Yataq çoxlaylıdır və 26 məhsuldar horizontdan ibarətdir. Burada qazılan ilk kəşfiyyat quyularının məlumatları inandırıcı və yüksək göstəricilərlə xarakterizə olunurdu. Ona görə yataq tez bir zamanda işlənməyə verildi. Bu yataqda geoloji kesilişin obyektlərə bölünməsində onların neft, qaz və su ilə doyma dərəcəsi, layların kollektor xüsusiyyətləri, lay təzyiqinin paylanması və parametrləri kifayət qədər dəqiq öyrənilmişdi. Yataqda çıxarılan neftdə kükürdün miqdarı çox azdır. Ona görə SSRİ växtı 60-cı ülərə qədər bütün metallurgiya sənayesində, raket-kosmik kompleksdə Azərbaycanda, xüsusən Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Qazma, neftçıxarma, tİkinti-quraşdırma sahələrində bir çox yeniliklər, o cümlədən qaz- lifit istismarının avtomatik idarəetmə sistemi, bir quyuda iki horizontun eyni zamanda istismarı üsulu, dənizdə maili qazma, laylara suvurma, süni təsir prosesləri dənizdə ilk dəfə mənz Neft Daşlannda sınanmışdır. Uzun illər Azərbaycan neft sənayesinin flaqmanı olmuş Neft Daşlarının işlənməsi təcrübəsindən sonralar dərin sulardakı "Günəşli", "Çıraq", "Azəri" və b. yataqların işlənməsində, abadlaşdınlmasında istifadə olunmuşdur.

Neft Daşlarında yataqlar

[redaktə | vikimətni redaktə et]

Neft Daşlarında Avropada ilk dəfə olaraq dərinliyi 3183 m, mailiyi 2040 m olan quyu rekord sürətlə qazılaraq Avropa rekordu qazanmışdır. Neft Daşlan yatağında ən böyük hasilat 1967-ci ildə olmuşdur — 7,6 mln. ton 1970-a illərdə Neft Daşları kimi unikal bir yataqda neft hasilatının azalmağa başlaması istisnara yeni yataqların verilməsini tələb edirdi. Belə yataqlardan biri də Neft Daşlarının yaxınlığında yerləşən 28 Aprel (indiki Günəşli ) yatağı idi. Bu rayonda dənizin dərinliyindən 80–160 metr olması səbəbindən hidrotexniki qurğuların layihələndirilməsi və inşası ən böyuk problem idi. Nəhayət, "Dənizneftqazlayihə" DETLİ-nin apardığı çox gərgin iş öz bəhrəsini verdi. 1978-ci ildə bir saylı dərin dəniz stasionar özülünün (DDÖ) inşası başa çatdırılaraq qazma işlərinə başlanıldı və 1979-cu ildə qazması qurtaran ikinci quyudan 300 ton/gün miqdarında yüksək keyfiyyətli neft axını alındı. Beləliklə, "28 Aprel", müstəqilliyimizi qazandlqdan sonra isə "Günəşli" adı verilmiş yeni, çox böyük sənaye əhəmiyyətli bir yataq açıldı. Bu yatağın abadlaşdırılması işləri çox böyük sürətlə aparıldı. İlk vaxtlar "Günəşli"də çıxarılan bütün neft "Neft Daşlan"mn yığım, hazırlama və nəql sisteminə keçirildi, ilk dövrlərdə burada Neft Daşlarında 1 mədənin tərkibində bir sahə, daha sonra isə müstəqil mədən təşkil edildi. Artıq "Günəşli"də 1989-cu ilin axırlarında 10 ədəd DDÖ-dən qazılan 100-dən çox quyu fəaliyyət göstərirdi, illik hasilatın həcmi isə 6,0 min tona yaxın idi. 1990-cı ilin yanvar ayında "Neft Daşlan" NQÇl-nin Güneşli yatağında yerləşən mədəni ləğv olundu. Yeni "28 may" adına NQÇİ-i yaradıldı. Neft Daşlan NQÇİ-də Neft Daşlan yatağı ilə bərabər Palçıq Pilpiləsi yatağı da istismar olunur. Hər iki yataq mürəkkəb geoloji quruluşlu olmaqla, yüksək karbohidrogen ehtiyatlanna malikdirlər.

Neft daşlarında Palçıq pilpiləsi

[redaktə | vikimətni redaktə et]

Palçıq pilpiləsi yatağında axtarış kəşfiyyat işlərinə 1952-ci ildən başlanmış, 1953-cü ildə 261 saylı quyudan fontan üsulu ilə 40 ton gündəlik hasilatla neft alınmışdır. Axtarış-kəşfiyyat işlərini genişləndirməklə yatağın geoloji quruluşu, neftli-qazlı sahələrin hüdudlan (yatağın uzunluğu 11 km, eni 2,5 km-dir), litoloji və fiziki xassələri öyrənilərək, 1968-ci ildə yatağın ehtiyatı hesablanmış, ən nəhayət, son ehtiyatın hesabatı "Dənizneftqazlayihə" DETLİ tərəfindən 2001-ci ildə aparılmışdır. Çıxanla bilən neft ehtiyatı 13,8 mln, ton hesablanmış, son neftvermə əmsalının 0,229-a çatdınlması 2002-ci ildə tərtib edilmiş işlənmə layihəsində öz əksini tapmışdır. İşlənmən başa çatdırılması 2030-cu ilə qədər davam edəcəkdir. Palçıq pilpiləsi yatağının sənaye əhəmiyyətli işlənməsi 1963-cü ildən başlanmış 2006-cı il tarixində 8,768 mln. ton neft, 613 mln.m³ qaz hasil edilmişdir. Cari neftvermə əmsalı 0,126-ya bərabər olmuşdur. Hələ 1943-cü ildə S.A.Orucovun təklifi və təkidi ilə "İzmail" neftdaşıyan lixterdən kran gəmisi kimi istifadə olunardı. Az sonra bir neçə gəmi də neftçilərin ixtiyarına verildi. 1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker sahilə göndərildi.

Neft donanması

[redaktə | vikimətni redaktə et]

Neft və qaz yataqlarının kəşfiyyat və istismarında deniz neftçilərinə xidmət göstərmək məqsədilə keçmiş SSRİ Nazirlər Sovetinin qərarına əsasən 1949-cu ildə "Neft Donanması" idarəsi yaradılmışdı. 1953-cü ildə idarənin adı dəyişdirilərək "Xəzərdənizneftdonanma" idarəsi adlandırılmışdı. 1949-cu ildə 66 ədəd üzən vasitələr, az güclü yedək gəmiləri, yeni tikilmiş "Akademik Qubkin" və "Professor Qolubyatnikov" gəmiləri donanmanın tərkibinə qəbul edilmiş və Neft Daşlarının yaradılması zamanı qarşıya çıxan problemlərin həllində yaxından köməklik göstərmişdir. 1950-ci ildə "Azərbaycan" kran və "Bolşaya Volqa" yük gəmiləri donanmaya gətirilərək istifadəyə verilmişdir. 1963-cü ildə 600 nəfərlik "B.Babazadə", iki ildən sonra isə "Volqoqrad" sərnişin gəmiləri alındı ki, bu da Neft Daşlarına sərnişin daşınmasını təmin etdi. Hazırda həmin gəmiləri "Sabit Orucov" və "General M.Əsədov" sərnişin daşıyan gəmiləri əvəz edir. Dənizdə geniş miqyasda qazma işləri aparmağa imkan yaradan kran gəmiləri, dənizin 195 m və 300 m dərinliyində işləyə bilən boru- düzən "Süleyman Vəzirov" və "İsrafil Hüsey- nov" gəmiləri, 2500 t yükqaldırma imkanına malik "Azərbaycan" kran gəmisi, 18000 t ağırlığında özül, blok-modul daşıyan "STB-1" barjası, 300 m dərinlikdə sualtı işlər görmək imkanı olan "Akademik Tofiq İsmayılov" dalğıc gəmisi və s. xarici ölkələrdən alınıb "Xezərdənizneftdonanma" İdarəsinə verilmişdir. Onu da qeyd etmək lazımdır ki, Neft Daşlarında çıxarılan neft sahilə tankerlərlə daşınırdı. O zaman Neft Daşlan üçün tankerlərdən asılılıq ən çətin problem sayılırdı. Qasırğa zamanı tankerlər körpüyə yan ala bilmirdi, neft yığılırdı və quyuların bağlanmasının real təhlükəsi yaranırdı. 1980-ci illərin əvvəllərində Neft Daşlan ilə Dübəndi arasında diametri 377 mm olan 64 km-lik və diametri 500 mm olan 64 km-lik 2 sualtı neft boru kəməri çəkildi. Beləliklə də, Neft Daşlanndan və "28 may" NQÇİ-dən (Neft-Qaz Çıxarma İdarəsi) çıxarılan neftin sahilə daşınması problemi həll olundu.

Abşeron arxipelaqı
Neft Daşları poçt markasında

Neftçilərin iş şəraiti

[redaktə | vikimətni redaktə et]

Neft Daşlarında kollektivin normal işləməsi və istirahəti üçün çox işlər görülmüşdür. 1950-ci illərdə tirlər üzərində salınmış 2 qəsəbədə 24 ədəd iki-mərtəbəli yataqxana binası və digər lazım olan sosial obyektlər tikilmişdir. 1975-ci ildən başlayaraq süni adada müasir beş ədəd 5 mərtəbəli və 2 ədəd 9 mərtəbəli yataqxana binaları, 5 mərtəbəli idarə binası, mədəniyyət sarayı, texnikum binası, çörək zavodu, xəstəxana binası, idman meydançası, mağazalar, kitabxana, yeməkxana və başqa obyektlər tikilmişdir. Neft Daşlannda Bakı Neft Texnikumunun filialı açılmış və 1959-cu ildə onun ilk buraxılışı olmuşdur. İki ildən sonra burada fəhlə- gənclər orta məktəbi fəaliyyətə başlamışdı. Fəhlələrin işdən sonra elmi biliklərə yiyələnməsi üçün dünyada məşhur Azərbaycan Neft və Kimya İnstitutu (indiki ADNA) qəbul komissiyasını Neft Daşlarina göndərirdi. Yüzlərlə gənc neftçi istehsalatdan ayrılmayaraq təhsilini burada davam etdirirdi. Neft Daşlarının işlənməsinin ilk dövrlərində, açıq dəniz şəraitində yataqlann abadlaşdırılması sahəsində elmi və praktik təcrübənin olmadığı bir zamanda qarşıya çıxan elmi-texniki problemləri kompleks həll etmək məqsədilə 1949-cu ildə keçmiş Sovetlər birliyində dənizdə neftçıxarma sahəsində yeganə institut Dənizneftqazlayihə Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu yaradıldı. İnstituta dəniz neft və qaz yataqlarının öyrənilməsi, geologiyası, qazma, hasilat problemləri, neft-mədən qurğularının yaradılması sahəsindəki işlər ümumiyyətlə, dənizdə neftçıxarmanm elmi-texniki təminatı həvalə olundu.

Neft Daşları yatağının işlənilməsi

[redaktə | vikimətni redaktə et]

Neft və qaz yataqlarının işlənməsi çox mürəkkəb, çoxsahəli, geoloji və elmi-texniki-texnoloji bir prosesdir. Bu prosesin həyata keçirilməsi və idarə olunması müəyyən qanunauyğunluqlarla elmi sistem üzrə aparılır. Neft və qaz yataqlannm işlənilməsi bir sıra kompleks məsələləri, o cümlədən yataqların potensial ehtiyatlarının hesablanması, hasilat və suvurucu quyuların sayının təyin edilməsi və onların qazılması, quyuların istismar texnikası və texnologiyası, mədənlərin abadlaşdırılması, hasil edilən məhsulun yığılması, hazırlanması və istehlakçıya çatdırılması və digər məsələləri əhatə edir. Dənizdə neft-qaz yataqlarının axtarışı və işlənilməyə verilməsi ilə əlaqədar yuxanda göstərilən məsələlərə hidrotexniki qurğuların seçilməsi, layihələndirilməsi və quraşdınlması kimi mürəkkəb məsələ də əlavə olunur. 1940-cı illərin axırından başlayaraq, həm quru sahələrində, həm də dənizdə bir sıra yeni neft və qaz yataqlarının işlənilməsi geoloji-texnoloji layihələr əsasında aparılmağa başlanmışdır. İşlənmə prosesində çıxarılan hasilatın dinamikasında dövr, mərhələ müşahidə olunur;

Birinci mərhələ başlanğıcından hasilatm maksimum həddinə çatdığı dövrü əhatə edir və bu dövr quyuların intensiv qazılması və onların məhsuldarlığının yüksək olması nəticəsində hasilatın maksimum dərəcəyə çatdınlması əldə edilir.

İkinci mərhələ yataqda hasilatın nisbətən sabitləşməsi müşahidə olunur ki, bu da əsas etibarilə lay enerjisinin saxlanması məqsədilə onlara süni təsir üsullarının tətbiqi nəticəsində əldə edilir.

Üçüncü mərhələ yataqlardan çıxanlan hasilatın azalması dövrüdür ki, bu da lay enerjisinin azalması, quyuların məhsulunun sulaşması, onların fəaliyyətdən çıxması nəticəsində baş verir.

Dördüncü mərhələ yataqlarını işlənməsinin son mərhələsini təşkil edir ki, bu da hasilatıln yüksək dərəcədə sulaşması, işlək quyu fondunun azalması, süni təsir üsulları səmərəiliyinin aşağı düşməsi və i. a. ilə səciyyələnir. Bu mərhələdə yataqlarda hasilatın nisbətən sabitləşməsi müşahidə olunur ki, bu da onlarda geniş miqyasda apanlan geoloji-texniki və texnoloji tədbirlərin (əlavə quyulann qazılması, quyulann yuxan laylara qaytanlması, sulaş maya qarşı apanlan müxtəlif tədbirlər və i. a.) sayəsində mümkün olur. 1925-ci ildə 61 saylı quyudan sahildən 300 m məsafədə, açıq dənizdə (dənizin dərinliyi 6 m), ağac tirlərdən yaradılmış meydançadan qazılmış quyudan neft alınmışdır. 1944-cü ildən isə keçmiş SSRİ-də və dünyanın başqa ölkələrində, dənizdən neft-qaz çıxarıllması polad dirəklərdən qurulmuş meydançalardan qazılmış quyular vasitəsilə həyata keçirilməsinə başlanmışdır. 1950-ci illərdən etibarən dənizin sahilə yaxın sahələrindən neft-qaz hasilatı, sahildən maili istiqamətləndirilmiş quyular qazılması vasitəsilə həyata keçirilməyə başlamış və ilk belə quyu Bibiheybət sahəsində qazma ustası Ağa Nemətulla tərəfindən qazılmışdır. Açılmış neft-qaz yataqlannm səmərəli işlənməsini təşkil etmək üçün onların geoloji- texnoloji layihələrinin hazırlanması zəruriyyəti ortaya çıxır və bu sənədlərin tərtibatı 1943-cü ildə, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat İnstitutuna həvalə edilir. 1950–1951-ci illərdə dənizdə və quruda bir sıra böyük neft-qaz yataqlanın açılması ilə əlaqədar bu işlərin bir hissəsi Respublika Elmlər Akademiyası nəzdində yaradılmış Neft Ekspedisiyasına tapşırılmışdır. Bu ekspedisiyanın tərtib etdiyi ilk geoloji-texnoloji layihə Neft Daşları yatağının ikinci blokunda Qırmakıaltı və Qırmakı lay dəstələrinin işlənmə layihələri olmuşdur. Neft-qaz-kondensat yataqlarının açılışından sonra məlumdur ki, bu yataqların mənimsənilməsi mərhələlərində çoxsaylı və müxtəlif istiqamətdə kəşfiyyat və istismar qazması işləri aparmaqla yanaşı, işlənmə prosesində neft hasilatının günü-gündən artırılması, maksimum hasilat səviyyəsinin aşağı düşməsinin qarşısının alınması üçün müəyyən işlər görülməlidir və həmin görülən işlərdə səmərənin alınması müasir üsulların tətbiqindən çox asılıdır. Quyulara suvurma prosesindəki işlərin ümumi həcminin günü-gündən artdığını nəzərə alaraq elmi və praktik əsaslar üzrə mühəndis-geoloji nəzarəti gücləndirmək məqsədilə 1958-ci ildə Neft və Qazçıxarma İdarəsi nəzdində ayrıca elmi-tədqiqat və istehsalatla bağlı olan' 4 suvurma sahəsi təşkil edilmişdir. Həmin sex ləğv edilib laylarda təzyiqin saxlanması sahəsi yaradıldı. Bundan əlavə elmlə sıx əlaqədə olan müxtəlif şöbələr (işlənmə, texniki, qazma, tədqiqat, geologiya-hidrogeologiya, iqtisadiyyat, ehtiyatların hesablanması, avtomatika və telemexanika, yeni texnikanın istehsalatda tətbiqi) bu sexdə yaradıldı. 1949–1962-ci illərdə Xəzər dənizində yeni neft və qaz yataqlarının axtarışı və kəşfi istiqamətində genişmiqyaslı hücum başlanmışdır. Buna açıq dənizdə, ehtiyatlarına görə nəhəng Neft Daşlan yatağımn kəşfi impuls vermişdir. Belə böyük ehtiyatların aşkarlanması dəniz neftinə olan marağı daha da artırdı. Bu sahə ilə məşğul olan müəssisələr qısa müddətdə üzən qurğular, maddi və nəqliyyat vasitələri, maşın və mexanizmlərlə təchiz olundular. Neft Daşlan o zaman Sovet İttifaqının malik olduğu, o dövrə görə müasir sənaye vasitələri ilə təmin olunurdu. Yatağın daha effektiv işlənməsi, hasilatın düşmə tempinin azalması və təklif olunan son neftverme əmsalının əldə edilməsi üçün aşağıdakı kompleks elmi-tədqiqat və texniki-texnoloji tədbirlərin həyata keçirilməsi məqsədəuyğun və vacib sayılır: neft-qaz ehtiyatlarının təkrar hesablanması nəticəsində əldə edilmiş dəqiqlik və ehtiyat artımım nəzərə alaraq, yeni geoloji əsas üzərində işlənmə prosesinin daha səmərəli başa çatdırılması layihəsinin tərtibi; həyata keçiriləcəyi geoloji-texniki tədbirlərin effektivliyinin artırılması məqsədilə geoloji qrafo-analitik modelləşdirilməsi. Bu məqsədlə, layların işlənmə rejimi, enerji ehtiyatlan, təzyiqi və quyu məhsuldarlığının dinamikası yə sahə boyu paylanmasının təyini, yataq üzrə işlənmə prosesi ilə əhatə zonalannm ayırd edilməsi; fərdi yataqlar üzrə ehtiyatlarının mənimsənilmə xəritələrinin qurulması üçün nəzəri (metodiki) əsasların işlənməsi və baza obyektlərində belə xəritəyə almanın praktik olaraq (geofiziki və mədən məlumatlan üzrə) həyata keçirilməsi, ehtiyatın az mənimsənilmiş sahələrinin ayırd edilməsi; qalıq ehtiyatların cari vəziyyətləri və yataqda sahə boyu paylanmasının kompleks qiymətləndirilməsi metodunun işlənməsi və baza obyektləri üzrə praktiki olaraq qalıq ehtiyatların paylanma xəritələrinin qurulması və bu əsasda neftli sahənin məhsuldarlıq dərəcəsinə görə diferensiasiyası, işlənmə üzrə yeni təhlil üsullarım (hasilatın hiperbolik paylanması, Djina əmsalı və s.) tərtib etməklə yataqlar və tektonik bloklar üzrə işlənmə prosesinin (o cümlədən suvurma prosesinin) dinamik təhlili; geofiziki və hidrodinamiki tədqiqatları davam etdirməklə, layın geoloji-fiziki parametrlərinin dəqiqləşdirilməsi, quyuların texnı ki vəziyyətinin təyini, istismar dövründə quyularda mürəkkəbləşmələrin əmələ gəlməsinə qarşı əməli tədbirlərin hazırlanması; yataqlarda neftvermə əmsalının artırılması üçün səmərəli geoloji-texniki tədbirlərin hazırlanması; iki layın bir işlənmə obyektində birləşdirilməsi, quyuların maili qazılması faktorunun araşdırılması. İşlənmə prosesi sona yaxınlaşdıqca suvurma prosesinin azaldılması və yeni fiziki/akustik üsul, quyudibi zonada dalğa-ultrasəs yaratmaqla təsir kimi mütərəqqi üsullardan istifadə edilməsi, üsulların tətbiqinin səmərəliliyinin araşdırılması; yatağın uzun müddət .57 il işlənmədə olması ilə bağlı estakada, meydança, texniki, texnoloji və digər avadanlıqların köhnəlməsi ilə əlaqədar onların təmiri və yeniləri ilə əvəz edilməsi, fəaliyyətsiz istismar quyularında yeraltı təmir işlərinin aparılması intensivləşdirilir. İşlənmə prosesində yatağın geoloji quruluşunda, xüsusilə neftliliyin sahə boyu paylanmasında olan qeyri-müəyyənliyi daha da aydınlaşdırmaq, işlənmənin başa çatdırılmasında iki mərhələnin ayırd edilməsi məqsədəuyğun olar. Belə ki, son neftvermə əmsalına nail olmaq üçün 184 quyunun qazılması, birinci mərhələdə 94 yeni quyunun qazılması nəzərdə tutulur.

Yuxarıda göstərilmiş elmi-tədqiqat və praktiki işlərin icra edilməsi və eyni zamanda yeni quyuların da qazılması nəticəsində yataqların (fərdi yataqların) qeyri-müəyyənliyinin kəskin azaldılmasına, bu isə ikinci mərhələnin daha səmərəli həyata keçirilməsinə imkan verməlidir. Neft Daşlannda 12 lüləlik əlavə bir platformanın tikintisi planlaşdırılır. Ondan 60 quyunun qazılacağı nəzərdə tutulur. Bu DSP yatağın ikinci nəfəsini açacaqdır və əfsanəvi Neft Daşlarının cavanlaşdınlmasl üzrə işlərin əsas hissəsini təşkil edəcəkdir.

1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir və hər biri sutkada orta hesabla 5 t. neft verir. Hər gün Neft Daşlarında 5–6 yeni quyu qazılır və bunların hərəsisin ilk dövrdə sutkada 15–16 ton neft verməyə imkanı var. Bu göstərici Çıraq-1 stasionar platforması ilə müqayisədə (sutkada 2 min t), əlbəttə, çox deyil. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi.

İnfrastrukturu

[redaktə | vikimətni redaktə et]

O vaxtkı neftçilərin burada ilk şəhər salma cəhdləri isə 7 gəmini əraziyə gətirməklə başlayıb. Bu tikililərdə ərazidə 24 saat işləyən neftçilərin yaşaması və yeni neft quyularının aşkar edilməsi üçün yoxlamaların aparılması təmin edilib. Neft Daşlarının energetika bazasının yaradılmasına 1949-cu ilin ikinci yarısından başlanmışdır. Ancaq bu baza Kəşfiyyat Qazma İdarəsinin balansında olan dizel mühərrikli elektrik stansiyalarından yalnız qazmada işlədilirdi. 1952-ci ildə "Dənizneftqazlayihə" İnstitutu tərəfindən Çilov adasının və Neft Daşlarının elektrik enerji təchizatı layihəsi hazırlanmışdır. Həmin layihəyə əsasən Çilov adasında Damba (Abşeron) elektrik yanmstansiyasından uzunluğu 27 km olan 110 Kv və Neft Daşlarına Çilov elektrik yanmstansiyasından uzunluğu 25 km olan 35 Kv elektrikötürücü xətti çəkilməli idi. 1953-cü ildə həmin layihə üzrə tikinti dayandınlır. Damba elektrik yarımstansiyasından Çilov adasına qədər uzunluğu 27 km olan 35 Kv birxətli elektrik ötürücü xətti təsdiq olunur. Bu tikinti 1964-cü ildə başa çatdırılır.[10] 1954-cü ildə Həştərxan şəhərində "Krasmye barrikadı" zavodunda hazırlanmış iki dizel hər birinin gücü 750 Kvt olan üzən baıja Neft Daşla-rına gətirilir, "Terek" və "Çvanov" gəmiləri arasında milə oturdulur və istismara buraxılır. 1954-cü ildə Neft Daşlarında tikiləcək buxar turbinli elektrik stansiyasının inşası keçmiş SSRİ Neft Sənayesi nazirinin müavini S.A.Orucov tərəfindən təsdiq edilir. Əsas avadanlıq kimi Neftçala və Daşkəsəndə istismar edilən iki ədəd xaricdə istehsal olunmuş hərəkət edən buxar turbinli (eneıji qatarlan) elektrik stansiyalan qəbul edilir. Bu eneıji qatarlarının hər birinin gücü 5000 Kvt idi. 1954-cü ildə Neft Daşlarında tikiləcək buxar turbinli elektrik stansiyasının yeri Azərbaycan SSR Neft Sənayesi naziri S.A.Vəzirov tərəfindən təsdiq edilir. Tikinti yeri şimal- qərbdən cənub-şərqə doğru uzanan, əsasən suyun altında yerləşən ayn-ayn çıxıntılar, qıntılar və dişvari qayalıqlardan ibarət idi. Elektrik stansiyasının tikintisinə 15 iyun 1955-ci ildə başlamr. Stansiyanın inşası üçün 6000 m² süni sahə yaradılır və onun qurudulması üçün Çilov adasından külli miqdarda daş parçaları, qum-çınqıl, çınqıllı torpaq gətirilir. 1500 m² sahədə elektrik stansiyasının əsas avadanlığı və köməkçi sexlər yerləşdirilir. Əlavə süni sahənin yaradılmasında məqsəd eneıji qatarlanın dəmiryolu ilə stansiyanın binasına gətirmək və nəqliyyat üçün yol salmaq olmuşdur. Hündürlüyü 2,0 m olan qoruyucu divar elektrik stansiyasım 30 il Xəzərin dalğalarından qoruyur. Cənub tərəfdən sahəni dalğalardan milə oturdulmuş gəmilər mühafizə edir. Tikintisinə 15 iyun 1955-ci ildə başlanmış, buxar turbinli elektrik stansiyası (BTES) 1957-ci ilin iyun ayında, isismara verilmişdir. Sonralar SSRİ-nin ayn-ayn şəhərlərində gücü 5000 Kvt olan enerji qatarları gətirilib. Beləliklə, hər birinin gücü 5000 Kvt olan 6 enerji qatanndan ibarət BTES-in gücü 30000 Kvt-a çatdırılır. Enerji qatarlanmn üçü daima işdə, biri ehtiyatda, biri cari təmirdə və biri isə əsaslı təmirdə olmaqla elektrik stansiyası 1987-ci ilə kimi bu sxemlə işləmişdir. Eneıji qatarlan fiziki və mənəvi cəhətdən köhnəldiyindən elektrik stansiyasının texniki və praktik tələblərinə cavab vermirdi. Bunun müqabilində Neft Daşlarının şəraitinə uyğun müasir tipli eneıji mənbəyinin inşası zərurəti yatmımışdı. Müəllif tərəfindən 70-ci illərin əvvəllərində təklif olunmuşdur ki, işə hazırlıq və etibarlılıq əmsalının yüksək, tam avtomatlaşdırmanın mümkün olması, şirin suya təlabatm olmaması, çəkisinin, yanacaq sərfinin və işə buraxılma müddətinin az olması üçün Neft Daşlarında növbəti eneıji mənbəyi — qaz turbinli elektrik stansiyası tikilsin. Bu təklif 1980-ci ilin ikinci yarısında həyata keçirilmişdir. 1982-ci ilin yanvarında gücü 48 Mvt olan qaz turbinli elektrik stansiyasının (QTES) layihəsi təsdiq olunur və tikintiyə başlanılır. QTES-i tikmək üçün dirəklər üzərində ümumi sahəsi 9600 m² olan meydança inşa edilir. Meydançada QTES-in əsas və köməkçi avadanlığı yerləşən bina, yanacaq, sürtgü materialları üçün anbar, KS-500 markalı 2 ədəd kom-pressordan ibarət kompressor stansiyası tikilir. QTES-ə əsas avadanlıq olaraq Ukrayna Respublikasının Nikolayev şəhərindəki "Zarya" İB-nin istehsalı olan, hər birinin gücü 12 Mvt 4 ədəd qaz-turbin generatorları qəbul edilmişdir. 1982–1986-cı illərdə QTES-in tikinti-quraşdırma və sazlama işləri başa çatdırılır. Yanacaq qazı iki mənbədən – qazli neft sxemindən və avtonom KS-550 kompressor stansiyasından təmin olunur. 1986-cı ilin iyun ayında gücü 48 Mvt olan QTES işə buraxılır. Elektrostansiya Neft Daşlarını elektrik və istilik enerjisi, "28 May" NQÇİ-nin "Günəşli" yatağında yerləşən dərin dəniz platformalarım elektrik eneıjisi ilə təmin edir. Bəzi texniki qüsurlar, o cümlədən qaz hazırlığı bloku üçün filtrlər, yeni konstruksiyalı utilizasiya qazanları, havatəmizləyici qurğunun yeniləşdirilməsi, yağsoyutma sisteminin dəyişdirilməsi, avtomatik tənzimləmə sisteminin yenidən qurulması, stansiyanın işəburaxma sxemində dəyişikliyin aparılması və s. müəllifin rəhbərliyi altında QTES-in mütəxəssisləri tərəfindən müsbət həll edilmişdir. 1988-ci ildə Neft Daşlarında 30 il istismar olunduqdan sonra BTES dayandırıldı və istismardan çıxarıldı. Hal-hazırda Neft Daşlarında hasil olunan elektrik enerjisini istifadəçilərə paylamaq üçün 300 km kabel xətləri, 65 km sualtı kabel xətləri, 42 ədəd elektrik yarımstansiyalar mövcuddur. Ümumiyyətlə, Neft Daşlarının f. energetika bazasının yarandığı gündən hasil edilən elektrik enerjisinin miqdarı 4 milyard 238 milyon Kvt.s olmuşdur. İyirmi iki ildən artıq istismar olunaraq hələ də fəaliyyət göstərən QTES-in, heç şübhəsiz, müasir elmi-texniki tələblərə cavab verən, hər birinin gücü 15 Mvt olmaqla 4 ədəd qaztırbinli yeni QTES-lə əvəz edilməsi məqsədəuyğun olardı. Bunu zaman tələb edir. Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsini nəzərə alaraq yeni tikiləcək elektrostansiya istismar olunan QTES-in səviyyəsindən 1,5–2 m hündür olmalıdır. Neft Daşlarında istismar olunan QTES, 2 N°-li qaz-kompressor stansiyası və digər obyektlər1 dəki qazturbobloklanan, qazturbin mühərriklərin əsası və cari təmirləri üçün xaricə göndərilməsinin qarşısının alınması məqsədilə Bakı şəhərində təmir mərkəzi yaratmaq mümkündür. Be-ləliklə, Azərbaycan mütəxəssisləri təmir işlərini həyata keçirə bilər, bununla da aparılan təmir işləri daha da etibarlı və mənfətli olar. Neft Daşlarım, "Günəşli" yatağında yerləşən dəniz stansionar platformalarım fasiləsiz, etibarlı, keyfiyyətli elektrik və istilik eneıjisi ilə təmin etmək üçün Abşeron yarımstansiyasından Çilov adasına 110 Kv hava elektrik ötürücü xətti, Çilov adasından Neft Daşlarına 35 Kv kabel elektrik ötürücüsü əsas götürülməklə, müasir layihə hazırlanıb heyata keçirilərsə, Neft Daşlarında istismar olunan QTES Respublikanın Azəreneıji sistemi ilə paralel işləyər, nəticədə bütün dəniz obyektləri iki mənbədən qidalanaraq uzun illər daha da etibarlı, fasiləsiz və keyfiyyətli eneıji təchizatı ilə təmin olunar.

Maraqlı faktlar

[redaktə | vikimətni redaktə et]

1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.

  1. Möcüzələr adası (film, 1963)
  2. Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
  3. Dənizdə möcüzə (film, 1966)
  4. Salam, Azərbaycan! (film, 1966)
  5. Yeni görüşlərədək, Müslüm! (film, 1963)
  6. İliçin döyünən qəlbi (film, 1967)
  7. EKSPO-75 (film, 1975)
  8. Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
  9. İki Xəzər (film, 1975)
  10. Neft Daşlarının 25 illiyi
  11. Polad dirəklər üzərində şəhər (film, 1975)
  12. Möcüzələr adası (film, 1978)
  13. Xəzər: İnsanlar və neft (film, 1983)
  14. Neft Daşları (film, 1990)
  15. Qara daşların sakinləri (film, 1991)
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  4. "Ginnesin Rekordlar Kitabının rəsmi saytında ən birinci dəniz neft platforması haqqında". 2011-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.
  5. "Möcüzələr adası – Neft Daşları". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  6. Blank, Erica. "Oh, Just a Decaying Soviet City in the Middle of the Sea". Messy Nessy Chic. 11 fevral 2022. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2024.
  7. Frank, Arno. "Exploring the Crumbling Soviet Oil Platform City of Neft Dashlari". Der Spiegel (ingilis). 14 noyabr 2012. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2024.
  8. "Oil & gas field profile: Neft Dashlari Heavy Oil Field, Azerbaijan". Offshore Technology. 4 may 2022. İstifadə tarixi: 10 yanvar 2024.
  9. Rüstəmova, Ayşəm. ""Neft daşları" - 70 illik tarix, 70 illik əfsanə, 70 illik zəhmət... - Ayşəm Rüstəmovanın xüsusi reportajı". aztv.az. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2024.
  10. Bayram Bayramov. Neft Daşları — tufanlar qoynunda həyat

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]