Mirələkbər İbrahimov
Mirələkbər İbrahimov | |
---|---|
Mirələkbər Mirələsgər oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Bakı şəhəri, Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993–1994 |
Rütbəsi | Kapitan |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Mirələkbər Mirələsgər oğlu İbrahimov (30 sentyabr 1961, Xalisa, Vedi rayonu – 5 mart 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | vikimətni redaktə et]30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər.
1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirmişdir və hərbi xidmətə getmişdir. Daha sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyir.
Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir.
Döyüşlərdə iştirakı
[redaktə | vikimətni redaktə et]1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son döyüşü 5 mart 1994-cü ildə oldu. Mənfur erməni quldurları iki kəndi işğal etmişdilər əks hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir, Bu döyüşdə faşist ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Evli idi, bir övladı yadigar qalıb.
Milli Qəhrəman
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 133.
- 30 sentyabrda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Vedi rayonunda doğulanlar
- 32 yaşında vəfat edənlər
- 5 martda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Füzuli rayonunda vəfat edənlər
- Vedibasarda doğulanlar
- Birinci Qarabağ müharibəsi iştirakçıları