Ermənistan Sovet Sosialist Respublikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Ermənistan Sovet Sosialist Respublikası
Bayraq Emblem of the Armenian SSR, with a fixed Hammer and Sickle under the star to the prior always used one.
Bayraq Gerb
«Պրոլետարներ բոլոր երկրների, միացե՜ք»
«Bütün ölkələrin proletarları birləşin!»

Paytaxt İrəvan
Dilləri erməni dili, rus dili
Rəsmi dilləri
Valyuta SSRİ rublu
İdarəetmə forması sovet respublikası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub.

Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasınaQars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb.[1] Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.

İnzibati-ərazi bölgüsü

[redaktə | vikimətni redaktə et]
  1. Бадалян А. Население Армении со времен приосединения ее к России до наших дней, Известия Академии наук Армянской ССР, Общественные науки 1953, Издание 5-ое, стр. 50–51