Lahıc
Lahıc | |
---|---|
40°50′57″ şm. e. 48°23′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı |
Tarixi və coğrafiyası | |
İlk məlumat | VII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.215 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 900 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3123 |
Nəqliyyat kodu | 31 |
Digər | |
ivanovka.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Əhali
[redaktə | mənbəni redaktə et]1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində 598 evdə etnik tatlardan ibarət 5.228 nəfər (2.889 nəfəri kişilər, 2.339 nəfəri qadınlar) əhali yaşayırdı.[2][3] 10 sünni müsəlman ailəni çıxmaqla qalan əhali şiə müsəlmanlardan ibarət idi.[4]
1 yanvar 1886-cı il tarixinə olan məlumata əsasən Lahıc kəndində 3.817 nəfəri kişilər və 3.098 nəfəri qadınlar olmaqla cəmi 6.915 nəfər əhali yaşayırdı.[5] Onlardan 117 nəfəri (10 ailədə) bəy ailəsindən, 40 nəfəri (3 ailə) ruhani ailəsindən, 6.758 nəfəri isə (689 ailə) dövlət kəndlilərinin ailəsindən idi.[2] Kənddə yerli əhali olan lahıclardan başqa Şamaxı şəhərindən olan bir neçə ailə, Qacar Şahənşahlığı təbələri olan bəzi ailələr və Samur dairəsinin Miskincə kəndindən olan bir neçə ləzgi ailəsi yaşayırdı.[2][5] Kəndin əhalisi tamamilə müsəlman idi, təxminən 15 sünni ailəni çıxmaqla bütün əhali şiə təriqətində idi.[2]
28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində hər iki cinsdən toplam 5.142 nəfər əhali yaşayırdı.[6]
1959-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 1.981 nəfər (884 nəfəri kişilər, 1.097 nəfəri qadınlar) əhali yaşayırdı.[7]
1979-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 862 nəfər (359 nəfəri kişilər, 503 nəfəri qadınlar) əhali yaşayırdı.[8]
1989-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 842 nəfər (373 nəfəri kişilər, 469 nəfəri qadınlar) əhali yaşayırdı.[9]
13–22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Lahıc qəsəbəsində 837 nəfər (413 nəfəri kişilər, 424 nəfəri qadınlar) əhali yaşayır.[10]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Milli tərkibi
[redaktə | mənbəni redaktə et]Etnik qrup | 1926 sa. | 1939 sa. | 1959 sa. | 1970 sa. | 1979 sa. |
---|---|---|---|---|---|
cəmi | 4 082 | 2 672 | 1 981 | 853 | 884 |
azərbaycanlı | 431 | 462 | 1 962 | 842* | 882 |
lahıc | 3 643 | 2 206 | * | * | * |
rus | 6 | 1 | 15 | 8 | … |
erməni | … | … | 1 | 1 | … |
yəhudi | … | 1 | … | … | … |
ləzgi | … | 1 | … | … | 2 |
digər | 2 | 1 | 3 | 2 | … |
Lahıclar
[redaktə | mənbəni redaktə et]Tatların bir qolunu təşkil edib, sənətkarlıqla məşğul olan, Lahıc (eləcə də Ərəgit) ərazisində yaşayan yerli əhalidir.
Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Manaf Süleymanov – yazıçı, nasir, tərcüməçi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi
- Əli Bayramov – inqilabçı
- Şövkət Səlimova – İlk Azərbaycanlı qadın gəmi kapitanı.
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- 1. Ayaz İbrahim oğlu Əliyev 1974–20.01.1993[16]
- 2. Əkrəm Abbas oğlu Abbasov 1969–18.02.1994[16]
- 3. Nizami Ağa oğlu Hüseynov 1966–28.12.1993[16]
- 4. Tələt Əsgər oğlu Kazımov 1969–24.06.1992[16]
- 5. İmran Cəfər oğlu Mirzəyev 1972–01.01.1994[16]
- 6. Şəhriyar Seyidulla oğlu Nuriyev 1972–08.11.1993[16]
- 7. Rəhman Hacı oğlu Nəcəfov 1962–26.01.1992[16]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur. [mənbə göstərin] O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.
Bu gün Lahıc çox saylı turisti cəlb edir. Türkiyədən, İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan buraya gələnlər əsasən Lahıcda dincəlmək istəyirlər.
Lahıca gedən yol aşırımdan keçir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır,[17] hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.
Abidələri
[redaktə | mənbəni redaktə et]Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.
Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.
Din
[redaktə | mənbəni redaktə et]Qəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[18]
Məhəlli xəritəsi
[redaktə | mənbəni redaktə et]Şəkilləri
[redaktə | mənbəni redaktə et]Sənətkarlıq
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
- ↑ 1 2 3 4 "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.79
- ↑ "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.80
- ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 30 [ölü keçid]
- ↑ 1 2 "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.78
- ↑ Первая всеобщая перепись населения Российской империи 1897 г. Под ред. Н.А. Тройницкого, "Города и поселения в уездах имеющий 2000 и более жителей", С.-Петербург, 1905 г., стр.90
- ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1959 г. Численность городского населения союзных республик (кроме РСФСР), их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-05-21 at the Wayback Machine
- ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1979 г. Численность городского населения союзных республик (кроме РСФСР), их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine
- ↑ Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Шемахинский уезд (1926 г.) Arxivləşdirilib 2018-11-22 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1939 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1959 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1970 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1979 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 Qarabağ müharibəsində şəhid olmuş İsmayıllı övladları — ismayilli.cls.az saytı [ölü keçid]
- ↑ Şəki ARB. "Qədim sənətkarlıq mərkəzi - Lahıc" (az.). Youtube.com. 30.11.2016. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)