40°43′28″ şm. e. 48°23′35″ ş. u.HGYO

Bizlan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bizlan
40°43′28″ şm. e. 48°23′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 899 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 480 nəf.
Xəritəni göstər/gizlə
Bizlan xəritədə
Bizlan
Bizlan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BizlanAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır.[2] Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir.[4]

Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir[4]. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır.

Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir[4]. Kənd məktəbində 70 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 12 müəllim məşğul olur[4].

  1. "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  2. Kəndlərimiz[ölü keçid]
  3. Bizlan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. 1 2 3 4 "Bizlan - inkişafda olan kənd". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-27.