Kiril qrafikalı Azərbaycan əlifbası
Kiril qrafikalı Azərbaycan əlifbası (azərb-kiril. Кирил графикалы Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin yazıldığı üç qrafikadan biri. Digərləri latın və ərəb qrafikalarıdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanmışdır. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuşdular. Ərəb əlifbası türk dilləri üçün tam uyğun əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunmuşdur. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilmişdir. Rusiyada yaşayan azərbaycanlılar hələ də kiril əlifbasından istifadə edirlər.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[1]
Əlifba
[redaktə | vikimətni redaktə et]Latın | Kiril |
---|---|
A a | А а |
B b | Б б |
C c | Ҹ ҹ |
Ç ç | Ч ч |
D d | Д д |
E e | Е е |
Ə ə | Ә ә |
F f | Ф ф |
G g | Ҝ ҝ |
Ğ ğ | Ғ ғ |
H h | Һ һ |
X x | Х х |
I ı | Ы ы |
İ i | И и |
J j | Ж ж |
K k | К к |
Q q | Г г |
L l | Л л |
M m | М м |
N n | Н н |
O o | О о |
Ö ö | Ө ө |
P p | П п |
R r | Р р |
S s | С с |
Ş ş | Ш ш |
T t | Т т |
U u | У у |
Ü ü | Ү ү |
V v | В в |
Y y | Ј ј |
Z z | З з |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu Dövlət dilinin əlifbası. Maddə 14 [ölü keçid]