Kürdlər

Vikipediya, azad ensiklopediya
(Kürd səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kürdlər
Kurdan کوردان
Ümumi sayı
30.000.000[1][2] – 35 022 000[3][4]
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 10-17 milyon (2006)[5]
İraq İraq 5 422 000 (2008)[6]
İran İran 4 934 000 (2006)[7]
Suriya Suriya 1 490 000 (2010)[8]
Almaniya Almaniya 541 000 [9]
Əfqanıstan Əfqanıstan 20 100 [10]
Livan Livan 215 000 [11]
Niderland Niderland 72 000 [12]
İsveçrə İsveçrə 35 100 [13]
Avstriya Avstriya 23 000 [14]
Türkmənistan Türkmənistan 6 000 (2008)[15]
Ermənistan Ermənistan 42 139 (2001)[16]
Gürcüstan Gürcüstan 20 843 (2002)[17][18]
Azərbaycan Azərbaycan 6.100 (2009) [19]
Dili

Kürd dili, Türk dili

Dini

İslam
(Azlıq Yezdanizm, Xristianlıqİudaizm)

Qohum xalqlar

Farslar,Bəluclar,Puştunlar,Talışlar

Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəbfars dillərində danışırlar.

Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir.[20]

Dil və mənşə

[redaktə | mənbəni redaktə et]

Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc .

Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur. Ancaq təxmini də olsa bu haqda rəqəmlər irəli sürmək olduqca çətindir, belə ki, XXI əsrin əvvəlində kürdlər dünyaya səpələnmiş şəkildə onlarla ölkədə yaşasalar da onların əksəriyyəti bu ölkələrdə yeni yaranmış diasporalara sahibdirlər və əksərən yaşadıqları ölkələrin vətəndaşları deyildirlər. Nəticədə onların saylarına dair təxminlər verilərkən böyük ölçüdə vətəndaşlıqları ikinci plana alınaraq gözardı edilir, həm vətəndaşaları olduqları ölkələrdə həm də əcnəbi statusunda yaşadıqları ölkələrdə hesablanırlar və nəticədə təxminlər qeyr-real şəkil alaraq süni olaraq artır. Əminliklə söyləmək münkündür ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90–95%-ə qədəri Türkiyə, İraq, Suriyaİran dövlətlərinin vətəndaşlarıdır (xeyli ölçüdə İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər humanitar fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və sairə amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçmüş və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşamaqdadırlar). Avropada məskunlaşmış kürd diasporalarına aid olan insanların təxminən 75%-80%-i isə məskunlaşdıqları ölkələrin vətəndaşları deyildirlər (böyük ölçüdə Türkiyə vətəndaşlarıdır).

1965-ci il sa.-ına əsasən ana dili kürdcə olan əhalinin vilayətlər üzrə paylanması
border=none Əsas məqalə: Türkiyə əhalisi

Türkiyədə kürdlərin sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir.

  • 1965-ci ildə aparılmış siyahıyaalmada kurmanc dilini ana dili kimi 2.219.502 nəfər (ana dilini kurmanc dili olaraq qeyd edənlərin 1.323.690[23] nəfəri kurmanc dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi (yəni ana dilini kurmanc dilindən başqa bir dil olaraq göstərən və həmçinin kurmanc dilini də bildiyini qeyd edənlər; bunlar içərisində ana dilini zaza, türk, ərəb, çərkəz, süryani və erməni dilləri olaraq qeyd edənlər birlikdə 99%-dən çox olmuşdur) isə 429,168 nəfər göstərmişdir, yəni Türkiyənin zazalar sayılmadan qeyd edilən iki göstəriciyə əsasən kurmanc dilini bilən əhalisi 2,648,670 nəfər olmuşdur.[24] Beləliklə, 1965-ci ildə 31,391,421 nəfər olan Türkiy�� əhalisinin ən yüksək ehtimalla 8,44%-ni kürdlər (kurmanclar) təşkil edirdi (Belə ki, kürd dilinin kurmanc ləhcəsini bilən hər kəs etnik olaraq kürd olmamışdır, yəni "ikinci ən yaxşı bildiyim dil" qrafasında "kurmancca" deyə qeyd edənlərin içərisində kökən olaraq şərqi anadoluda kürdlərlə iç-içə yaşayan və müəyyən dərəcədə "dil baxımından kürdləşmiş" şiə türklər-öz deyimləri ilə ələvi türkmənlərin, həmçinin məlum səbəblərdən dolayı əsasən XX əsrin əvvəllərində 1910–1920-ci illərdə sürətlə islamı qəbul etmiş və ya onun kölgəsinə sığınmış bölgədən köç etməyərək "erməni şüuruna sahib olduğu halda" özünü kürd olaraq göstərən ermənilərin, kürdlərlə qarşılıqlı dolğun qohumluq əlaqələri olan ərəblərin müəyyən hissəsinin, kürdlərdən ayrı bir millət hesab edilən zazaların da olması nəzərə alınmalıdır).
  • Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76,667,864 nəfərdir .[25] Əgər bu nisbət payı (8,44 %) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 6.471 milyon nəfər kürd yaşamalıdır. Ancaq uzun illərdir kürdlərin əksəriyyətinin məskunlaşdığı Türkiyənin şərq və cənub-şərq vilayətlərində əhalinin təbii artımının yüksək olması, həmçinin 1-ci körfəz müharibəsində 1 milyondan artıq kürdün İraqdan Türkiyəyə keçərək burada məskunlaşması kürdlərin ölkə əhalisi içərisində payını xeyli artırmışdır.[26]
  • Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyə əhalisinin 76%-ni Anadolu türkləri , 15,7%-ni kürdlər və zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri, 0,7%-ni ərəblər, 4,7%-ni isə digər etnik qruplar təşkil edir.[5][27]
border=none Əsas məqalə: İran əhalisi
2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən danışanların ana dili əsasında İran kürdlərinin məskun olduqları ostanlar və həmin ostanlarda əhali içində nisbətləri.

İranda kürdlər ölkə əhalisinin təxminən 5 %[28] – 7%[7][29]-ni təşkil edirlərlər (bu zaman bu qurupun içərisinə sayları 1 milyondan yuxarı olan və lur dilində danışan ləklər, lur dilində danışan feylilər və kermanşahilər, həmçinin tutarlı elmi əsaslarla kürd olmadıqları təsdiqlənmiş zaza toplumuna daxil olan goranlar və s. kürdlüyü mübahisə doğuran qruplar sayılmadan irəli sürülmüş təxminlərə əsasən 5,3%[30]) və bu payla onların İranda sayı 2006-cı ilə olan təxmini hesablamalara əsasən 4,9 milyon nəfərdir.

border=none Əsas məqalə: İraq əhalisi
  • 1957-cii ildə İraqda aparılmış siyahıyaalmanın 1959-cu ilin əvvəlində elan olunmuş yekun nəticələrinə əsasən İraqın 6,34 milyon nəfərlik əhalisinin 12,92%-ni (819 min nəfər) kürdlər , 8,94%-ni (567 min nəfər) isə türkmanlar təşkil etmişdir. Sonrakı siyahıya almalarda türkmənlərin sayı süni şəkildə azaldılaraq bölgələrdən asılı olaraq ya ərəb ya da kürd kimi qeyd edilmişdir.
  • 2008-ci ilə olan rəsmi təxminə əsasən İraq əhalisi 31,895,637[31] nəfərdir . Müxtəlif təxminlərə əsasən kürdlər ölkə əhalisinin təxminən 13%-ni, 15%[32]-ni, 17%[6][33][34]-ini və ya 20%[32]-ni təşkil edirlər və bu payla onların İraqda sayı 2008-ci ilə olan təxmini hesablamalara əsasən 4,1–6,4 milyon nəfərdir.
Suriya və Livanda dini və etnik topluluqların xəritəsi, 1935-ci il

Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[35] nəfər olduğu təxmin edilir. Suriyada kürdlərin ümumi əhali içərisindəki nisbətinə dair müxtəlif təxminlər (1993-cü ilə 938 min nəfər və ya əhalinin 6,3%[8]-i ; 1995-ci ilə 1,075,100[36] nəfər və ya 14,661,500[36] nəfər ölkə əhalisinin 7,33%[36]-i ; 2001-ci ilə 500 min nəfər və ya əhalinin 2,8%-i ; 2002-ci ilə 1,5 milyon nəfər və ya əhalinin 8%[37]-i ; 2004-cü ilə 1,8 milyon nəfər və ya əhalinin 10%[38]-i ; 2004-cü ilə 2,5 milyon[39] nəfər və ya əhalinin 13%[39]-14%[39]-i)[40] mövcuddur. Bu təxminlər 2,8%-dən 14%-dək dəyişməkdədir. Bu təxminləri nəzərə alaraq Suriyada kürdlərin sayını 2011-ilin sonu üçün 0,6–3 milyon arasında qiymətləndirmək münkündür.

Kürdlər hazırda Naxçıvan MR-nın Şərur rayonunun Dərəkənd[41] kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Minkənd, Kamallı, Şeylanlı, Katos, Ağcakənd Şəlvə Dambulaq Qorçu Ağbulaq kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Zəylik, Xallanlı, Çaykənd, AğcakəndOruçlu Rəhimli (Kəlbəcər) elliklə), Qubadlı (Zilanlı Kürd Mahruzlu kəndi) rayonlarında da kürdlər yaşayırdılar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşmüşlər.[42]

İraqın Süleymaniyə şəhərində kürd təşkilatlarının qurultayı keçirilib. Qurultayda nümayiş etdirilən "qırmızı Kürdüstanın" xəritəsinə Naxçıvan, Laçın, Zəngilan, QubadlıKəlbəcər rayonları daxil edilib, kürdlərin Azərbaycanda məskunlaşması məsələsi müzakirə olunub. Məhz həmin qurultaydan sonra kürdlərin Azərbaycan Respublikasına köçürülməsi planlı şəkildə həyata keçirilir.[45],[46][47][48]

2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər Yezidi Kürd və 1,519 nəfər Müsəlman Kürd yaşayır .

Kürdlərin Livana ilk gəlişləri XVI əsrin əvvəllərində təxminən Osmanlı Sultan I Səlimin hakimiyyəti dövründə başlamışdır. Sultan tərəfindən bu ərazidə yerləşən bəzi feodal bölümlərə hakim vəzifələrə təyin edilmiş kürd ailələri XIX əsrədək demək olar ki tamamiylə ərəbləşərək asimilyasiya olmuşdurlar. Hazırda Livanda mövcud olan kürd toplumunun Livanda məskunlaşma tarixi isə I dünya müharibəsinin başlanması dövrünə təsadüf edir. Ancaq bu ölkədə yaşayan kürdlərin təxminən 95%-i iki əsas köç dalğası (1925–1937-ci illərdə Türkiyədən, 1960-cı ildən sonra Suriyadan) ilə Livana yerləşən əhalinin varisləridir. Suriyada yaşayan kürdlərin çoxu Türkiyə kökənlidir və 1925–1937-ci illər arasında Türkiyədə baş vermiş kürd qiyamları zamanı qiyamda iştirak etmələri ilə əlaqədar Türkiyə xüsusi xidmət orqanları tərəfindən təqib olunduqlarından dolayı ölkələrini tərk edərək Livanda məskunlaşmışdırlar . Onların demək olar ki, hamısı hazırda Livan vətəndaşlarıdır. Torpaq islahatları (özəlləştirmə) aparan mərkəzi Suriya hökuməti islahatlar gedişində ölkənin şimal bölgələrində torpaq sahibliyinə və vətəndaşlığa dair sənəndlərdə xeyli ölçüdə saxtakarlıqlar olmasından şübhələnərək 1962-ci ildə (rəsmi s.a. 1960-cı ildə aparılmışdı) bu bölgələri əhatə edən xüsusi siyahıya alma aparmışdır, nəticədə 1945-ci ildən sonra qeyri-qanuni olaraq Türkiyədən ölkəyə köç edərək məskunlaşmış və saxta sənədlər alaraq torpaq payına iddia edən 120,000[36] nəfər (Suriyada yaşayan cəmi kürdlərin təxminən 45%-i qədər) kürd müəyyən olunmuş və oların pasportları müsadirə edilərək vətandaşlıqları ləğv olunmuşdur. Kürdlərin Suriyada hüquqlarını bərpa edə bilməyən bu qismi ölkəni tərk edərək xaricə üz tuturlar. Onların müəyyən hissəsi 1960–1980-ci illərdə Livanda məskunlaşmışdır. Livanda yaşayan kürdlərin ümümi sayı (1985-ci ilə dair təxminlərdə 60,000–90,000 nəfər) hazırda (2012) qeyri-rəsmi hesablamalara əsasən 75,000–100,000 nəfər dolayında qiymətləndirilir. Bütün kürdərin 75%-80%-i Beyrut mühəfazasında (əsasən Beyrut şəhərində) məskunlaşmışdır. Livanda yaşayan kürdlərin 70%-i bu ölkə vətəndaşı deyildirlər.

1939-cu ildə aparılmış siyahıya almaya əsasən Gürcüstanda 12,915[49] nəfər müsəlman və Yezidi kürd yaşayırdı. Həmin siyahıya alamaya əsasən 13 min nəfərə yaxın kürdün təxminən 4,000[49] nəfəri Mesxetiya-Cavaxetiya bölgəsində , 3,000[49] nəfəri əsasən Batum şəhəri olmaqla Acarıstan MR-da , 6,000 nəfəri isə digər iri sənaye mərkəzlərində məskunlaşmışdı. SSRİ Komunist Partiyasının birinci katibi İosif Koba Cuqaşvili Stalinin əmriylə 1944-cü ildə Gürcüstanın Türkiyə sərhəddi boyu məskunlaşmış 100,000 nəfər müsəlman (Ahıska türkləri, Kürdlər və Müsəlman Ermənilər-Hemşinlilər) əhalisi əsasən Qazaxıstan, qismən Qırğızıstan, TürkmənistanÖzbəkistana sürgün edildilər . Sürgün olunanların təxminən 9,000[49] nəfərini müsəlman kürdlər təşkil edirdi. 2002-ci ildə Gürcüstanda aparılmış rəsmi siyahıya almaya əsasən bu ölkədə 18,329[49] nəfər Yezidi və 2,514[49] nəfər Müsəlman Kürd yaşayır. 2002-ci il siyahıya almasına əsasən 18,329 nəfər Yezidi kürdün 17,116[49] nəfəri Tiflis şəhərində, 357[49] nəfəri Telavi rayonunda , 293[49] nəfəri Rustavi (Bostandərə) şəhərində qalanları isə digər ərazilərdə məskunlaşmışdır. İşsizlik və ağır sosial şəraitin təsiri ilə Yezidi kürdləri ölkəni kütləvi surətdə tərk edir və qazanc axtarmaq məqsədiylə Avropa ölkələrinə miqrasiya edirlər. Nəticədə ölkədəki Yezidi kürdlərin sayı kəskin azalmışdır. 2005-ci ilə olan təxminə əsasən Gürcüstanda daimi olaraq 6,000[49] nəfər Yezidi kürd yaşamaqdadır.

border=none Əsas məqalə: Əfqanıstan əhalisi

Hazırda Əfqanıstanda yaşayan çoxsaylı onlarla xalqlar içərisində kürdlər də az sayda təmsil olunmaqdadırlar. Onlar əsasən dağınıq halda Herat, Kabil və sairə kimi iri şəhərlərdə məskunlaşmışdırlar. Ana dilləri kurmanccadan başqa əsasən türkmən və dari dillərində danışan kürdlərin sayları Əfqanıstan əhalisinin (2011-ci ilin əvvəlində 25.500.100[50] nəfər) təxminən 0,10%[51]-i qədərdir.

Türkmənistanda

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Türkmənistan əhalisi

10–21 yanvar 1995-ci il rəsmi əhali siyahıya alınmasına əsasən Türkmənistanda 6,097[52] nəfər kürd yaşamaqdadır.

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 7 nəfəri etnik kürdlərdən ibarətdir.[53]

Finlandiyada 7.135 nəfər kürd yaşayır.[54]

Tanınmış kürdlər

[redaktə | mənbəni redaktə et]

Siyasətçilər

[redaktə | mənbəni redaktə et]
  • Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.
  1. "Language Matcher: Kurdish". School of Computing — University of Utah. Archived from the original on 2012-06-30. İstifadə tarixi: 30 iyun 2012..
  2. "Kurdish language". indoeuro.bizland.com. 2001-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2013..
  3. People Cluster: Kurd Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine Joshua Project
  4. "Iraqi Kurdistan". Unrepresented Nations and Peoples Organization. Archived from the original on 2013-01-13. İstifadə tarixi: 13 yanvar 2013..
  5. 1 2 Konda Araştırma ve Danışmanlık : toplumsal yapı araştırması –Biz Kimiz ? (2006) Arxivləşdirilib 2010-10-30 at the Wayback Machine: 1993-te 18 yaş üzeri deneklerce Belirtilen Kimliğe Göre nüfusun 9,02%-i kürt ve zaza (8,61%-i kürt , 0,41%-i zaza) . 2006 yılında Kürt ve zaza etnik kimlik dağılımı tüm Türkiye nüfusunda görmek için , 18 yaş altı nüfusu sayılara orantılı olarak eklenmiş ve Konda tarafından 15,68% (14,97%-i kürt ve 0,71%-i zaza) ve ya 11,445 mln kişi (10,924 mln kürt ve 0,521 mln zaza) verisi alınmıştır.
  6. 1 2 Unrepresented Nations and Peoples Organization : The Turkmen of Iraq: Underestimated, Marginalized and exposed to assimilation Terminology Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine:...The real total number of Iraqi voters is accounted as 13.511.936. The real total number of Kurdish voters is 2,243,268. The percentage of the Kurdish voters is 16.6%. According to the most reliable references the Kurdish percentage in Iraq is around 17%.
  7. 1 2 National portal for electronic services of İran Arxivləşdirilib 2011-06-27 at the Wayback Machine :…The Kurds, who make up about 7 percent of the population, reside primarily in the Zagros Mountains near the borders with Iraq and Turkey.
  8. 1 2 Ethnologue 14 report for Syria : Languages of Syria Arxivləşdirilib 2008-03-28 at the Wayback Machine:...Kurmanji – 938,000 in Syria (1993), 6.3% of the population. Northern Syria. Alternate names: NORTHERN KURDISH, KERMANJI, KIRMANJI. Classification: Indo-European, Indo-Iranian, Iranian, Western, Northwestern, Kurdish.
  9. "Etnologue report for Germany". 2009-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  10. T.C. Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü , Felsefe ve Din Bilimleri : Afganistan Türklerinin dini , inanc ve yaşayışları Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine
  11. "Kurdish, Northern". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-19.
  12. "Etnologue report for Netherlands". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  13. "Etnologue report for Switzerland". 2013-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  14. "Etnologue report for Austria". 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  15. Информационно-аналитический центр : Р. Назаров: Этническая политика постсоветского Туркменистана. Ни слова об узбеках. Arxivləşdirilib 2008-07-14 at the Wayback Machine
  16. "National Statistical Service of the Republic of Armenia". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-30.
  17. "Cultural Policies". 2010-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-30.
  18. Population statistics of Eastern Europe :Ethnic composition of Georgia by 2002 census Arxivləşdirilib 2011-11-23 at the Wayback Machine
  19. 1 2 Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  20. Етнографик очерк, cəh. 59. // Мəhəммəд Һəcəн Bəлиjeв (Бahaрлы). "Азәрбајҹан" (Физики–ҹоғрафи, етнографик вə игтисади очерк). Илк нəшри: 1921-ҹи ил; Təkрap нəшр. Русҹадан тəpҹүмə едəни Васиф Гулиjeв. Бакы: "Азәрбајҹан" нəшриjjaты, 1993, 192 cəh.
  21. Etnologue report for language code :ckb Arxivləşdirilib 2013-02-02 at the Wayback Machine
  22. Etnologue report for language code :kmr Arxivləşdirilib 2013-01-21 at the Wayback Machine
  23. Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4
  24. Escarré International Centre for Ethnic Minorities and Nations Arxivləşdirilib 2012-12-22 at the Wayback Machine:Recent Changes in Turkey’s Language Legislation
  25. Türkiye İstatistik Kurumu: Adrese Dayalı Nüfus Kayıt Sistemi Sonuçları, 2013 Arxivləşdirilib 2012-07-19 at the Wayback Machine
  26. "Kurds — LookLex Encyclopaedia". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-03.
  27. Milliyet Gazetesi: 55 milyon kişi 'etnik olarak' Türk Arxivləşdirilib 2007-03-28 at the Wayback Machine
  28. Volume 2. Dabbagh – Kuwait University. — Iran, page 1111–1112. // Encyclopedia of Modern Middle East & North Africa. Second Edition. [ölü keçid] Volume 1–4. Editor in Chief: Philip Mattar. Associate Editors: Charles E. Butterworth, Neil Caplan, Michael R. Fischbach, Eric Hooglund, Laurie King–Irani, John Ruedy. Farmington Hills: Gale, 2004, 2936 pages. ISBN 9780028657691
  29. Lyle, Garry. Iran (series: Major World Nations), Philadelphia: Chelsea House Publishers (1999); pg. 9–10.
  30. Asia Times Online :Iran's lurking enemy within Arxivləşdirilib 2012-04-14 at the Wayback Machine:.. These assassinations were complemented with aggressive counter-insurgency tactics and a determined effort to isolate the extremist separatists from the mass of Iranian Kurds (who make up about 5% of the country's population)…
  31. "Central Organization for Statistics and Information Technology of Iraq" (PDF). 2012-03-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
  32. 1 2 CİA :Iraq Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine:…Ethnic groups: Arab 75%-80%, Kurdish 15%-20%, Turkoman, Assyrian, or other 5%
  33. Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997); pg. 104.
  34. Islamopedia Online :Kurds in Iraq Arxivləşdirilib 2014-07-13 at the Wayback Machine
  35. Syrian Arab Republic Office Of Prime Minister — Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011 Arxivləşdirilib 2012-07-12 at Archive.today: The number doesn’t include syrian population abroad
  36. 1 2 3 4 The Unreached Peoples Prayer Profiles :The Western Kurd of Syria Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine
  37. Carl Dahlman, ‘The Political Geography of Kurdistan’, Eurasian Geography and Economics, Cilt 43, Sayı 4 (2002), s. 274.
  38. Gary C. Gambill, ‘The Kurdish Reawakening in Syria’, Middle East Intelligence Bulletin, Cilt 6, Sayı 4, (Nisan 2004), [1] Arxivləşdirilib 2009-08-03 at the Wayback Machine, erişim: 26 Nisan 2006.
  39. 1 2 3 Arabic News, 16 Haziran 2004, Kurdish parties in Syria defy banning decision Arxivləşdirilib 2006-05-08 at the Wayback Machine , erişim: 3 Mayıs 2006.
  40. Abdi Noyan Özkaya :Suriye Kürtleri: Siyasi Etkisizlik ve Suriye Devleti’nin Politikaları Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine:Cilt 2, No: 8 ss.90–116 . 2007
  41. "BayBək, Bir Millətin səsi". 2013-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.
  42. Azerbaijan.az saytı. İnzibati-ərazi vahidi üzrə məlumat. Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine Bax: Rayonların tarixi haqqında qısa məlumat
  43. Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine
  44. The United Nations Statistics Division Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine :27.01.1999 census of Azerbaijan
  45. Kürdlər Azərbaycanda [ölü keçid]
  46. "Kürdlər Azərbaycana köçürülür". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
  47. "Barzani: Kerkük, Urmu, Marağa, Tebriz kürd Xalqının Qelbidir". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
  48. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) :Gəlmə kürdlərin Azərbaycana "böyük köç"ü davam edir Arxivləşdirilib 2014-08-30 at the Wayback Machine:.. Qubadan aldığımız məlumata görə, yerli əhalinin müqavimətinə baxmayaraq, 70 kürd ailəsi rayonun Təngəaltı ərazisində məskunlaşdırılıb. Gəlmələrin İraqdan köçürüldüyü ehtimal olunur. Yerli əhalinin bildirdiyinə görə, onlar yüksək nüfuzlu məmurun göstərişi əsasında həmin ərazidə yerləşdirilib. Bu səbəbdən rayon rəhbərliyi kürdləri ərazidən köçürməkdə acizdir…
  49. 1 2 3 4 5 6 7 8 9 10 A Writenet Report commissioned by United Nations High Commissioner for Refugees, Status Determination and Protection Information Section (DIPS)-The Human Rights Situation of the Yezidi Minority in the Transcaucausus Arxivləşdirilib 2018-10-03 at the Wayback Machine
  50. Central Statistics Organization of Afghanistan (CSO):Settled Population of Afghanistan by Civil Division, Urban, Rural and Sex 2012–13 Arxivləşdirilib 2012-09-18 at the Wayback Machine
  51. The Unreached Peoples Prayer Profiles:The Kurdish of Afghanistan Arxivləşdirilib 2007-01-13 at the Wayback Machine
  52. Asgabat.net-городской социально-информационный портал :Итоги всеобщей переписи населения Туркменистана по национальному составу в 1995 году. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
  53. Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон:Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
  54. Helsingin Sanomat Arxivləşdirilib 2014-08-31 at the Wayback Machine According to the Population Register Centre, a total of 155,660 foreign citizens lived in Finland at the end of 2009.
  55. Hurriyet Gaztesi :Polat, Sharon’ı öpüyor ben Oya Aydoğan’ı Arxivləşdirilib 2012-07-01 at Archive.today
  56. Yeni Safak Online : Ecevit'in Soyağacı : 'Kürtzade Ecevit' Arxivləşdirilib 2013-11-07 at the Wayback Machine
  57. Tümgazeteler : Kürt kökenli olabilirim [ölü keçid]:…. Türklerin çeşitli kökenden, bölgelerden gelen insanlardan oluşan bir millet olduğunu ifade eden Ecevit, şöyle konuştu:`Ailemizde Kürt kökenliler de olabilir. Mesela rahmetli annemin ailesi Boşnak`tı. Osmanlı`daki büyük vezir-i azamların, büyük komutanların hemen hemen tümü başka kökenlerden gelip Osmanlı Türklüğü`nü benimsemiş kimselerdi. Bülent Ecevit, dedesi Mustafa Şükrü Efendi`nin `Kürtzade` olarak tanındığını ilk kez açıkladı. Yıllar önce babasının doğduğu köye gittiğinde bir büyüğünün mezar taşında `Kürtzade` yazdığını gördüğünü anlatan Ecevit, `Ben ilk olarak orada öğrenmiştim bu ismi. Yaptığı araştırmada sadece kendilerinin değil köyün tamamının Doğu`dan geldiğini öğrendiğini söyleyen Ecevit, `Ben bunu ne yadırgadım, ne de `hayır öyle değil` demeye kalkıştım. Çünkü benim gözümde Kürt-Türk ayrımı yoktur` dedi.
  58. Hürriyet gazetesi web arşivi : Meğer Ecevit Kürt kökenli imiş Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine
  59. "Rişvan aşiretinin kökeni Kürt değil, Türk". 2012-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-10.
  60. HACİ BEDİR AĞA (HACİBEY) [ölü keçid]
  61. Kürt bakan BDP'ye ateş püskürdü [ölü keçid]:.. Devlet Eski Bakanı Salih Sümer BDP'lilere ateş püskürdü. Bölge siyaseti hakkında konuşan Sümer, şunları kaydetti: Tv8’de yayınlanan Erkan Tan’ın hazırlayıp sunduğu Erkan Tan ile Başkent’ten programına bu gün, Devlet Eski Bakanı Salih Sümer konuk oldu ve önemli açıklamalarda bulundu. "Ben kimin Kürdüyüm!"
  62. haber7.com : Bülent Arınç'ın Meclis'te 'Kürtçe' isyanı Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine:…Genel Kurul'da BDP'lilerin Türkçe konuşmalarını isteyen Arınç, "Kürtçe bilmemem Kürtçe'yi alçaltmaz ancak Türkçe konuşursanız hepimiz sizi anlarız." dedi, BDP'li 10 vekilin Kürtçe bilmediğini ileri sürdü…Bu arada, BDP Muş Milletvekili Sırrı Sakık, kürsüde konuşurken, "Ben sadece, Huda ji te razıbe biliyorum." diyen Arınç'a, "Brez Vezir, tu bı zimani Kurdi ağivi gelek spasdıkım- Sayın Bakan Kürtçe konuştunuz. Size çok teşekkür ediyorum) diyerek Kürtçe teşekkür etti…
  63. Kabinede hakiki Kürt bakan Arxivləşdirilib 2012-04-30 at the Wayback Machine:.. Kabinede iki ÇAKMA Kürt bakan zaten vardı. Kim mi? Birr tanesi İngiliz Mehmet lakaplı Batmanlı Mehmet Şimşek. Diğeri ise de çocukluğunu Amerika'da geçirmiş olan Siirtli Egemen Bagış..
  64. KABİNEDE İKİ ÇAKMA KÜRT Arxivləşdirilib 2012-10-31 at the Wayback Machine:.. Başbakan Tayyip Erdoğan`ın partisinde 75 Kürt kökenli milletvekili bulunduğunu belirterek, Türkiye`deki Kürtlerin gerçek temsilcisinin DTP değil, AKP olduğunu söylemesi bir dönem çok tartışılmıştı. Kabinede iki ÇAKMA Kürt bakan zaten vardı. Kim mi? Birr tanesi İngiliz Mehmet lakaplı Batmanlı Mehmet Şimşek. Diğeri ise de çocukluğunu Amerika'da geçirmiş olan Siirtli Egemen Bagış.. Her ne kadar iki vekil de Kürtçe biliyor olsa dar ama aldıkları batı egitimi onları hem bölgeden hem de Kürt gerçekliğinden oldukça uzaklaştırmış.
  65. Biroybil.com : Kimdir Bu Egemen Bağış? Arxivləşdirilib 2016-03-18 at the Wayback Machine
  66. Egemen Bağış'ın MHP'lileri kızdıracak sözleri Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine:…Bağış, "Vatanı sevmek, bu ülkenin kişi başına düşen gelirini artırmakla olur. Yoksa ‘şunu bunu isterim’ demekle, abuk sabuk bıyıklar bırakıp el kol işaretleri yaparak vatan sevgisi göstermeye çalışmak bu ülkenin insanına haksızlıktır" dedi.
  67. EGEMEN BAĞIŞ'IN BU SÖZLERİ ÇOK TARTIŞILACAK Arxivləşdirilib 2011-12-03 at the Wayback Machine:.. Bağış konuşmasının devamında çok tartışılacak sözler de söyledi. "Azınlık" ve "Gayrimüslim" terimlerini beğenmediğini, bu ülkede kimin köklerinin daha eskiye dayandığının araştırma konusu olduğunu, dolayısı ile kimin azınlık kimin çoğunluk olduğunun bilinemeyeceğini söyleyen Bağış cemaati şaşırttı.
  68. Bağış'tan çok ilginç benzetme! Arxivləşdirilib 2011-09-10 at the Wayback Machine:.. Devlet Bakanı Egemen Bağış, terör örgütü PKK'nın, artık birilerinin taşeronluğunu yapmaya başladığını belirterek, "Ha Kürt milliyetçiliği ha Türk milliyetçiliği… Bunların toplumu gererek her iki ırkçı zihniyeti köpürtmeye çalıştıklarına şahit oluyoruz" dedi.
  69. MALİYEYİ BİR KÜRT BAKAN, EKONOMİYİ DE BİR ZAZA BAKAN YÖNETİYOR Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine:…Devlet Bakanı Cevdet Yılmaz, eğer ayrımcılık olsaydı Türkiye’nin kalkınması bir Zaza’ya teslim edilmezdi. Devlet Bakanı Cevdet Yılmaz, Türkiye`de ayrımcılık yapıldığı iddialarının yersiz olduğunu söyledi. Bakan Yılmaz, memleketi Bingöl`de, "Eğer ayrımcılık olsaydı bizler o noktaya gelemezdik, Türkiye`nin kalkınması bir Zaza`ya teslim edilmezdi." açıklaması yaptı. Maliye Bakanı Mehmet Şimşek, Gaziantep’te yaptığı konuşmada "Binlerce kardeşimiz oralarda çalışıyor. Kim istemez ki kendi kardeşine, kendi köylüsüne hizmet etmeyi. Benim sizlerden bir ricam var. Buradaki huzuru engelleyenlere oy vermeyin. Esnafa zorla kepenk kapattıranlara oy vermeyin. Batman'ın imajını bozanlara oy verirsek buraya yatırımcı gelmez. Çocuklarımız yine işsiz kalır. Biz daha çok özgürlük, daha çok demokrasi, daha çok iş ve aş diyoruz." dedi. "Ben de sizin gibi Kürt'üm, ben de Kürtçe biliyorum." ifadesini kullanan Şimşek, herkesin birinci sınıf vatandaş olduğunu vurgulayarak, şöyle konuştu: "Birinci sınıf olmazsa Maliye Bakanlığı'nı niye bir Kürt'e teslim ediyorlar? Kürtçe üzerinde bir yasak var mı? Yok. Kürtlere kötü bir muamele yapılıyor mu? Yok.dedi
  70. samanyoluhaber.com : Bakan Kürtçe konuştu – Video Arxivləşdirilib 2012-11-12 at the Wayback Machine :…TRT 6'da yayınlanan İktisat programına katılan Maliye Bakanı Mehmet Şimşek, sorulara kürtçe cevap verdi.
  71. [2] Arxivləşdirilib 2018-04-03 at the Wayback MachineMaliye Bakanı Mehmet Şimşek: Ben Etnik Olarak Kürt Kökenli Ama Türkiye Cumhuriyeti Vatandaşlığı İle Gurur Duyan Bir Vatandaşım, lpghaber.com, 04.09.2009.
  72. KÜRT BAKAN ZAFER ÇAĞLAYAN BDP'YE SESLENDİ [ölü keçid] :…Kürt asıllı bakan BDP'ye seslendi. Devlet Bakanı Zafer Çağlayan da 'özerklik' tartışmalarına katıldı İki dilli yaşam ve özerklik tartışmaları Devlet Bakanı Zafer Çağlayan'ın gündemindeydi. Üniversite yıllarında ülkücü olduğunu anlatan Çağlayan'ın BDP'ye verdiği cevap dikkat çekiciydi: "Kürt asıllıyım ama ülkemin birlik ve beraberliğinden yana oldum."
  73. [3] Arxivləşdirilib 2012-01-27 at the Wayback MachineÜlkücü kökenli Kürt’üm, Hürriyet gazetesi, 29 mart 2010.
  74. [4] Arxivləşdirilib 2012-01-27 at the Wayback MachineKürt’sün bakan olma denmedi, Hürriyet gazetesi, 27.08.2010.
  75. Haberler.com :Kürt Bakan'dan Kürtlere Çağrı! Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine :…Gıda, Tarım ve Hayvancılık Bakanı Mehdi Eker, "Türkiye'de Kürt kardeşlerimizin, vatandaşlarımızın da şiddete 'dur' demesini ve daha çok bu manada ses vermesini doğrusu arzu ediyoruz" dedi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]