I Dövlət Gəray
I Dövlət Gəray | |
---|---|
1551 – 25 iyun 1577 | |
Əvvəlki | I Sahib Gəray |
Sonrakı | II Mehmed Gəray |
1549 – 1551 | |
Əvvəlki | Səfa Gəray |
Sonrakı | Şahəli xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1512[1] |
Vəfat tarixi | 1577[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Vikianbarda əlaqəli mediafayllar |
I Dövlət Gəray (1512[1] – 1577[1], Krım) — 1551-1577-ci illər arasında xanlıq edib. I Dövlət Gəray dövründə Krım xanlığı Osmanlı İmperiyası ilə birlikdə yüksəliş dövrünü yaşadı. Əsas siyasətini Moskvanın mərkəzli bir inkişaf siyasətini izləyərək rusların Qara dənizə çıxmalarına qarşı mübarizə təşkil edirdi.
Osmanlı ilə münasibətləri
[redaktə | mənbəni redaktə et]Qanuni Sultan Süleyman dövründə uzun illər İstanbulda yaşadığı üçün dönəmin Osmanlı sarayı ilə olduqca yaxşı münasibətləri vardı. Qanunu ilə eyni dövrdə xanlıq edən Dövlət Gəray ondan böyük dəstək aldı. Harzem Xanının Osmanlı sultanından Rus yayılmasına qarşı yardım istəməsi isə Osmanlı, İdil (Volqa) ilə Don çayları arasında bir kanal açmaq və Həştərxanı yenidən zəbt etmək üçün hərəkətə keçdi. 1569-cu ildə Kefe bəylərbəyi Çərkəz Qasım bəy üç min yeniçəri və 20 min süvari Osmanlı qoşunu, Dövlət Gərayın 30 min Tatar əsgərindən ibarət ordusu ilə birlikdə bölgəyə girdi. Bundan başqa, 5 min yeniçəri və üç min dənizçi də Azaka 15 döyüş gəmiləri ilə hücum etdilər.
Ancaq sədrəzəm Sokollu Mehmet Paşa dövründə başlanan kanal başa çatdırılmadı. Krım və Osmanlı hərbi Ruslar və hava şərtləri tərəfindən qırılaraq geri çəkilmək məcburiyyətində qaldı. Bu hadisə bəzi tarixçilər tərəfindən Osmanlı İmperiyasında fasilələr dövrünün başlanğıcı kimi qəbul edilir.
Rusiya ilə mübarizə
[redaktə | mənbəni redaktə et]1555-1571-ci illər arasında Rusiyaya uzunmüddətli təsirləri olan böyük zərbələr vurdu. 1571-ci ildə Dövlət Gərayın ordusu Moskva yaxınlarına qədər irəlilədi və şəhəri yandırdı (Moskva Yanğını). Özünə Bu səbəblə "Taxt alan" anlamına gələn tatarca" Taxt Algan" adı verilib. Kazan xanlığı 1552-ci ildə Həştərxan xanlığı isə 1556-cı ildə ruslar tərəfindən tutulmuşdu. 1568-1570-ci illər arasında Qazan və Həştərxana yürüşlər təşkil etdi, lakin ruslardan geri alına bilmədi. 1572-ci ildə ruslar ilə girişdiyi Molodi döyüşündə məğlub oldu. 1592-ci ildə Osmanlı sultanı Rus Çarlığından, Kazan və Həştərxanı azad olunmasını istədi. Bu tarixlərdən etibarən Rusların Qafqaza və Qara dənizə düşməsini əngəlləmək üçün göstərilən təşəbbüslər uğurlu olmayacaq və Ruslar 200 il ərzində Qara dənizin şimalındakı bütün Türk torpaqlarına yerləşəcəkdir. I Dövlət Gəray 1577-ci ildə vəba xəstəliyinə tutuldu və bu xəstəlikdən vəfat edib. Krımın paytaxtı Bağçasaray şəhərində, Xan məscidi yaxınlığına dəfn edilib. Yerinə II Mehmed Gəray keçdi.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Büyük Osmanlı Tarihi, Hammer, Üçdal Neşriyat, III. Cilt s. 598
- Халим Герай (историк)|Халим Гирай султан «Розовый куст ханов, или история Крыма», Симферополь, Изд. «Стилос», 2008. — С. 44-46. — ISBN 978-966-8518-91-1