Hacı İsmayılov
Hacı İsmayılov | |
---|---|
| |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri | |
Vəzifədədir | |
22 iyul 2024-cü ildən | |
Əvvəlki | Azər Paşa Nemətov |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən | |
9 aprel 2023 – 22 iyul 2024 | |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin yaradıcılıq üzrə sədr müavini | |
2014 – 22 iyul 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | aktyor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hacı İsmayılov (tam adı: İsmayılov Hacı Məcid oğlu; 22 yanvar 1944, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[2] Azərbaycanın xalq artisti (2000),[3] Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini(2014)[4] və İttifaqın sədr vəzifələrini müvəqqəti icra edən(2023), Teatr Xadimləri İttifaqının sədri.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.[6]
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[7]
Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.[8]
Ailəlidir, iki övladı və üç nəvəsi var.[9]
Teatr səhnəsindəki rolları
[redaktə | mənbəni redaktə et]- İkinci Qulam və İbn Tahir ("Xəyyam", Hüseyn Cavid)
- Dördüncü qaçaq ("Mahnı dağlarda qaldı" İlyas Əfəndiyev)
- Muradalı ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev)
- Fariz ("Büllur sarayda" İlyas Əfəndiyev)
- Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev)
- Kişi ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)
- Səmərqəndli ("Məhəbbət əfsanəsi", Nazim Hikmət)
- Lakey və Novruz bəy ("Aydın", Cəfər Cabbarlı)
- Məmmədəli bəy ("Sevil", Cəfər Cabbarlı)
- Sönməz ("Od gəlini", Cəfər Cabbarlı)
- Fransisko ("Fırtına", Uilyam Şekspir)
- Həkim ("Maqbet", Uilyam Şekspir)
- Qraf Kent ("Kral Lir", Uilyam Şekspir)
- Yaralı zabit ("İblis", Hüseyn Cavid)
- Mehdiqulu ("Ah, Paris… Paris!..", Elçin)
- Məsul katib ("Mənim sevimli dəlim", Elçin)
- Qonşu ("Mənim ərim dəlidir", Elçin)
- Yan Çinq ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə)
- İbn Zeyd ("Dar ağacı", Bəxtiyar Vahabzadə)
- Şükür bəy ("İkinci səs", Bəxtiyar Vahabzadə)
- Qoşqar Kəngərli ("Bu dünyanın adamları", Hidayət Orucov)
- Mirzə Ələkbər Sabir ("Hərənin öz payı", Xeyrəddin Qoca)
- Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Məşədi İslam ("Dirilən adam", Mir Cəlal)
- Məhkəmə sədri ("Uçqun", Tuncer Cücenoğlu)
- Timote ("Xanuma", Avksentiya Saqarelli)
- Pera ("Nazirin xanımı", Branislav Nuşiç)
- Tahir ("Mənim günahım", İlyas Əfəndiyev)
- Vağzal məmuru ("21:15 qatarı", Toyqun Orbay)
- Mirzə Hüseyn müəllim ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Aftil ("Almaz", Cəfər Cabbarlı)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 777 №-li i�� (film, 1992) (tammetrajlı bədii film)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Mustafa
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — filmi səsləndirən: Şahin (Elxan Quliyev)
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: kəndli; filmi səsləndirən: kəndli
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — səsləndirən: Kulçitski (Aleksandr Arjilovski)
- Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: Ələkbər
- Apardı sellər Saranı (film, 1996)
- Arayış (film, 1986)
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Atamın sənəti (film, 1980)
- Atayevlər ailəsi (film, 1978)
- Babamızın babasının babası (film, 1981)
- Bağlı qapı (film, 1981)
- Belə də olur (film, 1988)
- Belə lazımdır (film, 1982)
- Bəxtəvər (film, 1984)
- Bəyin oğurlanması (film, 1985)
- Bir anın həqiqəti (film, 2003)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Dantenin yubileyi (film, 1978)
- Dundukley (film, 1986)
- Evin kişisi (film, 1978)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Fatehlərin divanı
- Fəryad (film, 1993)
- Fövqəladə hadisə (film, 1982)
- Gedərsən bizə... (film, 1990)
- Gethagetdə (film, 1983)
- Gözlə məni (film, 1980)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Güzgü (film, 1990)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İşgüzar səfər (film, 1982)
- Kişilər (film, 1979)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qardaşımdan yaxşısı yox idi (film, 2010)
- "Qayınana" əməliyyatı (film, 1999)
- Qəzəlxan (film, 1991)
- Qız qaçırtma (film, 2017)
- Qonşu qonşu olsa... (film, 1989)
- Məhəllə (film, 2003)
- Mənim ağ şəhərim (film, 1993)
- Məsələ № 777 (1980)
- Məsələ yerdə deyil... (film, 1985)
- Məşədi İbad-94 (film, 2005) — duxu satan
- Min birinci söz (film, 1997)
- Musiqili xaş (film, 1984)
- Nakəs (film, 1991)
- Nekroloq (film, 2001)
- Nigarançılıq (film, 1998)
- Olimpia (film, 2021)
- Ordan-burdan (film, 1987) — qoçu Gülbala
- Otel otağı (film, 1998)
- Ölsəm... bağışla (film, 1989)
- Özgə ömür (film, 1987)
- Pərdə arxasında (film, 1987)
- Rəngli yuxu (film, 1982)
- Sahilsiz gecə (film, 1989)
- Sarı gəlin (film, 1998)
- Sürəyya (film, 1987)
- Şeytan göz qabağında (film, 1987)
- Təxribat (film, 1989)
- Ulduz (film, 1964)
- Yad qızı (film, 1990)
- Yaramaz (film, 1988) — Hacı
- Yaşadan, yaşayan Yaşar (film, 2012)
- Yaşıl eynəkli adam (film, 1987) — Qafar
- Yaşıl eynəkli adam-2 (film, 1999) — Qafar
- Yaşıl eynəkli adam-3 (film, 2002) — Qafar
- Yay gününün xəzan yarpaqları (film, 1986)
- Yeni evlənənlər (film, 1983)
- Yol əhvalatı (film, 1980)
- Yumurta (film, 2003)
- Həmyerlilər (film-tamaşa,1998)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
- ↑ "ИСМАИЛОВ Гаджи" (rus). Энциклопедия кино. 2010. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.
- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- ↑ "Hacı İsmayılov: "Qaçaq qocalar" oyun tərzi deyil, yaşam tərzidir". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.
- ↑ "Hacı İsmayılova vəzifə verildi". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ President.Az. "H.M.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.01.2019. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ Aliyə. ""O binanın böyük bir hissəsi restorana çevrilib" – Sənət adamları teatrdan danışır..." (az.). Kulis.az. 03.05.2018. 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
- ↑ ""Nəvələrimin üzünə həsrət qalmışam" - Xalq artisti". Milli.Az (az.). 1 dekabr 2016. 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 22 yanvarda doğulanlar
- 1944-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Sənətkar" medalı ilə təltif olunanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan aktyorları
- Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları
- "Cəfər Cabbarlı" mükafatı laureatları
- Azərbaycan Teatr Xadimləri İttifaqının sədrləri