Azərbaycan Respublikasının xalq artisti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Respublikasının xalq artisti
Fəxri adın döş nişanı (2009-cu ildən)

Ölkə  Azərbaycan
Tip fəxri ad
Status təqdim olunur
Statistika
Təsis tarixi 22 may 1998[a]
İlk təltif
Son təltif
Təltif sayı 296
Ardıcıllıq
Aşağı mükafat Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Müvafiqdir Azərbaycan SSR xalq artisti

Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad.

Fəxri adın verilmə üsulu

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Milli MəclisinNazirlər Kabinetinin təklifi ilə verir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.[1] Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.[1]

Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər[1]:

  1. fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda
  2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə

Təsis olunması

[redaktə | vikimətni redaktə et]

"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya SənaniRoza Tağıyevaya verilmişdir.[2] 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır.[3]

Döş nişanı və vəsiqəsi

[redaktə | vikimətni redaktə et]

"Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.

1998 – 2008 2009 – indiyə kimi
Döş nişanı
Fəxri ad vəsiqəsi
  1. Fəxri adın hüquqi baxımdan təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli, 706 nömrəli Fərmanına əsaslanır
  2. 1 2 Hüquqi əsassız
  3. 1 2 Hüquqi əsaslı
  1. 1 2 3 Azərbaycan Respublikasının Fəxri adları haqqında ƏSASNAMƏ Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine Qanun.az
  2. "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  3. "Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.