Gülçöhrə Məmmədova
Gülçöhrə Məmmədova | |||
---|---|---|---|
Şəxsi məlumatlar | |||
Doğum adı | Gülçöhrə Hüseyn qızı Məmmədova | ||
Doğum tarixi | 23 aprel, 1953 | ||
Doğum yeri | |||
Partiya | |||
Təhsili | |||
Fəaliyyəti | memar | ||
Elmi fəaliyyəti | |||
Elmi dərəcəsi | memarlıq doktoru | ||
Elmi adı | professor | ||
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru | ||
|
|||
Təltifləri |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Gülçöhrə Hüseyn qızı Məmmədova (24 aprel 1953, Vedi rayonu) — memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının əməkdar memarı (2006).
Həyatı
[redaktə | vikimətni redaktə et]Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir.
1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.
Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.
1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.
2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur.
1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 21 aprel 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar memarı" fəxri adı verilmiş, 11 aprel 2013-cü ildə "Şöhrət" ordeni, 14 iyun 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı, bir nəvəsi vardır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Vedi rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Uluxanlı məktəbinin məzunları
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar memarları
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 24 apreldə doğulanlar
- 1953-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Azərbaycan qadınları
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycanın qadın memarları
- Azərbaycanlı memarlar
- Azərbaycan memarlıq tarixçiləri
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri
- Memarlıq doktorları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları