Elxan Ağahüseynoğlu
Elxan Ağahüseynoğlu | |
---|---|
Elxan Ağahüseyn oğlu Ağahüseynov | |
Digər adı | Elxan Ağahüseynov |
Doğum tarixi | 8 dekabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 2009 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID3213691 |
Elxan Ağahüseynov (8 dekabr 1942, Bakı – 2 avqust 2009, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb:
- Varri ("Antoni və Kleopatra", V.Şekspir),
- Reynaldo ("Hamlet", V.Şekspir),
- Təlxək ("Heç nədən hay-küy", V.Şekspir),
- Birinci aktyor (Kral) ("Hamlet", V.Şekspir),
- Hersoq Kornuel ("Kral Lir", V.Şekspir),
- Eyiden ("Orlean qızı", F.Şiller),
- Kürd Musa, Zülfüqar və İbrahim xan ("Vaqif", S.Vurğun),
- Özdəmir ("Od gəlini", C.Cabbarlı),
- Gülverdi ("Almaz", C.Cabbarlı),
- Məşədi ("Küləklər", S.Rəşman),
- Qatil ("Şöhrət və ya unudulmuş adam"),
- Naib ("Xəyyam"),
- Xaxan ("İblis"),
- Kinto ("Knyaz", H.Cavid),
- Kimbel ("Üç quruşluq opera", B.Brext),
- Agah ("Qanlı Nigar", S.Şendil),
- Ziyad və Əmir ("Yayda qartopu oyunu", V.Səmədoğlu),
- İkinci kişi ("Hara gedir bu dünya"),
- Gözətçi ("Fəryad"),
- Çin zabiti ("Özümüzü kəsən qılınc"),
- İbn Süheyl ("Dar ağacı"),
- Gülağa ("Rəqabət", B.Vahabzadə),
- Mirzə Hüseyn xan ("Şeyx Xiyabani", İ.Əfəndiyev),
- Lisanoviç ("Hökmdar və qızı", İ.Əfəndiyev),
- Polyaniçko ("Ah, Paris… Paris!..", Elçin),
- Professor ("Poçt şöbəsində xəyal", Elçin),
- Şarmankaçalan ("Brüsseldən məktudlar", Mir Cəlal),
- Qiyas ("Dirilən adam", Mir Cəlal),
- Canişin ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev),
- Müəllim ("Ölülər", C.Məmmədquluzadə),
- Məşədi Səftər ("Mesenat", Ə.Əmirli),
- Cümşüd xan ("Eloğlu", A.Şaiq) və s.
Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan:
- S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir),
- S. Dağlının "Sabiqlər" (Müdir),
- "Adı sənin, dadı mənim" (Nəzarətçi),
- S. Rəhmanın "Şirin bülbül" (Sərnişin),
- İ. Əfəndiyevin "General" (Zabit),
- M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı)
Pyeslərinin tamaşalarını göstərmək olar.
Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib.
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ad günü (film, 1977)(tammetrajlı bədii film)-filmi səsləndirən: qəssab
- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası)(Aztv)
- Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası)(Aztv)
- Altı nömrəli palata (film, 1994)
- Arxadan vurulan zərbə (film, 1977)
- Astana (film, 1986)
- At ilinin birinci ayı (film, 1993)
- Atası yandı (film, 1986)
- Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: komsomolçu
- Babək (film, 1979)
- Bayquş gələndə... (film, 1978)
- Bir anın həqiqəti (film, 2003)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Canavar balası
- Dantenin yubileyi (film, 1978)
- Dəli Kür (film, 1969)
- Əla kəsici (film, 1975)
- Evləri köndələn yar (film, 1982)
- Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
- Gözlə məni (film, 1980)
- Gülüş sanatoriyası (film, 1989)
- Hami (film, 1981)
- İşgüzar adamlar (film, 1977)
- İstintaq (film, 1979)
- İyirmialtılar (film, 1966)
- Kişilər (film, 1979)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qatır Məmməd (film, 1974)
- Qayınana (film, 1978)
- Qeybdən gələn səs (film, 2002)
- Qorxma, mən səninləyəm
- Lal (film, 1992)
- Min birinci söz (film, 1997)
- Nəsimi (film, 1973)
- Ömrün ilk saatı (film, 1973)
- Ömrün səhifələri (film, 1974)
- Ömrün yolları (film, 1982)
- Onun bəlalı sevgisi (film, 1980)
- Sabiqlər (film, 1999)
- Sabiqlərin yeni sərgüzəştləri (film, 2000)
- Sarıköynəklə Valehin nağılı (film, 1980)
- Şir evdən getdi (film, 1977)
- Şirin bülbül (film, 2000)
- Telefon macəraları (film, 1990)
- Yeni həyat (2005)
- Yurd yeri
- Yurd yeri 2
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 8 dekabrda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 2 avqustda vəfat edənlər
- 2009-cu ildə vəfat edənlər
- 67 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktyorları
- Şəkərli diabetdən ölənlər