Bəxt üzüyü 2
Bu məqaləni vikiləşdirmək lazımdır. |
'Bəxt üzüyü' | |
---|---|
Bəxt üzüyü 2 (film, 2018) | |
Janr | Komediya |
Rejissorlar | Ənvər Mansurov |
Baş rollarda | |
İstehsalçı | Planet Parni iz Baku |
İlk baxış tarixi | 2017 |
Müddət | 1:50:23 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2017 |
Əvvəlki film | Bəxt üzüyü (film, 1991) |
Rəng | rəngli |
Film haqqında
[redaktə | mənbəni redaktə et]Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib.
Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk "Bəxt üzüyü"ndə oynamış aktyorların iştirakına çalışılıb.
Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb.
Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək". "Bəxt üzüyü 2" filminin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Firəngiz Rəhimbəyli və başqaları çəkilib. "Bəxt üzüyü" Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır. [1]
Film xalq artisti Rafael Dadaşovun kinoda son işidir.
Məzmunu
[redaktə | mənbəni redaktə et]İlk "Bəxt Üzüyünün" baş qəhrəmanlarının həyatında 27 il ərzində çox şey dəyişməyib. Moşu şeirlərini yazmaqda davam edir, Söylü də ən birinci ev işlərini görür sonra da Xoşu başda olmaqla uşaqları ilə məşğuldur. Rasim də bərkgedən biznesmen olaraq qalır. Gözlənilmədən vəziyyət dəyişir. Rasimin qızı Dəniz yenicə münasibət qurduğu adaxlısı ilə atasıgilə qonaq gəlir. Eyni zamanda Söylünün kiçik qardaşı Fedot da Rusiyadan qayıdır və gözəl Dəniz xanımın ətrafında öz planlarını qurmağa çalışır.[2]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]- Quruluşçu rejissor — Ənvər Mansurov
- Ssenari müəllifləri — Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov
- Quruluşçu operator — Nadir Mehdiyev
- Quruluşçu rəssam — Rövşən Mehdiyev
- Bəstəkar — Vüqar Camalzadə
- Rejissorlar — Elman Şeydayev, Ələkbər Əliyev
- Səs rejissoru — Rüstəm Medov
Rollarda
[redaktə | mənbəni redaktə et]- Afaq Bəşirqızı — Söylü
- Valeh Kərimov — Moşu
- Rafael Dadaşov — Rasim
- Firəngiz Rəhimbəyli — Sevda
- Tahir İmanov — Xoşbəxt
- Cabir İmanov — Fedot
- Bəhram Bağırzadə — redaktor
- Azər Məmmədzadə — turist
- Arif Quliyev — taksi sürücüsü
- Duyğu Dəvəli — Dəniz
- Fariz İlyasov — Emil
- Emil Musayev — Eldar
- Nərmin Səfərova — Elza
- İosif Tkaç — Adolf
- Azər Məmmədzadə — Turist
- Ələkbər Əliyev — Hoteldə işləyən adam
- Zümrüd Həsənov
- Zilli Namazov
- Fərəculla Fərəcullayev
- Rəvan Əyyubov
- Cavid Kərimov
- Həsən Əli
- Hüseyn Əli
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
- ↑ "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.