İosif Tkaç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İosif Tkaç
İosif Zusyeviç Tkaç
Doğum tarixi 23 aprel 1939(1939-04-23)[1] və ya 13 iyul 1939(1939-07-13)[2]
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 2024(2024-10-22)[3] (85 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Təhsili
IMDb ID3430011

İosif Zusyeviç Tkaç (23 aprel 1939[1] və ya 13 iyul 1939[2], Bakı22 oktyabr 2024[3]) — Azərbaycan teatr aktyoru.

İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. 1997-ci ildən S. Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir.

Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb. Rolların arasında: Traktirşik (A. Ostrovski "Krasaves-mujçina"), Qulaməli (Hidayət "Mənzil"), Fuşe ("Napoleon I " F. Brukner), Selzdon (M. Freyn "Teatr"), Professor Əliquluzadə (Elçin "Poçt şöbəsində möcüzələr"), Yeger (Q. Qorin "Kral oyunları"), Padşax (Y. Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar.

2024-cü ilin 22 oktyabr tarixində saat 21 radələrində həyat yoldaşı ilə birlikdə qətlə yetirilib.[4]

  1. Nigarançılıq (film, 1998)
  1. 1 2 kino-teatr.ru (rus.). 2006.
  2. 1 2 IMDb (ing.). 1990.
  3. 1 2 Bakıda arvadı ilə birlikdə öldürülən şəxs aktyor imiş.
  4. "Bakıda arvadı ilə birlikdə öldürülən şəxs aktyor imiş". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-23.