Bəhreyn əhalisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Əhalinin siyahıya alınması

[redaktə | mənbəni redaktə et]

Bəhreyndə əhalinin siyahıya alınması ilk dəfə 1941-ci ildə keçirilmişdir. Həmin vaxtla müqayisədə, ölkə əhalisinin sayı bir neçə dəfə artaraq 680 min nəfərə çatmışdır (2005). XX əsrin ortalarına qədər ölkədə təbii artım aşağı idi. Sonrakı illərdə neft və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq başqa ölkələrdən gələn mühacirlərin hesabına əhalinin miqdarı xeyli artmışdır. Lakin digər Ərəb ölkələri ilə müqayisədə bu göstərici Bəhreyndə hələ aşağıdır.

Əhalinin təqribən 30 faizini yaşı 15-ə qədər olanlar, 68 faizini yaşı 15–65 arasında olanlar, 3,2 faizini yaşı 65-i keçənlər təşkil edir. Milli tərkibinə görə əhalinin 75 faizini ərəblər (yerlilər və mühacirlər), qalanını Pakistan, İran (10 faiz) və İngiltərədən (8 faiz) gələnlər təşkil edir.

İslam dini dövlət dinidir. Əhalinin 90 faizi müsəlmandır. Sünni və şiələrin sayı bərabərdir. Əhalinin qalan hissəsi digər dinlərə sitayiş edir. Şiə müsəlmanları arasında «Xomeyniçilər» də vardır. Onlar İran İslam İnqilabını müdafiə edir. Bəhreyndə də «İslam hökumətinin» yaradılmasını tələb edənlər var. Bəziləri isə Bəhreynin İrana birləşdirilməsi şüarı ilə çıxış edirlər. Bütün bunlar Bəhreynin daxili siyasi həyatına əhəmiyyətli dərəcədə təsir edir.

Dövlət dili ərəb dilidir. 1971-ci ilədək rəsmi dövlət dili sayılan ingilis dili də geniş yayılmışdır.

Əhalinin məskunlaşması

[redaktə | mənbəni redaktə et]

Bəhreyndə əhalinin orta sıxlığı hər kv. km-də 996 nəfərdir. Bu göstəriciyə görə Ərəb ölkələri arasında birinci yeri tutur. Əhalinin 3/4 hissəsindən çoxu Bəhreyn adasının şimalında və Mühərrək adasının cənubunda cəmləşmişdir. Bəhreyndə orta ömür müddəti kişilər üçün 71, qadınlar üçün isə 75 ildir. Hər min nəfərə doğulanların sayı 20,6, ölənlərin sayı isə 3,9 nəfərdir. Əhalinin 87 faizi savadlıdır. Ölkədə iki universitet fəaliyyət göstərir. Bəhreyndə şəhər, kənd və kiçik balıqçı qəsəbələrinə bölünən yaşayış məntəqələri vardır. Şəhər əhalisinin xüsusi çəkisi 90 faizi keçmişdir. Nisbətən böyük şəhərləri Manama, Mühərrək, İssa və Sülməndir.

  • Бодянский В. Л. Современный Бахрейн (справочник). — Москва: Главная редакция восточной литературы издательства «Наука», 1976