Böyükxanım Əliyeva
Böyükxanım Əliyeva | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1945 (79 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları |
Böyükxanım Həsənbala qızı Əliyeva (28 sentyabr 1945, Xaçmaz) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
Həyatı
[redaktə | vikimətni redaktə et]Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur.[1]
Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s.
1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi. B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rollar ifa etmişdir.
B. Əliyeva Yeni Azərbaycan Partiyasının və həmkarlar təşkilatının idarə heyətinin üzvüdür.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Əməkdar artist Təvəkkül Əliyevin həyat yoldaşıdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan SSR Əməkdar artisti — 2 aprel 1979[2]
- Azərbaycan Respublikanın Xalq artisti — 28 oktyabr 2000
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il[3]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2015-ci il[4]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2016-cı il[5]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 1 may 2017-ci il[6]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018-ci il[7]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019-cu il[8]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2020-ci il[9]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024[10]
Oynadığı tamaşalardan rollar
[redaktə | vikimətni redaktə et]- İ. Əfəndiyev "Atayevlər ailəsi" — Dilşad xanım
- M. İbrahimov "Kəndçi qızı" — Bənövşə
- J. B. Molyer "Tartüf" — Dorina
- V. Şekspir "Qış nağılı" – Kermona
- Şiller "Qaçaqlar" – Amaliya
- İ. Əfəndiyev "Məhv olmuş gündəliklər" – Anjel
- C. Cabbarlı "Aydın" – Gültəkin
- İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin
- M. Hüseyn "Alov" – Rəfiqə
- Qoqol "Müfəttiş" – Anna Andreyevna
- S. Vurğun "Vaqif"- Xuraman
- S. Vurğun "Fərhad və Şirin" – Məhinbanu
- Anar "Təhminə və Zaur" – Təhminə
- Ə. Haqverdiyev "Dağılan tifaq" — Sona
- Ş. Qurbanov "Sənsiz" — Sevinc
- V. Nuşiç "Nazirin xanımı" – Xanım
- M. Əliyev "Ana fəryadı" — Bəyim
- V. Vişnevski "Nikbin faciə" — Komissar
- H. Mirələmov "Ləyaqət" — Ana
- B. Vahabzadə "Yağışdan sonra" — Nihal
- Ə. Əmirli "Onun iki qabırğası" — Ceyran
- H. Mirələmov "Pənah xan Cavanşir"- Susənbər
- Q. Fiqeyredo "Ezop" – Kleya
- Sofolk "Şah Edip" – İokasta
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Xalq artisti xəstəxanaya yerləşdirildi Arxivləşdirilib 2019-04-07 at the Wayback Machine. anews.az, 16.01.2018 (az.)
- ↑ N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 aprel 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 28 sentyabrda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Xaçmazda doğulanlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktrisaları
- Yeni Azərbaycan Partiyasının üzvləri