Azərbaycan roku
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə Azərbaycanda rokunun yaranmasında "Üç alov" qrupu ilə rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.
Tarixi
[redaktə | vikimətni redaktə et]1960-cı illər
[redaktə | vikimətni redaktə et]Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb.[1][2] Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi.[2] Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan "Qızıl Payız” festivalı idi.[2]
Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar.[2] 1970-ci illərin əvvəllərinədək əsasən soft-rok, ritm və blyuz (R&B) çalan "Eskulap”, "Xürrəmilər”, "Ekspress-118”, "Pəzəvəng”, "Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.[2]
1968-ci ildə Azərbaycanda ilk rok festivalı Bakının Əl Oyunları sarayında, 1970-ci ildə isə Bakı Dövlət Universitetində keçirilmişdi.[3]
1970-ci illər
[redaktə | vikimətni redaktə et]1970-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən uzaqlaşıb öz musiqi stilini yaradan qruplar meydana çıxır.[2] Bu qruplar daha xarici mahnılarla kifayətlənmir, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa başlayır.[2] Daha çox caz-roka üstünlük verən "Cürbəcür”, "Brevis”, "Üç alov” bu qruplara aid edilə bilər.[2] Həmin dövrdə "Üç alov” ilə Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan, çox vaxt onları musiqi tərzlərinə görə üstələyən iki qrup - "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.[2]
1980-cı illər
[redaktə | vikimətni redaktə et]1970-ci illərdən sonra "yuxarıdan gələn göstərişlər"in təsiri ilə festivalların mahiyyəti dəyişməyə başlayır.[2] Rok musiqisinin gizli fəaliyyətə keçdiyi Moskva və Leninqraddan fərqli olaraq, Bakıda dağılan qrupların yerinə etibarlı repertuarı olan itaətkar ansambllar yaranır.[2] 1980-ci illərin əvvəllərində rok musiqisini bəzi peşəkar kollektivlərdə eşitmək mümkün olur. Onların arasında ən yaddaqalanı isə "Qaya” orkestri nəzdində yaranmış "Talisman” qrupu idi.[2] Qrup heyətinin və istiqamətinin sürətlə dəyişməsinə baxmayaraq, "Talisman” Moskvadakı 12-ci beynəlxalq gənclər və tələbələr festivalı çərçivəsində müvəffəqiyyətlə çıxış edir.[2] Bu dövrdə soft-roka yönəldilən Rafael Axundovun "Günel” qrupu bir neçə uğurlu konsert verir.[2]
1980-ci illərin sonuna yaxın rok musiqisinin qayıdışı 1987-ci ildə Bakı şəhər komsomol komitəsinin nəzdində Şəhər Gənclər Müasir Musiqi Mərkəzinin yaradılması ilə bağlı olur.[2] Bu mərkəzin fəaliyyət strukturuna müxtəlif musiqi klubları, həmçinin çoxsaylı rok klubları daxil idi.[2] Nəhayət, 1988-ci ilin may ayında 1-ci Bakı rok-panorama keçirilir.[2] Festival böyük rezonans doğurur və respublika mətbuatında geniş işıqlandırılır. "Aşıqlar" qrupu festivalda birinci yerə layiq görülür.[2] 1989-cı ildə Sumqayıt rok qrupu olan Coldünya "Qızıl payız" festivalında qalib oldu.[4]
1989-cu ilin aprel ayında daha böyük iştirakçı sayı ilə 2-ci rok-panoram keçirilir.[2] Bu festivalda təxminən 30 qrup iştirak edir: "Qrimsiz", "Faust", "Neysan", "İz", "Terminal", "Reportaj", "Charley ATL", "Minarə" və s.[2] Peşəkarlar arasında "Aşıqlar" nəzərə çarpacaq dərəcədə seçilir.[2] Növbəti heyət dəyişikliyindən sonra "Talisman” öz işini daha da yaxşılaşdırır.[2] "Günel” isə yeni heyət və keçmiş rəhbərliklə "Aksiya” qrupuna çevrilir.[2]
Müstəqil Azərbaycan dövrü
[redaktə | vikimətni redaktə et]1992-ci ildə “Coldünya” rok qrupu yaradıldı.[5] 1996-cı ildə qrupun “Sehrbaz” mahnısı BBC radiosundan ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzində yeddinci yerdə durdu.[6] 1998-ci ildə Təbriz şəhərində yaranan "Zeytoon" rok qrupu, Azərbaycanın xaricində yaradılan ilk rok qrupu oldu.[4] İran hökuməti tərəfindən daim dağıdılma təhlükəsi olan qrup 2007-ci ilə qədər fəaliyyətini davam etdirə bilir.[6]
2000-ci illərdə "Unformal" və "Ozan" ilə Azərbaycan roku təkamülünün zirvəsinə çatdı.[5] Bundan əlavə, həmin dövrdə “Qara Dərviş” qəzəl ədəbiyyatı və proqressiv metal janrını şərq musiqisi elementləri ilə sintez edərək "Dərviş Metal" janrının əsasını qoydu.[4] 2003-cü ilin dekabr ayında Coldünya Alim Qasımovla yeni musiqi istiqaməti – rok – muğamın əsasını qoyan əfsanəvi “Oyanış” albomunu yaratdı.[6]
2011-ci ildə fəlsəfə doktoru Əbülfəz Süleymanlının rəhbərlik etdiyi "Aktual" elmi-sosioloji tədqiqatlar mərkəzi tərəfindən azərbaycanlı rok musiqiçi həvəskarları arasında sosioloji sorğu keçirilib.[7] Tədqiqatın nəticələrinə əsasən "Rok musiqisinə sizdə həvəs necə meydana gəldi?" sualına respondentlərin 22,5%-i “dostlarımın təsiri ilə”, 20,5%-i "izlədiyimin filmlərin təsiri il", 13%-i "ailə üzvlərimin təsiri ilə", 44%-i "tamamilə təsadüfən" cavabını vermişlər.[7] Sorğu zamanı Azərbaycanda inkişaf səviyyəsini məmnunluq dərəcəsini ölçmək məqsədi ilə “Sizcə hal hazırda ölkəmizdə bu musiqi sahəsində inkişaf varmı?” sualı verilib. Bu suala respondentlərin 74% "bəli, var", 19,5% "xeyr, yoxdur", 6,5% isə "çox yavaş bir inkişaf var" deyə cavablandırıblar.[7] Həmin ildə Azərbaycanda ilk rok musiqi radiosu olan "RockOut FM" yaradılmışdır.[8]
2017-ci ildə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.[9] İki il müddətində ərsəyə gələn "Səyyah Sindibad" adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.[9]
Azərbaycan rokunun janrları
[redaktə | vikimətni redaktə et]Metal musiqi
[redaktə | vikimətni redaktə et]Azərbaycanda metal musiqi 2000-ci illərdən fəaliyyət göstərməyə başlamışdır. 2002-ci ildə yaranan 3,14..., Azərbaycan rok arenasında ilk death metal və doom metal janrlarında ifa edən qrupdur.[10]
Görkəmli sənətçilər
[redaktə | vikimətni redaktə et]Şəxslər
[redaktə | vikimətni redaktə et]Kişi
[redaktə | vikimətni redaktə et]Qadın
[redaktə | vikimətni redaktə et]Qruplar
[redaktə | vikimətni redaktə et]3,14... · Unformal · Yuxu |
- 3,14...
- 5:59
- Bəndə
- Charley ATL
- Coldünya
- Debüt
- Eksperiment OK
- Eskulap
- İndustry
- Fatal Nation
- Ferrum
- Xürrəmilər
- Les Gardiens du Silence
- Minimorum
- Miraj
- Mozalan
- Ozan (1981)
- Ozan (2007)
- Pro'n'Con
- Pyraweed
- Red Sky
- Qara Dərviş
- Silence Lies Fear
- Sirr
- Spark
- The Half
- The Nails
- Mikope
- The Ranchers
- Unformal
- Üç alov
- Üör
- Yuxu
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan roku, niyə bu vəziyyətə gəldik?". www.bbc.com. BBC. 22 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016. (#first_missing_last)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "Azərbaycanda rokun yaranması". bakuinfo.az. APA. 14 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
- ↑ Mirzə, Səid. "Azərbaycanda bu janrın auditoriyası çox məhduddu". civil-forum.az. civil-forum.az. 14 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
- ↑ 1 2 3 Gəncəvi, Elşən. "Bir yuxu kimi və Azərbaycan roku..." www.gun.az. www.gun.az. İstifadə tarixi: 13 January 2016.[ölü keçid]
- ↑ 1 2 Ismayilov, Tural. "Türk dünyasının "şeytanları"". www.kirpi.info. Kirpi. 22 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
- ↑ 1 2 3 "Azərbaycanda rok qrupların yaranması". volo.az. volo.az. 29 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ 1 2 3 Qurbanova, Zülfiyyə. "Azərbaycanda roku sevənlər kimlərdir?". anspress.com. ANS. İstifadə tarixi: 13 January 2016.[ölü keçid]
- ↑ "Azərbaycanda ilk rok radiosu açılıb". www.azadliq.mobi. Azadlıq radiosu. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
- ↑ 1 2 "Musiqi mədəniyyəti tarixində ilk dəfə rok-opera yazılıb". azertag.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
- ↑ "3,14..." www.rockzone.az. www.rockzone.az. 11 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.