Beynəlxalq Muğam Festivalı
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı.[1] Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir.[2]
İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir.
Festivalın məqsədi
[redaktə | mənbəni redaktə et]Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması.
I — 2009
[redaktə | mənbəni redaktə et]Muğama həsr olunmuş beynəlxalq elmi simpozium
[redaktə | mənbəni redaktə et]2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur.
Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir.[3]
Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.
Simpoziumda Azərbaycan, Türkiyə, İran, Pakistan, Hindistan, Tunis, Özbəkistan, və Tacikistanın musiqi mədəniyyətləri barədə məruzələr dinlənilmişdir.
Festival iştirakçıları
[redaktə | mənbəni redaktə et]
|
|
|
|
Orkestrlər
[redaktə | mənbəni redaktə et]- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
- Azərbaycan Dövlət Xor Kapellası
- Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
- Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblı
Festivalın təşkilatçıları
[redaktə | mənbəni redaktə et]Festivalın prezidenti
[redaktə | mənbəni redaktə et]Heydər Əliyev fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
Festival təşkilatçıları
[redaktə | mənbəni redaktə et]- Heydər Əliyev fondu
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
- Azərbaycan Bəstəkarlar Birliyi
Təşkilati dəstək
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Azərbaycan Milli Elmlər Akademiyası
- "Azərbaycan Mədəniyyətinin Dostları" fondu
Festivalın bədii rəhbəri
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə
Təşkilat komitəsi
[redaktə | mənbəni redaktə et]- Əbülfəz Qarayev — Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziti (Təşkilat komitəsinin həmsədri)
- Misir Mərdanov — Azərbaycan Respublikası Təhsil naziri (Təşkilat komitəsinin həmsədri)
- Mahmud Kərimov — Президент Национальной Академии Наук Азербайджана (Təşkilat komitəsinin həmsədri)
- Firəngiz Əlizadə — Azərbaycan Bəstəkarlar ittifaqının sədri
- Vaqif Sadıxov — Azərbaycan respublikası Xarici İşlər nazirinin müavini
- Fərhad Bədəlbəyli — Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
- Timurçin Əfəndiyev — Mədəniyyət və İncəsənət Universitetinin rektoru
- Səyavuş Kərimi — Azərbaycan Dövlət Konservatoriyasının rektoru
- Anar Ələkbərov — Heydər Əliyev fondunun icraçı dirktoru
- İbrahim Quliyev — "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun icraçı dirktoru
- Eleonora Hüseynova — Azərbaycanın UNESCO-dakı daimi təmsilçisi, səfir
- Arif Alışanov — "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri
- Ədalət Əliyev — Media-holding "Lider" tv-nin direktoru
- Akif Məlikov — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru
- Murad Adıgözəlzadə — Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru
İşçi qrupu
[redaktə | mənbəni redaktə et]- Fərəh Əliyeva — Mədəniyyət və turizm Nazirliyinin şöbə müdiri (işçi qrupun rəhbəri)
- İlham Pirməmmədov — Təhsil Nazirliyinin şöbə müdiri
- Pərvanə İsmayılova — Heydər Əliyev fondunun ictimayətlə əlaqələr şöbəsi
- Yaqut Şıxseyidqızı — Azərbaycan Dövlət Konservatoriyasının dosenti
- Şəhla Mahmudova — Bakı Musiqi Akademiyasının professoru
- Mehdi Məmmədov — Beynəlxalq Muğam Mərkəzinin təmsilçisi
- Cahangir Səlimxanov — musiqişünas
- Qoşqar Həsənov — tərcüməçi
II — 2011
[redaktə | mənbəni redaktə et]III — 2013
[redaktə | mənbəni redaktə et]IV — 2015
[redaktə | mənbəni redaktə et]2015-ci il martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçirilib.
Festival çərçivəsində Bakıda və respublikanın bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq elmi simpoziumlar təşkil olunub.
Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları iştirak ediblər.
Festival çərçivəsində beynəlxalq muğam müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər qatılıb.[4]
V — 2018
[redaktə | mənbəni redaktə et]“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı
2018-ci il martın 7-dən 14-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirilib.
Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunub, beynəlxalq elmi simpozium və muğam müsabiqəsi keçirilib. Müsabiqəyə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər qatılıblar.
Tədbirlərdə Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər ölkələrdən musiqiçi və münsiflər heyəti iştirak ediblər.[5]
VI — 2023
[redaktə | mənbəni redaktə et]“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət obyektlərində, həmçinin Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar, 24 saat ərzində canlə muğam marafonu təşkil edilib.
Festival çərçivəsində xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib.
Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılıb. Azərbaycanı instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Seçimlər ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb.
Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.
İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Konsert zamanı Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Muğam Televiziya Müsabiqəsi
- Respublika Muğam Müsabiqəsi
- Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı
- Qəbələ Beynəlxalq Musiqi Festivalı
- Beynəlxalq Mstislav Rostropoviç Festivalı
- Xarıbülbül Musiqi Festivalı
- Beynəlxalq Aşıq Festivalı
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Muğam dünyası" II Beynəlxalq muğam festivalı [ölü keçid]
- ↑ "Bir daha Beynəlxalq Muğam Festivalı barədə". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-28.
- ↑ Elmi simpoziumun qonaqları təəssüratlarını bölüşürlər [ölü keçid]
- ↑ ""Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı". heydar-aliyev-foundation.org (az.). 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ ""Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı". heydar-aliyev-foundation.org (az.). 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
- ↑ ""Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı". heydar-aliyev-foundation.org (az.). İstifadə tarixi: 2024-02-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Heydər Əliyev Fondunun rəsmi saytında — "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı