Azər Zeynalov (müğənni)
Azər Zeynalov | |
---|---|
Azər Zeynalabdin oğlu Zeynalov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Opera müğənnisi, Müəllim, Rejissor |
Fəaliyyət illəri | 1989-günümüz |
Janr | opera |
Musiqi alətləri | Fortepiano, Zərb alətləri |
Səs tembri | Tenor |
Təhsili | ADMİU, BMA, İtal.Döv. Konserv. |
Elmi adı | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Azər Zeynalabdin oğlu Zeynalov (13 dekabr 1964, Naxçıvan) — Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan" ("Bəxtiyar" filmindəki "Rusiya". Bu əsərin Azərbaycana həsr edilməsi ideyası və onun ilk ifası Azər Zeynalova məxsusdur və mahnının ikinci bəndi müğənninin atası şair Zeynal Vəfa tərəfindən qələmə alınıb), Rauf Hacıyevin "Leyla" (sözləri öncədən rus dilində olan bu mahnıya ana dilində mətnin yazılması A.Zeynalovun təşəbbüsüdür), Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. "Şükriyyə" adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görmüşdür. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Hollandiya, Çin, Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Qırğızıstan,Qazaxıstan, Tatarstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Albaniya, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Vyetnam, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış etmişdir. 2007-ci ildə Azərbaycan zəvvarları ilə Həcc ziyarətində olmuşdur. Azər Zeynalov bir çox mükafatlara layiq görülmüşdür. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunmuşdur. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar almışdır. 1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ildə O, "Türksoy" təşkilatının yaranmasının 20 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunmuşdur. "A Classic vokal qrupu"-nu da həmin ildə yaratmışdır. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olmuşdur. Həmçinin 2015-ci ildə O, Azərbaycan Milli Konsevatoriyasında yeni yaradılmış “Milli Vokal” kafedrasınin quruculuq işlərini aparmaq məqsədilə ictimai əsaslarla bu kafedraya müdir təyin olunmuş və beləliklə 2015-2016-cı tədris illərində o, hər iki ali məktəbdə kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi adı verilmişdir. 2008-ci ildən vokal ifaçılığının tədrisi üçün maqistr və bakalavr təhsil pilləsi üzrə bir çox fənnlərdən proqramlar tərtib etmişdir. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı Ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
2001-2003-cü illərdə, 2009, 2010, 2011, 2012, 2013-cü il, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2019-cu ildə[6], 7 may 2020-ci ildə[7], 7 may 2021-ci ildə[8], 10 may 2022-ci ildə[9], 6 may 2023-cü ildə[10] və 9 may 2024-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir. Ailəlidir. Dörd övladı var.
- Şair, publisist Zeynal Vəfanın oğludur.
Opera
[redaktə | mənbəni redaktə et]- Üzeyir Hacıbəyov "Arşın Mal Alan" - Əsgər (premyera-1997)
- Cüzeppe Verdi "Traviata" - Alfred (premyera-1998)
- Fikrət Əmirov "Sevil" - Balaş (premyera-1998)
- Rucero Leonkavallo "Paliaççi" ("Məzhəkəçilər") - Kanio (premyera-2000)
- Vasif Adıgözəlov "Natəvan" - Xasay bəy (2004)
- Üzeyir Hacıbəyov "O olmasın, bu olsun" - Məşədi İbad (premyera-2006)
- Cakomo Puççini "Toska" - Kavaradossi (premyera-2009)
- Cüzeppe Verdi "Otello" - Otello (premyera-2014)
Solo konsertləri
[redaktə | mənbəni redaktə et]- "Gilavar" 27.07.2024 Bakı. Yaşıl teatr
- "Gəncəyə gəlirəm" 18.05.2024 Gəncə. Gəncə Dövlət Filarmoniyası
- "Bir son bahar" 20.10.2023 Bakı. Heydər Əliyev sarayı
- "Əsrin bir fəsli" 13.12.2022 Bakı. BMA-nın opera studiyası
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Vokal ifaçılığı" kitabı (dərslik) -2012
- Maqistr hazırlığı üçün "Vokal" fənninin proqramı -2008 (ADMİU)
- Bakalavr hazırlığı üçün "Vokal" fənninin proqramı -2012 (ADMİU)
- 50 yaşlı Vokal kafedramızın (ADMİU) yaranmasında və inkişafında əməyi olan müəllimlərimiz (Albom-məcmuə)-2012
- Bakalavr hazırlığı üçün "Milli vokal ifaçılığı" fənninin proqramı -2016 (AMK)
- Maqistr səviyyəsi üzrə "İxtisas" (milli vokal) fənn proqramı -2018 (AMK)
- Maqistr səviyyəsi üzrə "Kamera sinfi" (milli vokal) fənn proqramı -2018 (AMK)
- Bakalavr səviyyəsi üzrə "Tədris metodikası" (milli vokal) fənn proqramı -2018 (AMK) (həmmüəllif)
- Bakalavr səviyyəsi üzrə "Vokal və onun tədrisi metodikası" (musiqi müəllimliyi) fənn proqramı -2018 (AMK) (həmmüəllif)
- Bakalavr səviyyəsi üzrə "Xüsusi pedaqoji hazırlıq" (milli vokal) fənn proqramı -2019 (AMK)
- Bakalavr səviyyəsi üzrə "Vokal və tədrisi metodikası" (musiqi müəllimliyi) dərs vəsaiti -2019 (AMK) (həmmüəllif)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bircəciyim (film, 1986)
- Haray (film, 1993)
- Qız qalası (film, 2000) (filmin bəstəkarı-A.Z.)
- Yuxu (film, 2001)
- Balaş və Mədinə (film, 2003)
- Acılar bitməz (film, 2009)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Üç görüş (film, 2012)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-10.
- Yaşayan insanlar
- 13 dekabrda doğulanlar
- 1964-cü ildə doğulanlar
- Professorlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Dağıstanın xalq artistləri
- Əlifba sırasına görə musiqiçilər
- Naxçıvanda doğulanlar
- Azərbaycan müğənniləri
- Azərbaycanlı müğənnilər
- Azərbaycanın opera müğənniləri
- Film bəstəkarları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Bakı Musiqi Akademiyasının məzunları
- Azərbaycanlı opera müğənniləri
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri