Aydın Əliyev (aktyor)
Aydın Əliyev | |
---|---|
Aydın Allahverdi oğlu Əliyev | |
Doğum tarixi | 14 mart 1955 (69 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1975-ci ildən |
Mükafatları |
|
IMDb | ID3108092 |
Aydın Allahverdi oğlu Əliyev (14 mart 1955, Arazdəyən, Vedi rayonu) — Azərbaycan aktyoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb.[1] İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.
1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.[1]
1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb.
Ad və mükafat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikasının Əməkdar Artisti (2002)
- "Tərəqqi" medalı (25 iyun 2013)
Teatr səhnəsindəki rolları
[redaktə | vikimətni redaktə et]İrəvan Dövlət Dram Teatrı
- Ş.Ələsgərov "Ulduz" — Müxbir
- M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran" — Teymur ağa
- C. Cabbarlı "Aydın" — Aydın və Surxay
Bakı Bələdiyyə Teatrı
- O.Altunbay "Tomris" — Odtəkin
- Y.Anuyun "Medeya" — Şah Krion
- R.İçərişəhərli "Vətənə igidlər gərəkdir" — Ruben
- C.Məmmədquluzadə "Ölülər" — Mirbağır ağa
- C.Cabbarlı "Dönüşü" — Qüdrət Arslan
- N.Nərimanov "Nadir şah" — Mirzə Mehdixan
- M.Məmmədov "Dəli Domrul" — Əzrail
- S.Rəşidi "Mənim Ərdəbilim" — Həşim ağa
- M.F.Axundov "Müsyo Jordan Dərviş Məstəli Şah" — Dərviş
- A.Babayev "Oğul" — Kölgə
- A.Qurbaninin "Türk sancağı" — Armen
- N.Hikmət "Damokl qılıncı" — Komisyonçu
- Ə.Əliyev "Unutqanlıq qorxunc bəladır" — Aparıcı
- H.Cavid "İblis" — Elxan
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) (rol: kuryer)
- Bir anın həqiqəti (film, 2003) (serial)
- Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) (rol: Qurgen)
- Ərazi (film, 2005) (qısametrajlı bədii film)
- Yoxlama (film, 2006) (serial)
- Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film)
- Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Seyid Hüseyn)
- Qovğalı kəndinin gecələri (film, 2008) (tammetrajlı bədii film) (rol: pasiyent)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: xalça müştərisi)
- Azarkeş (film, 2008) (tammetrajlı bədii film)
- Prokuror (2008) (tammetrajlı bədii film)
- Cavad xan (film, 2009) (tammetrajlı bədii film)
- Qaydasız döyüş (film, 2009) (serial) (rol: polkovnik Ələsgərov)
- Sonuncu dərviş (film, 2009) (tammetrajlı bədii film) (rol: dərviş)
- İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) (rol: kriminalist)
- Ağabəyovlar (film, 2012-2014)
- Xoca (film, 2012) (tammetrajlı bədii film) (rol: Rəhman)
- Dolu (film, 2012) (tammetrajlı bədii film) (rol: dustaq)
- Sirr (serial, 2012) (serial)
- Məhkumlar (2012) (serial)
- Tək olanda qorxma... (teleserial, 2013) (serial) (rol: Mehbalı)
- Əli və Nino (film, 2015) (tammetrajlı bədii film) (rol: rus qubernator)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Xəyalə Rəis. "Aydın Əliyev: "Aktyor teatra hər bir yaşda lazımdır"" (az.). Kaspiz. 30 mart 2015. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.