Ankilostoma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ankilostoma
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ankilostoma
Beynəlxalq elmi adı

Ankilostom (lat. Ancylostoma diodenale) Dəyirmi qurdlar tipinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Onikibarmaq bağırsaqda yaşayan, çox qorxulu qurddur. O, uzunluğu cəmi 10-18 mm-ə çatan lakin çox ensizdir (0,6 mm) balaca qırmızımtıl əyribaş prazitdir. [1]

Parazit həyat tərzi keçirir. Əyribaş qurdlar geniş yayılmış, lakin nadir hallarda diaqnoz olunan qurdlardır. Onlar yoluxmuş adamların əsasən 12 barmaq bağırsağında yaşayırlar. Əyribaşlar ancaq qanla qidalanırlar. Onlar bağırsağı və oradakı qan damarları dələrək, qan sorurlar. Hər qurd sutkada 0,05 – 0,35 ml qan içir. Qurdların sayı 50 dən çox olanda xəstədə qan azlığı yaranır. Yoluxmuş adamlarda əyribaş qurdlar 15 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (hər biri sutkada 25 minədək). Nəcislə torpağa düşən yumurtalarda 1-2 günə sürfələr yetişir. Onlar yumurtalardan cıxırlar, torpağın, otların üstündə 7 günə yoluxucu olurlar. Adamların bədəninə sürfələr 2 yolla daxil olur: 1.Sürfələr torpaqla, otlarla üsüyətdə olan adamların dərisini dələrək, venoz qanla orqanlarayayılırlar. 2. sürfələr udulurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. İnsanın bədənində uzun müddət qaldıqda parazit elə şiddətli qanazlığı (anemiya) törədir ki, bu ölümlə nəticələnə bilir. Angilostom ağız boşluğunda yerləşən xitin dişləri ilə bağırsağın selikli qişasına yapışır və bağırsağın epitelisi ilə qidalanır, eləcə də qanı sorur. Angilostomun yumurtaları nəcislə xaricə çıxır, onların sonrakı inkişafı isə nəm torpaqda və ya suda gedir. Bir sutka və ondan daha çox meddət ərzində yumurtadan sürfələr çıxır: onlar iki dəfə qabığını dəyişir və bundan sonra insanı yoluxdurmaq qabiliyyətinə malik olur. Sürfələr çox fəal surətdə insanın dərisinə sancılır, sonra qana keçir, qanla ağciyərlərə gəlir, ağciyərlərdən çıxıb nəfəs yollarına və udlağa keçir və udulub nazik bağırsağa düşür. Sürfələr 12 barmaq bağırsağın divarını dəlib, oradakı venoz damarlara dahil olurlar və qanla qara ciyərə, ürəyə, ağ ciyərlərin qan damarlarına, alveollara çatırlar, broxlara keçirlər. Sonra nəfəs yolları ilə ağıza doğru hərəkət edirlər, tüpürcəyə qarışıb, udulurlar, yenidən 12 barmaq bağırsağa çatırlar. Sürfələr keçdikləri bütün orqanları zədələyirlər, bir çox əlamətlər, xəstəliklər yaradırlar: qaşınmalar, səpmələr, allergiya, qan azlığı, yorğınluq, baş ağrıları,baş hərlənməsi, 12 barmaq bağırsaqda eroziyalar, xoralar, öyümə, qusma, qıcqırma, ishal, nevroz, aritmiya, ürək zəifliyi, tənginəfəslik, öskürək, gözlərdə, ağ giyərlərdə və başqa orqanlarda qansızmalar, iltihablaşmalar, sacların tökülməsi, menstruasiya pozulması, vaxtından tez menstruasiyanın kəsilməsi, kişilərda cinsi zəyiflik və s. Hamiləlik dövründə əyribaş qurdların sürfələri anadan dölə keçirlər. Əgər dölün həyatı ücün vacib orqanları zədələsələr, hamiləlik dölün ölümü ya uşaqsalma ilə nəticələnir. Başqa orqanları zədələyəndə, doğulmuş uşaqda müxtəlif xəstəliklər, qüsurlar, eybəcərliklər olur. Südəmər dövrdə sürfələr südlə körpənin 12 barmaq bağırsağına düşürlər. Əyribaş qurdlar mühtəlif əlamətlər, xəstəliklər törətdiklərinə görə, xəstələr müxtəlif ihtisaslı həkimlərə müraciət edirlər: dermatoveneroloq, uşaq həkimi, terapevt, endoskopist, kardioloq, hematoloq, nevropatoloq, ginekoloq, androloq və s. Təəssüf ki, əksər həkimlərin qurdlar heç yadına düşmür. Onlar xəstələri bir çox müayinələrdən keçirir, mühtəlif diaqnozlar qoyurlar və xəstəlikləri müalicə etməyə çalışırlar. Qurddan şübhələnən həkimlər xəstələri analizə göndərirlər. Təsəvvür edin! İndiyə kimi bütün dünyada əyribaş qurdları ancaq nəcisdə onların yumurtalarını aşkar etmələ diaqnoz edirlər. Qurdlar da kı həmişə yumurtalamırlar. Bu qurdların yumurtalarını tanıyan mütəhəssislər də çox azdır. Bir də ki, yaşlılarda qurd analizi nadir hallarda edilir. Deməli, nəcis analizi, hətda qurddan şübhələnən həkimləri, çaşdırır. Amma “İmedislə” əyribaş qurdlar dəqiq diaqnoz və məhv edilirlər.[1]

Bu parazit əsasən subtropik və tropik ölkələrdə və Avropada yayılmış qanazlığı xəstəliyinin törədicisidir.

  1. 1 2 V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.