İçərişəhər metrostansiyası
Bu məqalə İçəri Şəhər metrostansiyası haqqındadır. Digər mənalar üçün İçəri Şəhər (dəqiqləşdirmə) səhifəsinə baxın. |
İçərişəhər metrostansiyası | ||||
---|---|---|---|---|
1-ci xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Səbail | |||
Açılış tarixi | 6 noyabr 1967 | |||
Keçmiş adları | Bakı Soveti | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Platformaların uzunluğu | 105 | |||
Memarları |
Y.Kozlov H.Xanlarov О. Qədimov Ş.Zeynalov |
|||
Çıxdığı küçələr | İstiqlaliyyət küçəsi | |||
Nəqliyyat | 6, 10, 18, 31, 37, 65, 77, 205 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Metropoliten xətti | Qırmızı | |||
Qonşu stansiyalar | Sahil | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdir. Stansiyaya daxil olan qatarlarda Bakı gecələri musiqisindən fraqment səslənir.
Tarixi
[redaktə | mənbəni redaktə et]"İçərişəhər" (keçmiş "Bakı Soveti") 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Bakı Metropoliteninin ilk stansiyalarından biridir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanılıb, işə 15 milyon manat vəsait sərf edilib. Layihə müəllifəri: Şəfiqə Zeynalova, Yusif Qədimov, Yuri Nikolayeviç Kozlov və Tələt Xanlarovdur.
Stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb. Stansiyanın üst vestibülünün sahəsi 2500 kvadratmetr, xaricdən hündürlüyü isə İçərişəhərin qala divarlarının hündürlüyü qədər, yəni 14 metrdir. Stansiyada 3 eskalator vardır. Stansiya tək çıxışlıdır. Stansiyanın çıxışı İstiqlaliyyət küçəsinədir.
Aşağı vestibülün sahəsi 1200 kvadrat metrdir. Stansiyanın aşağı vestibülündə və hər iki perronun divarlarında köhnə Bakının Fransada hazırlanmış 16 mənzərəsi təsvir olunubdur. Aşağı vestibüldə İçərişəhərin Qala divarının bir fraqmenti də var.[1]
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 aprel 2007-ci il tarixli 103 saylı qərarı ilə Bakı Metropoliteninin təklifi (stansiyanın şəhərin tarixi mərkəzi olan İçərişəhərin qala divarının yanında yerləşməsi) nəzərə alınaraq, stansiyanın adı "Bakı Soveti"ndən "İçərişəhər" adına dəyişdirilib. Stansiyaya daxil olan qatarlarda Vaqif Mustafazadənin improvizə etdiyi Bakı Gecələri musiqisindən fraqment səslənir.
Şəkilləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Təmirdən sonra
[redaktə | mənbəni redaktə et]2008-ci ilin iyul ayından Nazirlər Kabinetinin qərarı ilə stansiyanın təmirinə başlanılıb. 2008-ci ilin dekabrında təmir işləri başa çatdırıldı və stansiya dekabrın 29-da istifadəyə verildi.[1]
Metal və şüşədən ibarət stansiyanın girişi üçün piramida formasından istifadə edilmişdir. Üst vestibülün xarici hündürlüyü 14 metrdir (İçərişəhər qalasının hündürlüyü kimi). Əvvəlki eskalatorlar (LT tipli) 2009-cu ildə "Viktoriya" ilə əvəz edilmişdir.
Orta zal və hər iki platformanın divarları qədim Bakının Fransa istehsalı olan 16 şəkli ilə bəzədilib. Arxa tərəfdə İçərişəhər qala divarlarının bir parçası, üzərində " İçərişəhər " sözü yazılmışdır.
Stansiyanın tək çıxışı İstiqlaliyyət küçəsindədir .
- ↑ "Icherisheher - History". "Baku Metropolitan" CJSC. Archived from the original on 2017-05-14. İstifadə tarixi: 2017-11-01.