Eskalator

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eskalatorlar Danimarkada Kopenhagen metropoliteni stansiyasında, 2007-ci ildə

Eskalator, Hərəkətli pilləkən (ing. escalator, fr. escalader – dırmaşmaq, lat. scala – pillәkәn) – adamları bir sәviyyәdәn digәrinә keçirmәk üçün hәrәkәt edәn pillәkәnşәkilli qaldırıcı nәqliyyat qurğusu. Binanın mərtəbələri arasında insanların daşınması üçün konveyer nəqliyyat cihazı.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Hərəkət edən səkilərdə (Travolatorlarda-"yeriyən səki") sərnişinlər ya ayaq üstə durur ya da səkinin üstündə oturacaqlarla təchiz edilmiş kabinələrdə yerləşdirilirlər.

Hərəkət edən səkilər (Travolator) horizontal və bucaq altında yerləşdirilə bilərlər (meylli, və ya üfüqi).

Sәrnişin axını çox olan metro stansiyalarında (tunel Eskalatoru), küçә keçidlәrindә, hәmçinin vağzal binalarında (mәrtәbә Eskalatoru; mәrtәbәlәrarası Eskalator), çoxmәrtәbәli ictimai binalarda, ticarәt mәrkәzlәrindә, teatrlarda vә s. geniş istifadә olunur. Eskalatorun pillәlәri sonsuz dartı zәncirinә bәrkidilir vә diyircәklәr üzәrindә yönәldici yolla hәrәkәt etdirilir. Eskalator pillәkәnlәrlә sinxron hәrәkәt edәn tutacaqla tәchiz olunur. Yuxarı stansiyalarda intiqal, aşağıda isә zәnciri tarımlaşdıran qurğu yerlәşir. Pillәkәnin hәrәkәt sürәti 0,5–1 m/san, meyil bucağı 30–35°-dir.

Sürətinə görə hərəkət edən səkilər (Travolatorlar) az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər.

Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır.

Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər. Hərəkət edən səkilərin (Travolatorların) bir sıra üstünlükləri (məsələn: pillələrinin olmaması və bu səbəbdən istənilən qabaritli əşyaların rahat üzərində yerləşdirilə bilinməsi..) vardır. Lakin, onun məhdudiyyətləri də mövcuddur, məsələn; - onun yalnız müəyyən meyl bucağı altında yerləşdirilməsi (sərnişinlərin hərəkət zamanı müvazinətliliyini təmin edəcək meyl bucağı), eskalatorlardan fərqli olaraq sərt meyl bucağı altında yerləşdirilməsi imkanlarının məhdud olması.

Hərəkət edən səkilər (Travolatorlar) praktiki olaraq geniş ərazili, əhalinin (sərnişin) kütləvi axınlarının daimi mövcud olduğu böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və s. istifadə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]