Çingiz Mustafayev adına Fond

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çingiz Mustafayev adına Fond
Növü qeyri-hökumət, qeyri-kommersiya təşkilatı
Yaranma tarixi 1999
Mərkəzi Bakı, Azərbaycan
Prezident Fuad Mustafayev (1999—2019)
Seyfulla Mustafayev (2019—)

Çingiz Mustafayev adına Fond — 1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı.

Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir.[1] Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev,[2] hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir.

Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb.[1] Fond media işçilərinin savadının və peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan-Amerika Jurnalist Akademiyasını yaradıb. Fond, həmçinin "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirir,[1] Azərbaycanın hərb və müstəqillik tarixi və ilə bağlı bədii filmlərə ("Bulağıstan", "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və s.), sənədli filmlərə, seriallara, animasiya filmlərinə sponsorluq edib.

Çingiz Mustafayev adına Fond 2018-ci ildə KİV əməkdaşları arasında hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə" müsabiqəsi elan edib. Bu müsabiqəyə 100-dən çox yazı müəllifi qatılıb.

Fond 2020-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə", "Ən yaxşı videoçarx", "Ən yaxşı rəsm", "Ən yaxşı foto", "Ən yaxşı mahnı" müsabiqələri elan edib.

Fond Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində olan Çingiz Mustafayev adına Uşaq Düşərgəsinə və şəhid ailələrinə yardım edir.[1]

İlin adamı mükafatı

[redaktə | mənbəni redaktə et]
İlham Əliyevə "2013-cü ilin adamı" mükafatı təqdim olunur.

2001-ci ildə Çingiz Mustafayev adına Fond ANS Şirkətlər Qrupu ilə birgə "İlin adamı" mükafatını təsis edir. Bu mükafata Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "2002-ci ilin adamı" mükafatının və diplomunun təqdim olunması mərasimindəki (11 yanvar 2003-cü il) nitqində söyləyib:

" Azərbaycan Prezidenti kimi mən Azərbaycanda mükafatlar verirəm, insanları təltif edirəm – hamısını mən edirəm. Amma indi Azərbaycanda ilk dəfədir ki, məni təltif ediblər və mənə mükafat veriblər. Ona görə bu, həqiqətən, çox əlamətdar hadisədir və bu münasibətlə mən Çingiz Mustafayev adına Fonda, "ANS" şirkətlər qrupuna öz təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm.

Bu hədiyyə mənim üçün çox qiymətlidir. Ən birincisi, onun adına görə. Çingiz Mustafayevin adını daşıyan fond Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Bu fond Milli Qəhrəmanın, Azərbaycanın istedadlı jurnalistlərindən birinin xatirəsinə yaranmış Fonddur. Çingiz Mustafayevin qısa müddətli həyatı, Ermənistanın Azərbaycana təcavüz etdiyi ilk illərdə bir jurnalist kimi çox cəsarətli və məharətli fəaliyyəti nümunə olmuşdur, böyük örnək olmuşdur. Hesab edirəm ki, bu, həqiqətən, Azərbaycanın bütün jurnalistləri üçün böyük nümunə olmalıdır.

Vətən yolunda şəhid olan hər bir insan qəlbimizdə, xalqımızın qəlbində yaşayır və yaşamalıdır. Ancaq belələrinin, müharibənin qızgın dövründə qorxmadan özünü odun-alovun içinə ataraq, həqiqətləri xalqa və dünyaya çatdırmaq arzusu ilə yaşayan Çingiz Mustafayev kimi insanın xatirəsi bizim üçün daha da əzizdir. Ona görə də bu hədiyyə mənim üçün böyük əhəmiyyət kəsb edir.[3]

"
  1. 1 2 3 4 "Çingiz Mustafayev -52: ömür yolu..." Modern.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  2. "Düz 27 il əvvəl məşhur telereportyor həyatını itirdi və vətəninə milli qəhrəman qazandırd��". Sputnik.az (az.).
  3. "Müstəqil ölkəmizin ümummilli mənafelərini təmin etmək üçün hamımız birlikdə çalışmalıyıq". Azertag.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  4. "ANS Milli Qəhrəmana mükafat verəcək". Modern.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  5. 1 2 "Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2002-ci ildə olduğu kimi, 2003-cü ildə də Heydər Əliyevi "İlin adamı" elan etmişdir". Azertag.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  6. "ANS Şirkətlər Qrupunun və Çingiz Mustafayev adına Fondun təsis etdiyi "2004-cü İlin adamı" mükafatı təqdim olunmuşdur etmişdir". Azertag.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  7. "Mehriban Əliyevaya "2005-ci ilin adamı" mükafatı təqdim edilib". Mehriban-aliyeva.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  8. 1 2 3 "Tahir Salahov -İlin adamı". Azertag.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  9. "Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna "2009-cu ilin adamı" mükafatı təqdim olunmuşdur". Azertag.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  10. "Mübariz İbrahimov ölümündən sonra "İlin adamı" mükafatına layiq görülüb". Trend.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  11. "Eldar və Nigar "İlin adamı" oldular". Milli.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  12. "İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatı təqdim olunmuşdur". President.az (az.). 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  13. "Mehriban Əliyevaya "2015-ci ilin adamı" mükafatı təqdim edilib". Mehriban-aliyeva.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]