Fuad Mustafayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fuad Mustafayev | |
---|---|
Fuad Seyfulla oğlu Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları |
Çingiz Mustafayev Vahid Mustafayev Seyfulla Mustafayev |
Milliyyəti | azərbaycanlı |
Fuad Seyfulla oğlu Mustafayev (16 avqust 1927, Bakı – 8 aprel 2019, Bakı) — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri (1991–2016).
Həyatı
[redaktə | mənbəni redaktə et]Mustafayev Fuad Seyfulla oğlu 1927-ci il 16 avqust tarixində Bakıda anadan olmuşdur. 1948-ci ildə Bakı Dəmiryol Texnikumunu, 1958-ci ildə Leninqrad Dövlət Hərbi Akademiyasını bitirmişdir.
1958–1964-cü illərdə hərbi qulluqda olmuşdur, hissə komandiri vəzifəsinədək yüksəlmişdir. 1965–1995-ci illərdə Tikinti Nazirliyində, Sənaye Tikinti Nazirliyində, Üzümçülük-Şərabçılıq komitəsində, Baş Kolxoz-sovxoz Tikinti Birliyində, Hidrometeorologiya İdarəsində rəhbər vəzifələrində işləmişdir. 1996–1999-cu illərdə ANS-Kommers şirkətinə rəhbərlik etmişdir. 1999-cu ildən 2016-cı ilədək Çingiz Mustafayev Fondunun Prezidenti idi. 1991-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri oldu.
Fuad Mustafayev 8 aprel 2019-cu ildə 91 yaşında vəfat etmişdir.
- Çingiz Mustafayevin atasıdır.
- Rafael Mustafayevin atasıdır.
- Vahid Mustafayevin atasıdır.
- Seyfulla Mustafayevin atasıdır.
- Naxış Mustafayevanın həyat yoldaşıdır.