Luzinyanlar (fr. Lusignan) — fransız mənşəli kral sülaləsi. Sülalə orta əsrlər dövründə, XII–XV əsrlərdə Yerusəlim, KiprKilikiya krallıqları da daxil olmaqla, AvropaLevantda bir neçə knyazlığı idarə etmişdir. Luzinyanların İngiltərəFransada da böyük nüfuzu mövcud idi.

Luzinyanlar
Şüar Pour Loyauté Maintenir
Titul
Əcdadı I Hüqo
Dövr orta əsrlər
Təbəəliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sülalə XX əsrin əvvəllərində Fransanın qərbində yerləşən Luzinyan şəhəri yaxınlığındakı Puatuda meydana gəlmişdir. XI əsrin sonunda sülalə artıq bölgədəki ən görkəmli kiçik qraflara çevrilmişdi. XII sonlarında evlilik və miras yolu ilə sülalənin bir qolu Yerusəlim və Kipr krallıqlarını idarə etməyə başlamışdır. XIII əsrin əvvəllərində sülalənin əsas qolu Marş və Anqumua bölgələrində hakimiyyətə gəlmişdir.

Latın şərqindəki səlibçi krallar olaraq onlar qısa müddətdə Kilikiya çarlığının Hetumi hökmdarları ilə əlaqələr qurmuşdular. Onlar beləliklə, XIV əsrin ortalarında evlilik yolu ilə çarlığın hakimiyyətini ələ keçirmişdilər. Sülalənin Kilikiya qolu Məmlük işğalından sonra Fransaya qaçmışdır.[1][2]

Sülalənin iddiaları daha sonra Kipr qolu tərəfindən alınmışdır,[3][4] lakin onlar da bir müddət sonra uğursuz olmuşdur. Krallıq XV əsrdə Venesiya Respublikası tərəfindən ihlaq edilmişdir.

İstinadlar

redaktə
  1. Basmadjian, K. J. "Cilicia: Her Past and Future". The New Armenia. 12 (11–12). Nov–Dec 1920: 168–9. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. The Advocate: America's Jewish Journal, Volume 44. 21 December 1921 p. 628
  3. Kurdoghlian, Mihran. Badmoutioun Hayots, Volume II (erməni). Athens, Greece: Hradaragoutioun Azkayin Oussoumnagan Khorhourti. 1996. 29–56.
  4. Hill, George. A History of Cyprus, Vol. 2 (1). Cambridge University Press. 2010. səh. 441. ISBN 978-1108020633. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2021.

Əlavə oxu

redaktə