I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590[1], Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[1][2][…], İstanbul, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir.[3]
I Əhməd | |
---|---|
osman. آحمد اول | |
21 dekabr 1603 – 22 noyabr 1617 | |
Əvvəlki | III Mehmed |
Sonrakı | I Mustafa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1590[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1617[1][2][…] (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | III Mehmed |
Anası | Handan Sultan |
Həyat yoldaşları | |
Uşaqları |
|
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri və taxta çıxışı
redaktəAtası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Səltənət illəri
redaktəİlk işi, babası Sultan Murad və atası Sultan Mehmed səltənətlərində dövlət işlərinə müdaxilə edərək müxtəlif hadisələrə səbəb olan nənəsi Safiyə Sultanı köhnə saraya göndərmək oldu. Bu əsnada Avstriya və Səfəvilərlə olan müharibə şəraiti davam edirdi. Cığalızadə Sənan Paşa şərq sərdarı, sədrəzəm Malqoç Yavuz Əli Paşa isə Macarıstan sərdarı təyin edildi. Yenə bu əsnada Səfəvi şahı Şah Abbas İrəvan qalasını ələ keçirərək Qarsa daxil olmuşdu. Cığalızadə Sənan Paşa isə biraz gec — 15 iyun 1604 tarixində İstanbuldan ayrıldı və 8 noyabrda Qars qalası önlərinə gəldi. Əlverişli vəziyyətə baxmayaraq hücum yerinə Vanda qışlağa çəkilən Cığalızadə Sənan Paşa, şahın hücumunun ardından Ərzuruma çəkildi. Beləliklə, orduda narazılığa və səfərin uğrusuz nəticələnməsinə səbəb oldu. Qışı Ərzurumda keçirən Cığalızadə Sənan Paşa mart ayında Təbriz üzərində səfərə çıxdı. Ancaq Ərzurum bəylərbəyi Kosa Səfər Paşanın özbaşına hərəkəti nəticəsində əsir düşməsi əsas ordunun zəifləməsinə səbəb oldu. Bu əsnada Səfəvilərin ani hücumu ilə Osmanlı ordusu əvvəlcə Vana, daha sonra Diyarbəkirə çəkildi. Yenə Cığalızadə Sənan Paşanın böyük bir qüvvəylə köməyə gələn Hələb bəylərbəyi Canpoladoğlu Hüseyn Paşanı səfərə gecikməsi səbəbilə edam etdirməsi böyük bir üsyana səbəb oldu. Ancaq çox keçmədən özü də Diyarbəkirdə vəfat etdi və ardından Şah Abbas Gəncə, Şirvan və Şamaxını ələ keçirdi.[4]
Macarlarla münasibətlər
redaktə3 iyun 1604-cü ildə İstanbuldan hərəkətə keçərək 26 iyulda Belqrada çatan sədrəzəm Malqoç Əli Paşa burada vəfat etdi və yerinə Lələ Mehmed Paşa təyin edildi. Əvvəlcə Peşte, ardından Vaç qalasını ələ keçirən Mehmed Paşa Esterqon qalasını mühasirəyə alsa da, pisləşən hava şəraiti səbəbilə 23 noyabrda Belqrada geri çəkildi. Bu əsnada katolik Avstriyalıların protestant macar əhalisi üzərindəki təzyiqləri artmış, nəticədə Ərdəl bəyi kömək üçün İstanbula elçi göndərmişdi. 1605-ci ilin yayında Esterqon üzərinə səfərə çıxan Lələ Mehmed Paşa Vişeqrad və Təpədələni ələ keçirdi. Beləliklə, çətin vəziyyətə düşən Esterqon qalası 4 noyabrda təslim edildi. Digər tərəfdən Osmanlı dəstəyini alan Ərdəl bəyi də Uyvar qalasını ələ keçirmiş, Tiryaki Həsən Paşa isə Vesprem və Polatanı fəth etmişdi. Əldə edilən bu qələbənin ardından Ərdəl bəyi Osmanlı tabeliyini qəbul etdi və Osmanlı tabeliyindəki Ərdəl və Macarıstan kralı təyin edildi.
Sədrəzəm Malqoç Əli Paşa Avstriya ilə sülh danışıqları səbəbilə 1606-cı ilin may ayında paytaxta geri döndü. Ancaq Lələ Mehmed Paşanı özünə rəqib olaraq görən Dərviş Paşa sədrəzəmi paytaxtdan uzaqlaşdırmaq niyyətində idi. Bu məqsədlə sədrəzəmin Səfəvi cəbhəsinə yollanması üçün gənc sultana təkidlər edirdi. Nəhayət, Sultan Əhməd lələsi olan Lələ Mehmed Paşanı Səfəvi cəbhəsinə göndərmək üzrə qərar verdi. Ancaq Lələ Mehmed Paşanın cəbhəyə getmək istəməməsi səbəbilə sultanla münasibətləri pozulmuş, Sultan Əhməd hətta öz lələsini edamla qorxutmuşdur. Bu olanları qəbul edə bilməyən Lələ Mehmed Paşa bir müddət sonra iflic keçirərək vəfat etdi. Beləliklə, sədrəzəmin bütün Macarıstanı fəth etmək planı baş tutmadı. Bu əsnada illərdir davam edən Osmanlı-Avstriya müharibəsini bitirməklə vəzifələndirilən Quyucu Murad Paşa Budinə gedərək Budin bəylərbəyi Qazızadə Əli Paşa ilə birlikdə sülh danışıqlarına başlamışdı. 23 gün davam edən sülh müzakirələrinin ardından 17 maddəlik bir sülh imzalandı. Zitvatorok sülhünə görə, Sultan Süleyman dövründən bəri Avstriyanın ödədiyi 30 min duka illik xərac ləğv edildi, əvəzinə imperator II Rudolf birdəfəlik 200 min qızıl təzminat ödəməyi qəbul etdi. Osmanlı sultanı ilə imperator bərabər hesab edildi və imperatorun bundan sonra "kral" deyil "Roma sezarı" olaraq anılmasına qərar verildi.[5]
Cəlali üsyanları
redaktəİllərdir davam edən Osmanlı-Avstriya müharibəsi və əhalidən alınan əlavə vergilər səbəbilə dövlətə qarşı başlayan narazılıqlar Anadoludakı Cəlali üsyanlarını daha da alovlandırdı. Sultan Əhmədin cülusundan dərhal sonra üsyan qaldıran Tavil Əhməd, Nasuh Paşa və Anadolu bəylərbəyi Kəcdəhan Əli Paşanı məğlub etmişdi. 1605-ci ildə Şəhrizor bəylərbəyliyinə gətirildi və bununla üsyanın yatırılması hədəflənmişdi. Ancaq çox keçmədən yenidən ayaqlanan Tavil Əhməd Harput qalasını ələ keçirdi. Bununla yanaşı oğlu Mehmed ağa da saxta bir fərmanla Bağdad hakimliyini ələ keçirərək Nasuh Paşanı yenidən məğlub etdi. Bağdad şəhəri yalnız 1607-ci ildə üsyançılardan təmizləndi. Digət tərəfdən üsyankar Canpoladoğlu Əli Paşa da Livanda ayaqlanan şeyx Manoğlu Fəxrəddinlə birləşmiş, Adana bölgəsində nüfuz qazanaraq öz adına pul belə kəsdirmişdi. Bu əsnada Hələb bəylərbəyi təyin edilən Hüseyn Paşa da Canpoladoğlu tərəfdarlarından Cəmşid ağa tərəfindən məğlub edildi. Cəlali üsyanlarının yatırılması yerinə daha da alovlanmasında səbəbkar göstərilən sədrəzəm Dərviş Paşanın edamından sonra (9 dekabr 1606) yerinə gətirilən Quyucu Murad Paşa Suriyaya doğru irəlilədi. Sədrəzəm Anadoludakı Cəlali üsyançılarını bağışladığını və hər birini vəzifəyə gətirəcəyini vəd edərək Manisa və Bursa ətrafında çıxan Qələndəroğlu üsyanını yatırmaq üçün ordu topladı. 24 oktyabr 1607-ci ildə Oruc düzündə çıxan toqquşmada çətin vəziyyətə düşən Osmanlı ordusu çətinliklə də olsa qalib gəldi. Məğlubiyyətin ardından Manoğlu Fəxrəddin dəstəsiylə birlikdə Livana qaçdı, Canpoladoğlu Əli Paşa isə sədrəzəmin əlindən xilas olub, İstanbula qaçdı və sultana sığındı. Sultan Əhməd onu bağışladı və əvvəlcə Timeşvar, daha sonra Belqrad bəylərbəyi təyin etdi. Ancaq burada da yerli əhaliyə zülm etməsinin ardından Belqradda edam edildi. Ankara əhalisi isə qalaya sığınmaq istəyən Qələndəroğlunu şəhərə girməyə qoymadı və Murad Paşa tərəfindən məğlub edilən Qələndəroğlu Səfəvi torpaqlarına qaçdı. Üsyançıları bir-bir aradan qaldıran Murad Paşa, paytaxtdakı müxaliflərinin səylərinə baxmayaraq İstanbula döndü. Bir müddət sonra Səfəvilər üzərinə səfərə çıxacağı bəhanəsiylə geridə qalan Cəlali üsyançılarını bağışladığını və orduya dəvət etdiyini bildirdi. Beləliklə, ələ keçirilən üsyançılar tamamilə zərərsizləşdirildi. Ardından 1610-cu ildə Səfəvilər üzərinə səfərə çıxan Murad Paşa yolda ikən Diyarbəkirdə vəfat etdi (5 avqust 1611).
Anadoluda Cəlali üsyanları yatırılsa da, illərdir davam edən zülm səbəbilə yerli əhali yaşadıqları yurdu tərk etmiş, yüzlərlə kənd, qəsəbə viran qalmışdı. Bu səbəblə dövlət xəzinəsi kəndlilərdən alınan bəzi vergilərdən məhrum qalmışdı. Bunun aradan qaldırılması məqsədilə Sultan Əhməd 30 sentyabr 1609 tarixində bir ədalətnamə yazdı və viran qalan məskənlərin yenidən abadlaşdırılmasına çalışdı. Yeni sədrəzəm Nasuh Paşa isə Səfəvilərlə sülh tərəfdarı idi. Bu əsnada Şah Abbasın elçi göndərərək sülh tələb etməsi 2 dövlət arasında sabitliyə səbəb oldu. Nəticədə 20 noyabr 1612-ci ildə tərəflər arasında Mərənd sülhü bağlandı. Sülhün şərtlərinə görə, 1555 tarixli Amasya sülhündə göstərilən sərhədlər yenidən qəbul edildi. Bununla yanaşı Səfəvilər illik 200 yük ipək xərac verməyi qəbul etdilər.
Bu əsnada İspaniya krallığı ilə müttəfiqləri Aralıq dənizində Osmanlı sahillərinə basqınlar tərtibləyirdi. 1611-ci ildə Gördüs sahillərindən 500 əsir, 1612-ci ildə isə 1200 əsir aparılmışdı. Kaptan-ı dərya Mehmed Paşa isə bu əsnada Manoğlu Fəxrəddin bəylə mübarizə aparırdı. Ardından Xəlil Paşa da Kipr sahillərində bir neçə xristian quldurunu ələ keçirdi. Donanmanın inkişafına xüsusi diqqət yetirən Sultan Əhmədin ikinci dəfə kaptan-ı dəryalığa gətirdiyi Xəlil Paşa Trablusqərbə ordu çıxararaq yerli bəyləri özünə tabe etdi.[6]
Səfəvilərlə münasibətlər
redaktəSəfəvilərlə bağlanan sülh isə vəd edilən xəracın ödənilməməsi, elçi heyətiylə göndərilən İncili Mustafa çavuşun həbs olunması və Şah Abbasın Gürcüstana hücumunun ardından pozuldu. Bütün bunların ardından Sultan Əhməd 22 may 1615-ci ildə səfər qərarı aldı. Ancaq sədrəzəm Mehmed Paşa bu səfəri növbəti ilə təxirə saldı və bu vəziyyətdən istifadə edən Şah Abbas əks-hücuma keçərək Gəncəni darmadağın etdi. Ardından İstanbula göndərilən Səfəvi elçisi əliboş göndərildi və Mehmed Paşa 1616-cı ilin aprelində Hələbdən böyük bir orduyla səfərə çıxdı. Əvvəlcə Qarsa gələrək buranı təhkim etdirib, İrəvan və Nəhavənd qalaları üzərinə hərbi dəstələr göndərdi. Ardından İrəvan qalası üzərinə şəxsən yürüdü və burada Səfəvi ordusunu məğlub edərək qalanı mühasirəyə aldı. Ancaq orduda lazımi sursatın çatışmaması və şahın ardı arası kəsilməyən sülh təklifləri mühasirəni sonlandırdı və Osmanlı ordusu Ərzuruma çəkildi. Beləliklə, İrəvan səfəri uğursuzluqla başa çatmış, sədrəzəm Mehmed Paşa mərkəzdəki müxaliflərinin də təsiri ilə vəzifədən alındı. Sultan Əhməd isə Mehmed Paşanın qəbul etdiyi sülh təkliflərini rədd etmiş, yeni sədrəzəm Xəlil Paşanı şərq sərdarı təyin edərək cəbhəyə göndərmişdi. Xəlil Paşa səfər üçün Diyarbəkirə gəlmiş, bu əsnada Krım xanı Canıbəy Gəray da Gəncə, Naxçıvan və Culfaya hücumlar tərtibləmişdi.
Sultan Əhməd 51 gün davam edən mədə xəstəliyinin ardından 22 noyabr 1617 tarixində hələ 28 yaşındaykən vəfat etdi. Cənazəsi öz adına inşa etdirdiyi Sultan Əhməd məscidinin yanındakı türbəsinə (Sultan Əhməd türbəsi) dəfn edildi.
Sultan Əhməd dövrünün ən böyük fərqliliyi isə Osmanlı vərasət sisteminin dəyişilməsi oldu. Belə ki, Sultan Murad dövründə Şahzadə İbrahim və Xəlilin boğdurulmasıyla başlayıb Fateh Sultan Mehmed dövründə qanuniləşən "Qardaş qətli" qanunu, Sultan Əhməd tərəfindən ləğv edilmişdir. Onun əvəzinə "Ailənin ağlı başında olan ən böyük nümayəndəsi padşah olmalıdır" ideyası qəbul edilmişdir. Beləliklə, oğullarından üçü sultan olmuşdur. Bunlar ardıcıllıqla II Osman (Gənc Osman), IV Murad, I İbrahimdir. Hətta qardaşı Şahzadə Mustafanı öncəki padşahlar kimi edam etdirməmiş və beləliklə, qardaşı da I Mustafa adı ilə taxta çıxmışdır. Bu yeni qanunun şahzadələr arasındakı rəqabətin və taxt mübarizələrinin, taxt üçün aparılan qardaş qətliamlarının önlənməsi baxımından Osmanlı tarixində çox böyük önəmi vardır.
İstanbulda yerləşən tarixi yarımadada memar Sədəfkar Mehmed ağa tərəfindən tikilmişdir. 4 yanvar 1610 tarixində altı böyük minarəli və 16 şərəfəli Sultan Əhməd Məscidinin ilk təməli atıldı. Dininə bağlı bir insan olan Sultan Əhməd məscidin təməli atılarkən ətəyində torpaq daşımışdır. 9 iyun 1617-ci ildə inşaatı bitən Sultan Əhməd Məscidi ibadətə açıldı.
Bundan başqa Quyucu Murad Paşa külliyyəsi, İstanbul Məsih Paşa Məscidi, Almalı Ömər Paşa Məscidi də onun zamanında tikilən önəmli memarlıq abidələridir.
Ailəsi
redaktəHərəmxanası
redaktə- Mahpeykər Kösəm Sultan
- Mahfiruz Xədicə Sultan
- Fatma Xatun
Oğlan uşaqları
redaktə- II Osman
- Şahzadə Mehmed
- Şahzadə Orxan (d. 1609 - ö. 1612)
- Şahzadə Cahangir (d. 1609 - ö. 1609)
- Şahzadə Səlim (d. 27 iyun 1611 - ö. 27 iyul 1611)
- IV Murad
- Şahzadə Həsən (d. 25 noyabr 1612 - ö. 1615)
- Şahzadə Bəyazid
- Şahzadə Səlim (d. 1613 - ö. 27 iyul 1635)
- Şahzadə Süleyman
- Şahzadə Hüseyn
- Şahzadə Qasım
- I İbrahim
Qız uşaqları
redaktə- Ayşə Sultan
- Fatma Sultan
- Gövhər Sultan
- Xədicə Sultan (d. 1608 - ö. 1611)
- Xanzadə Sultan
- Zahidə Sultan
- Əsma Sultan
- Zeynəb Sultan
- Burnaz Atikə Sultan
- Cəmrə Sultan
- Abidə Sultan
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ahmed I // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Ahmed (Ahmed I.) // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Mustafa Sâfî, Zübdetü’t-tevârîh, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, I, nr. 2428
- ↑ Kâtip Çelebi, Tuhfetü’l-kibâr fî esfâri’l-bihâr (nşr. O. Şaik Gökyay), İstanbul 1973, s. 209–211
- ↑ Mübahat S. Kütükoğlu, Osmanlı-İngiliz İktisâdî Münâsebetleri (1580–1838), Ankara 1974, I, 43–45
- ↑ Gerard Erdbrink, "Onyedinci Asırda Osmanlı-Hollanda Münâsebetlerine Bir Bakış", GDAAD, sy. 2–3 (1974), s. 160–179
Mənbə
redaktə- Peçevî, Târih, I, 311-313;
- Mehmed b. Mehmed, Nuhbetü’t-tevârîh ve’l-ahbâr, İstanbul 1276, s. 219-251;
- a.mlf., Fezleke, İstanbul 1286, I, 260, 344-345;
- Solakzâde, Târih, s. 683-698;
- Naîmâ, Târih, I, 404, 413-415;
- Mir’âtü’l-Haremeyn: Mir’ât-ı Mekke, I, 502-506;
- Hammer (Atâ Bey), VIII, 42 vd.;
- Danişmend, Kronoloji, III, 243, 258;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 103;
- Nezihi Aykut, Hasan Beyzâde Tarihi, I-III (doktora tezi, 1980), İÜ Ed. Fak., Tarih Semineri Kitaplığı, nr. 2572, II, 303, 314, 322-323;
- M. Tayyib Gökbilgin, “XVII. Asır Başlarında Erdel Hadiseleri ve Bethlen Gabor’un Beyliğe İntihâbı”, TDl., sy. 1 (1949), s. 1-28;
- a.mlf., “Nasûh Paşa”, İA, IX, 124;
- Halil İnalcık, “Adâletnâmeler”, Belgeler, sy. 3-4, Ankara 1967, s. 123-133;
- M. Cavid Baysun, “Ahmed I”, İA, I, 161;
- M. C. Şehâbeddin Tekindağ, “Mehmed Paşa”, İA, VII, 593;
- Cengiz Orhonlu, “Murad Paşa”, İA, VIII, 652;
- R. Mantran, “Ahmad I”, EI2 (İng.), I, 267-268;
- a.mlf., “Ahmed el-Evvel”, UDMİ, II, 47-49.
I Əhməd Doğum: 18 Aprel 1590 Vəfat: 22 noyabr 1617
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri III Mehmed |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 21 dekabr 1603-22 noyabr 1617 |
Xələfləri I Mustafa |
Sünni İslam titulları | ||
Sələfləri III Mehmed |
İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri I Mustafa |