Harput qalası (Süd qalası) — e.ə. XIII əsrin əvvəllərində Urartu krallığı tərəfindən qurulmuş olub cənubunda bir Urartı Açıq hava məbədi yerləşir. Qala VI əsrdə Fars hakimiyyətinə girmiş, XVII-XV əsrlərə aid I əsrdən etibarən Roma, Sasani, Bizans, Abbasi, Artukoğulları, Səlcuqlular, Dulkadiroğulları, AğqoyunlularOsmanlı Dövlətinin hakimiyyətlərinə girmişdir. Bu mədəniyyətlərə aid izləri qala divarları, qapılar və bürclər üzərində görünür, qalanın şimal-qərb uc hissəsində bir Artuk sarayının qalıqları yerləşir. Qalanın şərq hissəsində yerləşən Məryəm Ana kilsəsi IV əsrdə inşa edilmiş, bir divarı qalanın oturduğu qayaya oturan bir kilsədir. İç divarlarında bir çox kitabə görünür. İç qala və xarici qala olmaq üzrə iki hissəsindən meydana gəlmişdir. Xarici divarlar tamamilə dağıdılmışdır. Sadəcə Harputa girişdə bir bürc qalıq görünür. Süd qalası adlandırılan iç qala yalçın qayalar üzərində inşa edilmişdir. Qalanın içində olan 60-70 il əvvələ qədər bütün quruluşları ilə böyük bir məhəllənin olduğu söylənilir. Quruluşlar bu gün tamamilə dağıdılmışdır. Artuklu, Ağqoyunlu və Osmanlı dövrlərində bərpa olunmuşdur. 2005-ci ildə qapısı və bürcləri bərpa edilmişdir.

Harput qalası
Süd qalası
Xəritə
38°42′12″ şm. e. 39°15′26″ ş. u.HGYO
Ölkə Türkiyə
Şəhər Elazığ
Yerləşir Elazığ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə