Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir.

Ümumi məlumat

redaktə

müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır.

Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.

Ədəbi tənqidin ədəbiyyat nəzəriyyəsindən ayrı bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən fərqli olması mübahisəli məsələdir. Məsələn, "Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid ilə bağlı Cons Hopkins Qaydın Təlimatları"[1] ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi arasında heç bir fərq qoymur və demək olar ki, eyni anlayışı təsvir etmək üçün eyni termindən istifadə edir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya abstrakt ola bilər.

Ədəbi tənqid tez-tez inşa və ya kitab şəklində dərc olunur. Akademik ədəbi tənqidçilər ədəbiyyat şöbələrində dərs deyirlər və akademik jurnallarda dərc edirlər və daha çox məşhur tənqidçilər, Times Literary Supplement, New York Times Book Review, New York Review of Books, London Review of Books, Nation, and The New Yorker kimi dövrü mətbuatda əsərlərini yayımlayırlar.

Klassik və orta əsr ədəbi tənqidi

redaktə

Ədəbi tənqidi ədəbiyyat olduğu müddətcə mövcud olmuşdur. Aristotel e.ə. 4-cü əsrdə müasir sənət əsərlərinin bir çox xüsusi tənqidləri ilə ədəbi formaların tipologiyası və təsviri olan “Poetika” əsərini yazmışdır. Poeziya ilk dəfə ədəbi tədqiqatlarda hələ də vacib olan mimesis və katarsis anlayışlarını inkişaf etdirmişdir. Platonun poeziyaya istiqamətli, ikitərəfli və yalan kimi yanaşmaları da təsirlidir. Eyni zamanda Bharata Muni, Natya Şastra qədim Hind ədəbiyyatı və Sanskrit dramasında ədəbi tənqid yazmışdı.

Daha sonralar klassik və orta əsr tənqidləri tez-tez dini mətnlərə yönəldilmişdir və hermenevtikanın və mətnlərin dini ənənələri dünyəvi mətnlərin öyrənilməsinə böyük təsir göstərmişdir. Bu xüsusilə üç İbrahimi dinlərin ədəbi ənənələri idi: Yəhudi ədəbiyyatı, Xristian ədəbiyyatıİslam ədəbiyyatı.

İntibah dövrünün ədəbi tənqidi

redaktə

İntibah dövrünün ədəbi tənqidi şairi və müəllifi uzun bir ədəbi ənənənin qoruyub saxlayaraq və ədəbi tənqidi mədəniyyətin mərkəzi fiqur hesab edərək ədəbi neoklasisizmə forma və məzmun birliyinin klassik ideyalarının inkişaf etdirirdi. İntibah dövrünün ədəbi tənqidinin yaranması 1498-ci ildə klassik mətnlərin bərpası ilə, xüsusən, Aristotelin “Poetika”-sının Giorgio Vallan tərəfindən Latın tərcüməsi ilə başladı. Aristotelin əsərləri, xüsusilə “Poetika” əsəri XVIII əsrin sonlarına qədər ədəbi tənqidlərə ən mühüm təsir göstərmişdir. Lodoviko Kastelvetro 1570-ci ildə Aristotelin “Poetika” əsəri ilə əlaqədar şərh yazan ən nüfuzlu İntibah dövrü tənqidçilərindən biri idi.

Maarifçilik dövrünün ədəbi tənqidi

redaktə

Maarifçilik dövründə (1700-1800-cü illər) ədəbi tənqid ixtira və çap mətbuatının istifadəsi ilə daha da məşhurlaşdı. Bu dövrdə ictimai səviyyəsində savadlılıq dərəcələri yüksəlməyə başladı, artıq oxumaq sadəcə zəngin təbəqə və ya elmi adamalrı üçün deyildi. İctimai savadlılığın yüksəlməsi və çapın sürətlənməsi ilə ədəbi tənqid də inkişaf elədi. Oxumaq artıq yalnız təhsil məqsədləri və ya müqəddəs bir dini vəzifə kimi nəzərdən keçirilmirdi; o, artıq bir əyləncə növü idi.[2] Ədəbi tənqidlər aydın, əhatəli, dəqiq yazı və ya yazıçıların dini inanclarının mübahisəli meyarları da daxil olmaqla dəyərlər və yazı üslublarından təsirlənmişdir.[3] Bu tənqidi rəylər bir çox dərgilərdə və qəzetlərdə dərc edilmişdir. Conatan Sviftin bir çox əsərləri, xüsusilə, “Qulliverin səyahəti” kitabı tənqid edilmişdir və bir tənqidçi onları “"Yahoo"-ların xəyanətkar hekayəsi” adlandırmışdır.[3]

19-cu əsr Romantizmin ədəbi tənqidi

redaktə

XIX əsrin əvvəllərində İngilis romantik hərəkatı ənənəvi ədəbiyyata yeni estetik fikirlər gətirmişdir. Məsələn, ədəbiyyatın məqsədi həmişə gözəl, nəcib və ya mükəmməl olmur, ancaq ədəbiyyat özü ümumi mövzunu orta səviyyəyə qaldıra bilər. Alman klassissizminin gec inkişafından sonra yaxından təqib olunan alman romantizmi ingilis ədəbiyyatının oxucularına şüurlu şəkildə görünən parçalanma estetikasını vurğuladı. XIX əsrin sonlarında Metyu Arnold kimi öz ədəbi yazılarına görə ədəbi tənqidləri ilə tanınan müəlliflər daha çox diqqəti çəkmişdir.

Yeni kritisizm

redaktə

Lakin bu estetik hərəkatların hamısı eyni dərəcədə vacibdir; ədəbi tənqidlərlə bağlı mövcud fikirlər demək olar ki, tamamilə XX əsrin əvvəllərində götürülmüş yeni istiqamətdən yaranır. Əsrin əvvəllərində rus formalizmi kimi tanınan tənqidi məktəb və bir qədər sonra İngiltərədə və ABŞ-də yeni kritisizm ingilisdilli dünyada ədəbiyyatın öyrənilməsi və müzakirəsinə hakim olmuşdur.

Nəzəriyyəsi

redaktə

İngilis və Amerika ədəbi-estetik fikrində 1960-cı illərin sonlarına qədər Yeni Kritisizm az və ya çox dərəcədə üstünlük təşkil edirdi. Həmin dövrdə Anqlo-Amerika universitetlərinin ədəbiyyat şöbələri strukturizm, sonra post-strukturizm və digər qitə fəlsəfəsinin təsirindən daha aydın fəlsəfi ədəbi nəzəriyyənin yüksəlməsinə şahidlik etməyə başladılar. 1980-ci illərin ortalarına qədər, "nəzəriyyəyə" marağın artması davam etdi. Bir çox tənqidçilər, şübhəsiz ki, nəzəri araşdırmalardan təsirlənsə də, onlar üçün sadəcə metodologiya və fəlsəfi fərziyyələr haqqında yazı yazmaq deyil, adət-ənənəni şərh etmək rahat idi.

Kitabın tarixi

redaktə

Bədii tənqidin digər formaları ilə əlaqəli kitabın tarixi biblioqrafiya, mədəniyyət tarixi, ədəbiyyat tarixi və mediya nəzəriyyəsi metodlarına əsaslanan fənlərarası tədqiqat sahəsidir.Mətnlərin və onların maddi formalarının istehsal, tiraj və qəbulu ilə əlaqədar, kitab tarixləri əsasən metafizik formalarını maddi cəhətdən birləşdirməyə çalışır.

Kitab tarixinin kəsişdiyi ədəbiyyat tarixindəki məsələlər arasında aşağıdakılar da tapıla bilər: müəlliflik peşə kimi inkişaf, oxucu kütləsinin formalaşması, senzura və müəlliflik hüququ məhdudluğu və ədəbi formanın iqtisadiyyatıdır.

Hazırkı vəziyyəti

redaktə

Bu gün universitetlərin filoloji bölümlərində ədəbiyyat nəzəriyyəsi və qitə fəlsəfəsinə olan maraq ədəbi tənqidi yeni tənqidçilərin təsdiqləyə biləcəyi daha mühafizəkar bir ədəbi tənqid ilə birləşdirir. Tədqiqatın "yüksəlməsi" əsnasında tənqidçilər tərəfindən qəbul edilən hər iki tərəfi xarakterizə edən ədəbi tənqidin məqsədi və metodları üzərində fikir ayrılığı azalmışdır. Bir çox tənqidçilər indi seçmək üçün daha çox üsul və yanaşmalara malik olduğunu düşünürlər.

Elmi kritisizmin dəyəri

redaktə

Geniş ədəbi təhlilin dəyəri bir neçə görkəmli sənətkar tərəfindən müzakirə olunmuşdur. Vladimir Nabokov bir dəfə belə qeyd etmişdi ki, yaxşı oxucular kitabı oxumurlar və xüsusilə də o kitabları ki onlar ədəbi şah əsərlər kimi qəbul olunur, onlar “kitabları akademik məqsədlər üçün ümumiləşdirirlər”.[4]

İstinadlar

redaktə
  1. Johns Hopkins Guide to Literary Theory and Criticism(2nd ed.). Baltimore: Johns Hopkins University Press. 2005. ISBN 0801880106. OCLC 54374476.
  2. Murray, Stuart (2009). The Library: An Illustrated History. New York: Skyhorse. pp. 132-133. ISBN 9781616084530. OCLC 277203534 Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine.
  3. 1 2 Regan, Shaun; Dawson, Books (2013). Reading 1759: Literary Culture in Mid-Eighteenth-Century Britain and France. Lewisburg [Pa.]: Bucknell University Press. pp. 125-130. ISBN 9781611484786.
  4. Vladimir Nabokov Lectures on Literature, chap. L'Envoi p. 381