son
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | son | sonlar |
Yiyəlik halı | sonun | sonların |
Yönlük halı | sona | sonlara |
Təsirlik halı | sonu | sonları |
Yerlik halı | sonda | sonlarda |
Çıxışlıq halı | sondan | sonlardan |
Mənalar :[1]https://web.archive.org/web/20131023220329/http://azerdict.com/izahli-luget/son
- ↑
- Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu. – Bayramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı. M.Hüseyn. Əhmədov Əzizi ancaq işin sonunu xəbər verən zəng çalınanda buraxdı. S.Rəhman.
- Eyni mənada zaman haqqında. İlin sonu. Ayın sonunda. İş gününün sonu. // Bir işin bitməsi, qurtarması, başa çatması. İşi sona çatır. Hadisənin sonunu gözləmək. // sif. Axırıncı, sonuncu. Yayın son ayı. Son cərgədə oturmaq. – [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşuq. İ.Əfəndiyev.
- Aqibət, nəticə, axır. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.
- məc. Ölüm, ölmə, son nəfəs. Sonu gəlib çatmışdır. Onun sonudur. Son nəfəsə kimi.
- Ən yeni, ən təzə, yenicə meydana çıxmış, axırıncı. Son moda. Elmin son nailiyyətləri. Son xəbərlər. – Patefonda son dəbli bir oyun havası çalınır. İ.Əfəndiyev. ◊ Son dərəcə – olduqca çox, lap çox. Son dərəcə gözəl. Son dərəcə çalışqan. Son dərəcə arıq. – [Fatma arvad] qonağının, bəlkə də gələcək gəlininin gəlişinə son dərəcə şad idi. Mir Cəlal. Leyla təəccübləndi: – Son dərəcə həssas oğlandır, – deyə, ürəyindən keçirdi. B.Bayramov. Son qoymaq (vermək) – nəhayət vermək, daha etməmək, yol verməmək, əl çəkmək, dayandırmaq. [Fərəc Qurbana:] Məsuliyyətsiz danışıqlara son qoymaq lazımdır. Ə.Məmmədxanlı. Cahandar ağa keçirdiyi iztirabların gözlərindən oxuna biləcəyini başa düşüb, nəzərlərini Əşrəfin üzündən yayındırdı və ani şaşqınlığa son qoyub, özünü toxtatdı. İ.Şıxlı. Son nəfəs – axır nəfəs, həyatının son dəqiqələri. Rzaquluxan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. M.S.Ordubadi. Son nəfəsdə qışqırırıq; Hava çatmır, hava çatmır. B.Vahabzadə. Sona yetirmək (çatdırmaq) – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Bütün gecəni yatmamış Firiduna elə gəldi ki, qorxunc və əzablı bir yuxu sona yetir. M.İbrahimov. Sanki bu nöqtədə çatırdı sona; Onun şıltaqları, onun nazları. B.Vahabzadə. Sonuna çıxmaq – bax axırına çıxmaq (“axır”da). O səni yumruqla torpağa yıxdı; Bütün duyğuların sonuna çıxdı.. M.Müşfiq.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|
Özbək dili
[redaktə]İsim
[redaktə]son (cəm sonlar)