Məzmuna keç

məqsəd

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı məqsəd məqsədlər
Yiyəlik halı məqsədin məqsədlərin
Yönlük halı məqsədə məqsədlərə
Təsirlik halı məqsədi məqsədləri
Yerlik halı məqsəddə məqsədlərdə
Çıxışlıq halı məqsəddən məqsədlərdən

azərbaycanca: məqsəd

Mənalar :

  1. Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. – Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. _ Məqsədə (...məqsədinə) düşmək – arzu etmək, ...niyyətində olmaq. Əlifba qəbul etmək məqsədinə düşmüş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazadə. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, istədiyinə çatmaq, arzusu həyata keçmək. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. “Koroğlu”. Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa başlayırdı. Ə.Əbülhəsən.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]